Kremlin "boz kardinal"ı istefa verdi

Baxış sayı:
2092

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa verib.
 
“İnterfaks” xəbər verir ki, bu barədə Siyasi Konyunktura Mərkəzinin direktoru Aleksey Çesnakov məlumat verib.
Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində gedişatın dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir ay ərzində məlumat verəcəyinə söz verib.
“Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq”, - deyə Çesnakov öz Telegram kanalında bildirib.
Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət edib. Bundan əlavə, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də prezidentin köməkçisi olub.