35 saylı Xətai üçüncü seçki dairəsinin sədrinin sirli istefası

Baxış sayı:
3253

35 saylı Xətai üçüncü seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.
Muxalifet.az xəbər verir ki, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İ.Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib.
İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım”.
Qeyd edək ki, sözügedən seçki dairəsi parlament seçkilərində ən qızğın mübarizənin gedəcəyi dairələrin birincisi sayılır. Belə ki, burada Ümid Partiyasının sədri İqbal Ağazadə və "Yeni” Müsavat” media Qrupunun təsisçisi Rauf Arifoğlu arasında ciddi mübarizə getdiyi indidən bəllidir.
Muxalifet.az