Axtarış

The search found 105849 results in 0.121 seconds.

Search results

  1. “O görüntüyə görə qardaşım məni evdən qovub” – Aparıcı ilə intim videosu yayılan qız danışdı - Video

    Tanınmış aktyor Ülvi Həsənli ilə videosu yayılan fotomodel Nara açıqlama verib. Muxalifet.az xəbər verir ki, o xeberci.az-a açıqlamasında deyib ki, video montajdır: "Mən normal yeriyə bilmirəm, imkanım yoxdu. O video montajdır. Allah bəlasını versin montaj edənə”. Nara deyib ki, qardaşı ondan imtina edib: "Küçələrdə qalmışam, ailəm məndən üz döndərib. Videoda Ülvi mənim üzümə baxıb nə isə edirdi? Görmürsüz mən boğaza qədər geyimdəyəm ? Videoda səs də yoxdu”. Həmin görüntüləri təqdim edirik:

    Muxalifet4 - 21-12-2019

  2. İcra başçılarını həbsə aparan səbəblər - STM sədrindən ilginc açıqlamalar

    Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov, Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbsi ölkədə böyük rezonansa səbəb olub. Hər iki məmurun qanunsuz əməlləri sırasında sahibkarlardan rüşvət alınması, ictimai işlərə cəlb olunan şəxslər üçün nəzərdə tutulan vəsaitlərin mənimsənilməsi əsas yeri tutur. Halbuki son aylarda ölkə prezidenti hər iki qanunsuzluğa yol verən məmurların ciddi cəzalanacağına dair dəfələrlə sərt xəbərdarlıqlar səsləndirmişdi.

    Muxalifet4 - 21-12-2019

  3. Tramp ABŞ Kosmik Qüvvələrinin yaradıldığını elan etdi

    ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Kosmik Hərbi Qüvvələrinin yaradıldığı barədə rəsmi açıqlama verib.

    Publika.az xəbər verir ki, bu barədə Tramp ölkənin hərbi büdcəsinin imzalanma mərasimində çıxışı zamanı deyib.

    “Bu gün rəsmi olaraq silahlı qüvvələrimizin Kosmik Qüvvələr adlanan yeni bir qolunu təqdim edirik”, deyə, Tramp bildirib

    Onun sözlərinə görə, Kosmik Qüvvələrə Hərbi Hava Qüvvələrinin generalı Con Raymond rəhbərlik edəcək

    Muxalifet4 - 21-12-2019

  4. Türkiyədə təhlükəli terrorçu saxlanıldı

    İstanbulda "İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi" (DHKP-C) terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

    Trend-in məlumatına görə, əməliyyat nəticəsində terror təşkilatının üzvləri Oya Aslan və Yüksel Doğan saxlanılıb.

    Qeyd olunur ki, Oya Aslan Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan terrorçular siyahısında "yaşıl kateqoriya"ya daxil edilib. O, terror təşkilatında rəhbər vəzifələrdən birini tutub.

    Muxalifet4 - 21-12-2019

  5. “Qazprom” Ukraynaya 3 milyard dollar ödəyəcək

    Rusiyanın “Qazprom” şirkəti Ukraynaya 3 milyard dollar ödəyəcək. “Report” “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Andrey Yermak deyib. “Vətənə çox yaxşı xəbərlərlə qayıdırıq və Ukrayna üçün əlverişli şərtlərlə tranzit müqaviləsi olacaq. Bu razılaşmalar sayəsində Stokholm Arbitraj Məhkəməsinin qəbul etdiyi qərar yerinə yetiriləcək və Ukrayna 3 milyard dollar alacaq”. O, qeyd edib ki, vəsait qazla deyil, nağd şəkildə ödəniləcək.

    Muxalifet4 - 21-12-2019

  6. Bakıda keçmiş məhkum bıçaqlandı - ƏVVƏLLƏR MƏHKUM OLUNAN ŞƏXS TƏRƏFİNDƏN

    Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb. “Report”un xəbərinə görə, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Yusifov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.İmaməliyev saxlanılıb.

    Muxalifet4 - 21-12-2019

  7. Bir ailədən 3 uşaq dəm qazından zəhərləndi - BAKIDA

    Bakının Sabunçu rayonunda 3 azyaşlı dəm qazından zəhərlənib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Bünyadzadə 26 ünvanında baş verib. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında qaz sobasından sızan dəm qazı nəticəsində yatan 3 uşaq zəhərlənib.

    Muxalifet4 - 21-12-2019

  8. iPhone üçün düzəltdiyi əldəqayırma aksesuar ona 170 milyon dollar qazandırdı

    David Barnett adlı keçmiş fəlsəfə müəllimi öz iPhone 3G smartfonundan istifadə zamanı bir sıra problemlərlə üzləşir. Birincisi, onun qulaqcıqları daim bir-birinə dolaşır, ikincisi, telefonu sürüşüb düşür, üçüncüsü isə, telefonu təbii ki, dik şəkildə saxlamaq mümkün olmurdu. Buna görə də o, özünü və 300 mindən çox müştərini belə narahatedici vəziyyətlərdən qurtarmaq qərarına gəlir. Başladığı il: 2010-cu il. Bugünkü biznesi: 2017-ci il ərzində təxminən 170 mln. dollar. Əməkdaş sayı: 118 nəfər. Karyerasının başlanğıcında qurucusunun yaşı: təxminən 45.

    Muxalifet4 - 21-12-2019

  9. Həbs olunan sabiq icra başçısının hüquq sistemində çalışan övladlarını nə gözləyir?

    Korrupsiyada ittiham olunan sabiq icra başçısının cinayət işinə hakim oğlu baxa bilməz. Muxalifet.az xəbər verir ki, bu sözləri modern.az-a “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib. O, Cinayət Məcəlləsinin 41-ci maddəsinin ilk bəndini xatırladıb: “Maddəyə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

    Muxalifet4 - 21-12-2019

  10. ABŞ-da kuryerlik edən Fərid Məmmədov amerikalı müğənni ilə konsert verdi - FOTO

    ABŞ-da kuryer kimi çalışdığı deyilən azərbaycanlı müğənni Fərid Məmmədov Türkiyədə amerikalı müğənni Della Miles ilə konsert verib. Haberler.com-un məlumatına görə, “Mədəniyyətlərin görüş nöqtəsi Türkiyə” adlı konsertdə iştirak edən Fərid Məmmədov Tüurkiyəyə gələndən sonra müsəlmanlığı qəbul edən Della Miles ilə eyni səhnəni paylaşıb. Eskişehirdə baş tutan konsert “Dünya köçkünlər günü”nə həsr olunub. Qeyd edək ki, “Eurovision-2013”də Azərbaycanı İsveçrədə “Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır.

    Muxalifet4 - 21-12-2019

  11. “Facebook” öz əməliyyat sistemini yaradır

    “Facebook” öz əməliyyat sistemini yaradır. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Engadget” yazıb. Ekspertlər hesab edir ki, kompaniya “Google” kimi texnoloji nəhənglərin asılılığından çıxmaq niyyətindədir. Gözlənilir ki, gələcəkdə “Facebook”un “Oculus” və “Portal” kimi məhsulları öz əməliyyat sistemlərində çalışacaq. Əməliyyat sisteminin hazırlanması ilə “Windows NT”nin yaradıcısı Mark Lukovski məşğul olur. Bundan başqa, kompaniya “Siri” və “Alexa” kimi səsli köməkçi də hazırlayır.

    Muxalifet4 - 21-12-2019

  12. Trampdan Türkiyəyə qarşı YENİ SANKSİYALAR

    ABŞ Prezidenti Donald Trampın imzaladığı milli müdafiə büdcəsi haqda qanunda Türkiyəyə bir sıra sanksiyalar nəzərdə tutulur.

    Xatırladaq ki, sənəddə eyni zamanda Türkiyəyə aid bəzi mühüm məqamlar da var.

    Qanun 1987-ci ildə yunan Kiprinə qarşı tətbiq edilən silah satışına dair sanksiyanı aradan qaldırır.

    Muxalifet4 - 21-12-2019

  13. Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib - FOTO/VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, məşğələlər zamanı HHM bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.

    Muxalifet4 - 21-12-2019

  14. Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər - SİYAHI

    Növbədənkənar parlament seçkilərində iştirak edəcək bitərəf deputatlardan bəziləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısını gözləmədən iddialarını ortaya qoyub. Muxalifet.az Yenisabah.az-a istinadən xəbər verir ki, artıq Azay Quliyevlə Adil Əliyev namizəd olacaqlarını ictimailəşdiriblər. Azay Quliyev bu barədə “Twitter” hesabında yazıb. “Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli ürməyə qərar verdim”, -deyə o bildirib. Adil Əliyev isə namizəd olacağını “Facebook” hesabında bəyan edib: “Ya Allah!

    Muxalifet4 - 21-12-2019

  15. "YAP mənim namizəd olacağım dairəni müəyyənləşdirmək istəyir" - İLQAR MƏMMƏDOVUN İDDİASINA HAKİM PARTİYADAN CAVAB

    Hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də namizədlər siyahısını açıqlamayıb. Gözlənilirdi ki, müxalifət düşərgəsi namizədlərini açıqlayandan sonra YAP-ın da siyahısı bəlli olacaq. Çünki YAP-ın ləngiməsi müxalif düşərgənin namizədlərinin bəlli olmaması ilə izah edilirdi. Lakin seçkiyə qatılacaq əsas müxalifət partiyaları artıq namizədlər siyahısını açıqlayıb. YAP-ın isə hələ də gözləmə mövqeyində olması ən müxtəlif fərziyyələrə səbəb olub. Əsas ehtimal budur ki, siyahının açıqlanmaması partiyadaxili ziddiyyətlərlə bağlıdır.

    Muxalifet4 - 21-12-2019

  16. ABŞ "Şimal Axını 2" qaz xəttinə SANKSİYA TƏTBİQ ETDİ - Hədəfdə "Qazprom"dur...

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump Rusiyanın dövlət şirkəti olan Qazprom-un Avropa Birliyinə boru kəmərini tikib bitirməsinə kömək edən istənilən firmaya qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutan bir qanun imzalayıb.

    Sanksiyalar "Şimal Axını 2"- Rusiyanın Almaniyaya qaz ixracını artırmağa yardım edəcək sualtı xətti layihəsini reallaşdıran firmaları hədəfləyir.

    ABŞ bu layihəni Avropanın təhlükəsizliyi üçün riskli hesab edir. Konqres müdafiə sənədinin bir hissəsi kimi sanksiyalara səs verib.

    Muxalifet4 - 21-12-2019

  17. Maltanın "qızıl pasport"unu neçəyə almaq olar? - ŞƏRTLƏR VƏ QİYMƏTİ...

    Maltada jurnalistin öldürülməsiylə bağlı işin istintaqı fəsadlar verərkən Avropa İttifaqının (Aİ) missiyası "qanunun aliliyini araşdırmaq" üçün Maltaya səfər edib. 2017-ci ildə Daphne Caruana Galizia-nın öldürülməsi ölkənin siyasi quruluşunu silkələdi və diqqəti Aralıq dənizinin bu ada ölkəsində iddia edilən korrupsiya və zəif məhkəmə sistemiylə bağlı daha geniş narahatlıqlara cəlb etdi. Vergilərin azlığı elit təhsil və ya siyasi səbəblərə görə yaşamağa yeni bir ölkə axtaran zənginlər üçün "qızıl pasportların" satışı böyük bir qlobal bazara çevrilib.

    Muxalifet4 - 21-12-2019

  18. Nazirin Murad Dadaşovu təbrik etməsi etirazla qarşılandı — FOTO

    Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xalq artisti Murad Dadaşovu doğum günü münasibətilə təbrik edib. Muxalifet.az-ın xəbərinə görə, təbrik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yerləşdirilib. Təbrikdə deyilir: “Hörmətli Murad Dadaşov! Sizi ad gününüz münasibətilə təbrik edir, ekoloji məsələlərə göstərdiyiniz həssaslıq üçün minnətdarlığımızı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzu edirik”. Nazirliyin bu paylaşımı sosial şəbəkədə istifadəçilərinin narazılığına səbəb olub. Paylaşıma “Bunun nə dəxli var idi sizin fəaliyyətinizə?!

    Muxalifet4 - 21-12-2019

  19. "Əgər məni rayona icra başçısı versələr, oranı özüm kimi gözəlləşdirəcəm" - AFAQ ASLAN

    Müğənni Afaq Aslan icra başçısı olmaq eşqinə düşüb. Sosial mediada yayılan xəbərdə Afaq Aslanın icra başçısı olmaq iddiaları öz əksini tapıb. Belə ki, müğənni ötən günlərdə vəzifəsindən azad edilən icra başçısı haqqında bir neçə fikir səsləndirib. Bu fikirlərin ardından isə özü əgər icra başçısı seçilərsə görəcəyi işlərdən danışıb: "Gərək xalqa kişi kimi xidmət edəsən. Rüşvət alan icra başçılarını düz edib cəzalandırıblar. Qanun qarşısında hamı məsuliyyət daşıyır. Əgər məni rayona icra başçısı versələr, həmin rayonu da özüm kimi gözəlləşdirəcəm".(mətbuat.az)

    Muxalifet4 - 21-12-2019

  20. İrəvan "Lavrov planı"nı niyə rədd edib? - DETALLAR

    Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş və nüfuzlu beyin mərkəzi hesab edilən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair növbəti hesabat yayıb. Muxalifet.az bu barədə Virtualaz.org-a istinadla xəbər verir. Uzunmüddətli araşdırmaların nəticəsi olaraq hazırlanan hesabatda deyilir ki, Yerevanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar barədə əvvəlcə yaranan optimizm özünü doğrultmasa da tərəflər bəzi məqamlarla bağlı irəliləyişlər əldə edə bilərlər.

    Muxalifet3 - 21-12-2019

Pages