Almaniya ilə ABŞ arasında QALMAQAL - Diplomat işə qarışdı
22-12-2019 23:26
Baxış sayı:
2097

ABŞ-la Almaniya arasında "Şimal axını-2" təbii qaz kəməri ilə bağlı qalmaqal böyüyür. Almaniya hökuməti ABŞ-ın "Şimal axını-2" layihəsi ilə bağlı sanksiyasını "Avropanın daxili işlərinə qarışmaq" kimi dəyərləndirib. Məsələ ilə bağlı danışan ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell sanksiya qərarının Avropanın lehinə olduğunu, bir çox avropalı diplomatın Vaşinqtona təşəkkür etdiyini vurğulayıb: "Məqsəd həmişə Avropanın enerji qaynaqlarının müxtəlifliyini təmin etmək və bir ölkənin və ya bir mənbənin enerji ilə Avropaya çox güclü bir təsir yaratmamasını təmin etməkdir". (Axar.az)