Bakıda gənc oğlan tapanca ilə güllələndi - FOTO

Baxış sayı:
2659

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb. Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə üç güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.