Axtarış

The search found 105735 results in 0.128 seconds.

Search results

  1. Generalın qardaşı hansı səbəbdən intihar edib? - İDDİA

    Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında tabel silahından istifadə etməklə intihar edib.

    Unikal.org-un məlumatına görə, 51 yaşında intihar edən Rahib Mirzəyev ağır xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

    İddia edilib ki, ağrılara dözə bilmədiyi üçün özünə qəsd edib. 

    Onun iki övladı var.

    Muxalifet2 - 9-07-2021

  2. ​“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

    İyulun 9-dan başlayaraq “Asan İmza” xidmətini istifadə edən “Nar” abunəçiləri mövcud SIM kartı dəyişmədən xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər. Bunun üçün abunəçilər “8500” qısa nömrəsinə uyğun açar sözündən ibarət SMS göndərməlidir. Qeyd edək ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir.

    Muxalifet2 - 9-07-2021

  3. 690 bal toplayan tələbə yol qəzasında ölüb

    Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

    "Report" xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

    O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.

    Muxalifet2 - 9-07-2021

  4. Media qanunu müzakirəyə çıxarılır - AÇIQLAMA

    “Media haqqında” qanun layihəsi hazırlanarkən ekspertlərin, bu sahədə çalışan hüquqşünasların, eyni zamanda media subyektlərinin rəhbərlərinin fikirləri öyrənilib və nəzərə alınıb".

    Bunu Axar.az açıqlamasında Medianın İnkişafı Agentliyindən deyiblər.

    Bildirilib ki, layihənin ilkin variantı hazırlandıqdan sonra da müxtəlif mərhələlərdə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib:

    Muxalifet2 - 9-07-2021

  5. “Ümid edirəm ki, Sizin sayənizdə hüquqlarım bərpa olunacaq və cinayətkarlar öz cəzasını tapacaqdır” – GÖYÇAY SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

    Göyçay rayonu, Çərəkə kand sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Cənab Prezident!

    Muxalifet2 - 9-07-2021

  6. Vüqar Səfərlinin cinayət işində MEDİA zərərçəkən qismində tanındı

    Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxsləri- Vüqar Səfərli, Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Xəlilova, Namiq Hacıyev və Şahin İmanovun cinayət işi icraata verilib.

    APA xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə baxılacaq.

    Muxalifet2 - 10-07-2021

  7. "YPX ƏMƏKDAŞLARI MƏNDƏN 100 MANAT TƏLƏB ETDİLƏR" - "Şərifov Amid bildirdi ki, səni axır-əvvəl “ilişdirəcəm”"

    “İyulun 6-da axşam saatlarında özümə məxsus 10 RP 086 dövlət nömrə nişanlı avtomobillə Lənkəran şəhərində hərəkətdə olarkən, 99 YP 570 dövlət nömrə nişanlı Yol Patrul Xidməti (YPX) tərəfindən saxlanılmışam. Məni polis avtomobilinə əyləşdirib, narkoman olduğumu dedilər. Bu münasibətə etiraz etdikdə polis əməkdaşları məni narkoloji bölməyə apardılar. Üzərimdə 5 növ test aparıdı və təmiz çıxdım. Bildirmək istəyirəm ki, 5-6 ay bundan öncə də ailə üzvlərimlə birlikdə maşında olarkən saxlanılaraq, məcburi narkoloji testlərdən keçirilmişəm.

    Muxalifet2 - 10-07-2021

  8. GÖMRÜYÜN “ZİLLƏT LABORATORİYASI”... - Və ya Dövlət Gömrük Komitəsi ölkədən valyuta axınına necə şərait yaradır?

    Gömrüyün mənasız və səhlənkar fəaliyyətindən həm sıravi vətəndaş, həm sahibkar, həm də dövlət ziyan görür

    Son illər ölkədə müxtəlif sahələrdə iqtisadi islahatlar həyata keçirilərək, şəffaflığın, rəqabət mühitinin genişləndirilməsi, sahibkarlığın inkişafı istiqamətində müəyyən addımlar atılsa da, Azərbaycan gömrüyü sanki bütün bu proseslərdən kənarda qalıb. Hər halda bu gün gömrük öz fəaliyyətilə sıravi vətəndaşların və xüsusilə də sahibkarların əhəmiyyətli hissəsinin ən çox şikayətçi olduğu sahələrdən biri, bəzənsə birincisi olaraq qalır.

    Muxalifet2 - 10-07-2021

  9. Deputata məxsus istirahət mərkəzində çalışan şəxsin meyiti tapıldı

    İyulun 9-u axşam saatlarında Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində ofisiant işləyən 40 yaşlı Anar Hüseyn oğlu Sücayevin meyiti tapılıb

    Yerli KİV-lərin yaydığı xəbərə görə, mərhumun yaxınları Sücayevin cəsədinin sözügedən istirahət mərkəzinin qonaqları tərəfindən tapıldığını söyləyiblər. Onların sözlərinə görə, Sücayevin guya stuldan5 metr hündürlükdən yıxıldığı iddia edilib.

    Muxalifet2 - 10-07-2021

  10. “Kosmosda həyat axtarmağa davam edirik” - NASA-NIN RƏHBƏRİ / VİDEO

    “Kainatda Yerdən kənarda şüurlu həyat mövcud ola bilər”.  Bunu NASA-nın rəhbəri, astronavt və senator Bill Nelson deyib. Onun sözlərinə görə, kosmik agentlik fəal şəkildə kosmosda şüurlu həyat izlərini, həmçinin həyatın yaranması üçün əlverişli şəraitin olduğu planetləri axtarmağa davam edir. 

    "13.5 milyard il yaşı olan Kainatda başqa günəşlərin, bizim planetə bənzər başqa planetlərin yaranması mümkün idimi? Mən deyərdim ki, “bəli”. Əminəm ki, orada şüurlu həyatın varlığına dair dəlilləri də əldə edəcəyik",- Bill Nelson CNBC-yə müsahibəsində bildirib.

    Muxalifet2 - 10-07-2021

  11. Bakıda oğlan ondan ayrılan qızı avtomobillə vurdu

    Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

    APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

    1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.

    Muxalifet2 - 10-07-2021

  12. Rusiya Suriya məsələsində Qərbə güzəştə gedir

    BMT Təhlükəsizlik Şurası milyonlarla ehtiyacı olan insan üçün humanitar yardımların çatdırılması üçün Suriya sərhəd keçidindən istifadənin müddətini bir il artırıb.
    İndiyədək bu müddətin uzadılmasına qarşı çıxan Rusiya son anda güzəştə gedib.
    ABŞ prezidenti Co Bayden və onun rusiyalı həmkarı Vladimir Putin iyulun 9-da telefon söhbəti zamanı qərardan razı qaldıqlarını bidliriblər.
    Təhlükəsizlik Şurasında iyulun 9-da qəbul edilmiş qərar suriyalılara daha 12 müddətində humanitar yardımların çatdırılmasına imkan verəcək.

    Muxalifet2 - 10-07-2021

  13. PAŞİNYAN ARUTYUNYANLA QARABAĞIN "STATUSU" HAQDA DANIŞDI - "Bu məsələnin gündəlikdə qalmasına çalışmalıyıq”

    Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüş keçirib.
    "Azadlıq" radiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu, Paşinyanın Ermənistan parlament seçkilərindən və onun Moskvada iyulun 7-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra Arutyunyanla ilk görüşü idi.
    Ermənistan baş nazirinin ofisi iyulun 9-da xəbər verib ki, Paşinyan bu görüş zamanı Arutyunyana hazırkı vəziyyətlə bağlı təfərrüatlı məlumat verib.
    Paşinyan görüş zamanı deyib:

    Muxalifet2 - 10-07-2021

  14. “Relax”da meyiti tapılan işçinin atası danışdı: "Onu tək heç kim öldürə bilməz" / VİDEO

    Xəbər verdiyimiz kimi, Lerikdə yerləşən “Relax” istirahət mərkəzində çayçı işləyən Lənkəran rayonunun Təngivan kənd sakini 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti tapılıb. Onun meyiti təxminən istirahət mərkəzindən 20 metr aralıdakı çayda aşkar edilib.

    Muxalifet2 - 10-07-2021

  15. GENERALIN QARDAŞINI İNTİHARA KİM MƏCBUR EDİB? - "Bizim hamımız üçün əsl şok oldu..."

    İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

    Muxalifet2 - 10-07-2021

  16. GƏDƏBƏY İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB - Müdafiə Nazirliyi məlumat yaydı

    İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Muxalifet2 - 10-07-2021

  17. "ÜÇÜNCÜ DOZANIN VURULMASI TAMAMİLƏ LAZIMSIZDIR" - "Bu formada xəstəlikdən qurtulmaq mümkün deyil"

    Yaqut Qarayeva: “Pandemiya gigiyena qaydalarının yayılmasında və buna əməl olunmasında müsbət rol oynadı”

    Muxalifet2 - 10-07-2021

  18. ÜÇ ÖLKƏNİN SƏFİRİ ŞUŞAYA GETMƏKDƏN İMTİNA EDİB - Onların bu cür qeyri-diplomatik demarşının səbəbi nədir?

    Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

    Muxalifet2 - 11-07-2021

  19. 200-dən çox ölkəni gəzmiş ilk azərbaycanlı səyyah - Şimal qütbünə qədər gedib

    Türkiyənin “Hürriyet” qəzeti dünyada 200-dən çox ölkəni gəzmiş və dünya miqyasında peşəkar səyyahların siyahısında yer alan yeganə azərbaycanlı-biznesmen Mehrac Mahmudov haqda yazır. Qəzet öz qeydlərində Mahmudovun getdiyi yerlərdən paylaşdığı fotolarla sosial şəbəkələrdəki minlərlə izləyicisini də sanki ən ucqar ölkələrə apardığını yazır.

    Muxalifet2 - 11-07-2021

  20. MƏMMƏDYAROV KASPAROVU MƏĞLUB ETDİ: Cəmi yeddi gedişə qələbə!

    Xorvatiya “Grand Chess Tour” turnirlər seriyasının üçüncüsü hesab olunan şahmat turnirinə ev sahibliyi edir.

    Burada azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir.

    Rapid növündə qüvvəsini sınamış şahmatçılar, bu gün blits üzrə turnirdə iştirak ediblər.

    Çempionatda Şəhriyar Məmmədyarovun rəqiblərindən biri də keçmiş dünya çempionu Harri Kasparov olub.

    Şahmatçımız altıncı turda qarşılaşdığı rəqibinə cəmi yeddinci gedişdə qalib gəlib.

    Muxalifet2 - 10-07-2021

Pages