Axtarış
The search found 105735 results in 0.069 seconds.
Search results
İngilis nəşrindən SENSASİON İDDİA: “Putinin imza atdığı gizli anlaşma...”
Rusiyanın yüksək vəzifəli şəxsləri 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampı dəstəkləməyə yönəlmiş gizli casusluq əməliyyatına icazə veriblər.
Bu barədə İngiltərənin “The Guardian” nəşri ələ keçirdiyi məxfi sənədələrə istinadən məlumat yayıb.
Muxalifet2 - 16-07-2021
Ali Rada deputatı Avakovun fəaliyyətini uğursuz və saxtakarlıq dövrü adlandırdı
“Ukrayna 2014-cü ildən bəri yeni anti-korrupsiya infrastrukturunun qurulması üzrə çox çətin yol keçib. Korrupsiyanın qarşısının alınması üzrə Milli Agentlik və məmurların görünməmiş dərəcədə açıq və hesabatlı elektron bəyannamə sistemi yaradılıb. Keçmiş prezidentlərdən tutmuş yerli özünüidarəetmə orqanlarının rəhbərlərinə qədər yüksək vəzifəli məmurların korrupsiyasını araşdıran xüsusi hüquq-mühafizə orqanı - Ukrayna Milli Anti-korrupsiyaya Bürosu (UMAB) formalaşdırılıb.
Muxalifet2 - 16-07-2021
General Əkbərov hakim qarşısına çıxarıldı - QƏTLDƏ İTTİHAM OLUNUR
Adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başladı. Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilir.
Muxalifet2 - 16-07-2021
Rusiyda “başdanxarab” və “anormal” adamı hakimiyyətə gətirmək planı təsdiqləndi - KREMLDƏ MƏXFİ TOPLANTI
Rusiyanın ali rəhbərliyi 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampa dəstək vermək və onu hakimiyyətə gətirmək üçün gizli casus əməliyyatının həyata keçirilməsinə icazə verib. Bu barədə “The Guardian” qəzeti “ təsadüfən əlinə keçən” sənədlərə istinadən xəbər yayıb.
Muxalifet2 - 16-07-2021
Haiti prezidentinə hücum edən hərbçiləri ABŞ hazırlayıb - AMERİKADAN ETİRAF
Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən Kolumbiyalı hərbçılərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar. TASS xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazirliyi təsdiqləyib.
Muxalifet2 - 16-07-2021
"Patı" qəbul edən gənc küçədə komaya düşdü - FOTO
Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb.
Bu barədə “Report”a ərazidə işləyən sakinlər məlumat verib.
Məlumata görə, yeniyetmə “patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.
Muxalifet2 - 16-07-2021
AVROPADA DƏHŞƏTLİ DAŞQINLAR - Almaniya və Belçikada 90 nəfərdən çox adam həlak olub
Avropa ölkələrində leysan yağıntılarının törətdiyi daşqınlar nəticəsində həlak olanların sayı 90 nəfəri ötüb.
Yalnız Almaniyada ölənlərin sayı 81 nəfərə çatıb. 50 nəfər Reynland-Pfalts, 30 nəfər isə Şimali Reyn-Vestfaliya federal torpağında həyatını itirib. Təbiət hadisəsi nəticəsində itkin düşənlərin sayının minə yaxın olduğu ehtimal edilir. Bununla yanaşı, cümə günü regionda daha güclü yağışların yağacağı ehtimal olunur.
Qeyd edək ki, daşqınlar Belçika və Niderlandda da ciddi fəsadlar törədib. Belçikada 11 nəfər həlak olub.
Muxalifet2 - 16-07-2021
Müxalif jurnalisti ABŞ-dan oğurlayıb qayıqla qaçırmaq planının üstü açıldı - 4 İRAN AGENTİ TUTULUB
Nyu York şəhərində dörd İran vətəndaşı ABŞ-da yaşayan müxalif jurnalisti qaçırmağı planlaşdırmaqda ittiham edilir. ABŞ hüquq-mühafizə orqanları bildirir ki, şübhəlilərdən biri İran kəşfiyyatının zabiti, digər üç nəfəri isə İran kəşfiyyat şəbəkəsinin üzvləridir. Virtualaz.org xəbər verir ki, Federal Təhqiqatlar Bürosu onların jurnalisti oğurlamaq üçün hazırladıqları əməliyyatının İran hökuməti tərəfindən dəstəkləndiyini bildirir.
Muxalifet2 - 16-07-2021
"QƏTLİ RÖVŞƏN ƏKBƏROV TÖRƏDİB" - Nazim İbrahimov və Orucəli Hacıyev ifadə verdi / YENİLƏNİB
Ona qarşı 1,2 milyon manatlıq mülki iddia qaldırılıb
Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Muxalifet2 - 16-07-2021
Düşmən yenə Naxçıvan istiqamətində bölmələrimizi atəşə tutdu - YENİLƏNİB
Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində baş vermis atışma ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.
Muxalifet2 - 16-07-2021
Bakıdan Naxçıvana avtobusla neçəyə getmək olar? - QİYMƏTLƏR AÇIQLANDI
17 iyul 2021-ci il tarixindən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobuslar fəaliyyətə başlayır.
Muxalifet2 - 16-07-2021
Avropa İttifaqı prezidentinin Cənubi Qafqaza səfəri başlayır
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana da səfər edəcək. Bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.
Muxalifet2 - 16-07-2021
"Qardaş Azərbaycana dəstəyimiz Türk Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi" - ƏRDOĞAN
"Təkcə 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı uğrunda qardaş Azərbaycana verdiyimiz dəstək Türk Silahlı Qüvvələrinin gücünü bir daha bütün dünyaya göstərmişdir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.
Muxalifet2 - 16-07-2021
"Pakistan HHQ "Taliban"a birbaşa aviasiya dəstəyi verir” - Əfqanıstanın Birinci vitse-prezidenti
İslamabad Kabilə xəbərdarlıq edib ki, Əfqanıstan hökumət qoşunlarının talibləri Spin-Boldak rayonundan (Pakistanla sərhəd) sıxışdırıb çıxarmaq istiqamətindəki bütün fəaliyyəti Pakistan Hərbi-Hava Qüvvələri (HHQ) tərəfindən qarşılanacaq. Bu barədə Əfqanıstanın Birinci vitse-prezidenti Əmrulla Saleh bəyan edib.
Muxalifet2 - 17-07-2021
Əfqanıstanlı polis taliblərlə 18 saat təkbaşına döyüşüb - "Tolo news"
Əfqanıstanlı polis nəfəri Əhməd Şah demək olar, bir gün ərzində Qəndəhar əyalətində «Taliban» silahlıları ilə təkbaşına döyüşüb. Bu barədə iyulun 14-də «Tolo news» xəbər portalı məlumat verib. On səkkiz saatdan sonra polisə kömək gəlib.
Əhməd Şah və daha 14 polis Qəndəhar ətrafında nəzarət-buraxılış məntəqəsində yerləşiblər və bu zaman taliblər onlara hücum ediblər. Onun yoldaşları döyüşdə həlak olublar, özü isə yaralanıb, amma müqavimət göstərməkdə davam edib.
On səkkiz saatdan sonra ona kömək gəlib. Hazırda o, təhlükəsizlikdədir və vəziyyəti sabitdir.
Muxalifet2 - 17-07-2021
Ərdoğan Şimali Kiprlə bağlı nə sürpriz hazırlayıb? - “İNDİ AÇIQLASAM YANLIŞ OLAR...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhiriyyəti ilə bağlı “xoş sürprizinin” olduğunu açıqlayıb.
Ərdoğan dünən bu haqda jurnalistlərlə söhbətində deyib. Bildirib ki, sürpriz xəbəri Şimali Kiprə iyulun 19-da başlayacaq səfəri zamanı açıqlayacaq.
Muxalifet2 - 17-07-2021
“Paşinyanın qızı 7-dən çox avtomobilin olduğu kortejlə gəzir...” - ERMƏNİ KİV-LƏRİ
Ermənistanın baş naziri Nikol Paşinyanın böyük qızı Mariam kortejin müşaiyəti ilə gəzir. Bu haqda “İravnuk” qəzeti yazır. Bildirilir ki, indiki isti yay günlərində Mariam tez-tez atasının doğulduğu İcevana gedir, orada gəzməli yerlərə baş çəkir və dincəlir.
“Bəlli olur ki, bir neçə gün əvvəl Mariam 7-dən çox maşının olduğu kortejin müşaiyəti ilə İcevana gedib. Mariam nədən belə qorxur, aydın deyil, amma sonuncunun bu dəbdəbəli səyahəti şahidlərin diqqətini cəlb edib”,-qəzet yazır.
Muxalifet2 - 17-07-2021
"PATI" SATAN DAHA BİR NƏFƏR TUTULDU - Müştərisi ələ verib...
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər şəxs saxlanılıb.
Muxalifet2 - 17-07-2021
Almaniyanın qərbindəki daşqınlar 360 nəfərə zərər vurub
Almaniyanın qərbindəki Arvayler bölgəsindəki (Reynland-Pfalz) daşqınlar ən azı 362 nəfərə zərər vurub.
"Report" xəbər verir ki, "Ak-Kurier" portalı Koblenzdəki polis mənbələrinə istinadən məlumat yayıb.
62 nəfər təbii fəlakətin qurbanı olub.
Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların sayının artacağını istisna etmir.
Muxalifet2 - 17-07-2021
Bakıda hoteldə qanlı olay - QADINA 23 BIÇAQ ZƏRBƏSİ VURULDU
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə 8-ci kilometr qəsəbəsində yerləşən hotellərin birində baş verib.
1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Muxalifet2 - 17-07-2021