BAKI -TBİLİSİ QATARI NƏ ZAMAN BƏRPA OLUNACAQ? - Gürcüstan mediası məlumat yayıb
1-05-2025 00:23
Baxış sayı:
577

Bakı-Tbilisi sərnişin qatarı mayın sonunda bərpa oluna bilər.
Muxalifet.az xəbər verir ki, bu haqda Gürcüstan KİV məlumat yayıb.
Qeyd edilib ki, hələ dəqiq tarix müəyyən edilməyib, tərəflər arasında bu istiqamətdə danışıqlar davam etdirilir.
Məlumata görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb