Axtarış
The search found 105735 results in 0.033 seconds.
Search results
HƏBSDƏ OLAN SABİQ İCRA BAŞÇISI ÖZÜNÜ TƏQSİRLİ BİLMİR - İfadə verməkdən imtina etdi
Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Muxalifet4 - 6-07-2021
Paşinyan Yerevan merinə sillə vurdu - O DA CAVABINDA BAŞ NAZİRİ SÖYDÜ...
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən bazar günü Yerevan meri Hayk Marutyanla dalaşıb.
Bu haqda “İravnuk” yazır. Bildirilir ki, görüş zamanı Paşinyanla Marutyan arasında mübahisə düşüb, Paşinyan merə sillə vurub. Marutyan isə onun ünvanına söyüş söyüb.
Muxalifet4 - 6-07-2021
“Lotu Quli”nin qətlində MÜƏMMA - Rövşən Lənkəranskinin qardaşı danışdı
“Mənim “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında mərhum avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev deyib.
O, “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”
Muxalifet4 - 6-07-2021
Ermənilər atəş açıb, hərbi qulluqçumuz yaralanıb - RƏSMİ AÇIQLAMA
İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.
Muxalifet2 - 6-07-2021
"QAZAXIN İŞĞALDAKI 7 KƏNDİ ARTIQ BOŞALDILIB..." - "Yaxın müddətdə onlar təhvil veriləcək"
Qazax rayonunun Ermənistanın işğalı altında olan 7 kəndi yaxınlarda geri qaytarılacaq. Bu barədə politoloq Elçin Alıoğlu açıqlama verib. O iddia edib ki, Ermənistanın işğalı altında olan həmin 7 kənd tam boşaldılıb və yaxın müddətdə onlar da Azərbaycana təhvil veriləcək.
Muxalifet2 - 7-07-2021
“DELTA” ŞTSAMMI MASKALI İNSANDAN DA KEÇƏ BİLƏR - İnfeksionistdən COVİD-19-un daha qorxulu dalğası ilə bağlı xəbərdarlıq
“İstirahət lazımdır, amma həyatımızı təhlükəyə atmadan bunu etməliyik...”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi “Avro 2020" futbol çempionatının COVİD 19-a yoluxmaları artıracağı barədə xəbərdarlıq yayıb. Məlumdur ki, Bakıda da çempionatın 4 oyunu keçirilib. Sonuncusu iyulun 3-də oldu.
Muxalifet2 - 7-07-2021
Azərbaycan KTMT ilə əməkdaşlığa maraq göstərir? - RUSİYA RƏSMİSİNDƏN İDDİA
Elxan Şahinoğlu: “Əgər belə bir müraciət olubsa, bunun hansı zərurətdən yarandığı izah edilməlidir”
Şahin Cəfərli: “Azərbaycanın yenidən Moskvanın orbitinə qayıtması təhlükəsi yaranıb”
İyulun 1-də Düşənbədə KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclası olub və qərara alınıb ki, bloka tərəfdaş ölkələr institutu təsis edilsin.Muxalifet2 - 7-07-2021
ERMƏNİLƏRDƏN NÖVBƏTİ TƏXRİBAT - Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub
İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.Muxalifet2 - 7-07-2021
"SENTYABRDAN YOLUXMA ARTACAQ..." - “Azərbaycana “Delta ştammı”nın gəlməsi qaçılmazdır” / Yenilənib
“Artıq COVID-19-un “Delta ştammı”na yoluxma bir çox ölkədə qeydə alınıb”.
Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Muxalifet2 - 8-07-2021
FÜZULİDƏ İKİ NƏFƏR MİNAYA DÜŞÜB
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
Muxalifet2 - 8-07-2021
SOYADLARDAKI “OV” və “YEV” SONLUQLARINI DƏYİŞMƏK ASANLAŞDI – VİDEO
Azərbaycan vətəndaşlarının bir çoxu hələ də “ov” və “yev” soyad sonluqlarından istifadə edir. İstər soyad sonluğunun, istərsə də soyadın dəyişdirilməsi qanunvericiliklə tənzimlənir. Ancaq bu iki proses bir qədər fərqli icra olunur.
Xəzər TV-yə istinadən xəbər verir ki, soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki “ASAN xidmət” mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.
Muxalifet2 - 8-07-2021
AĞDAMDA ATƏŞKƏS POZULDU, SÜLHMƏRAMLILAR NİYƏ SUSDU? - "Özümüz erməni separatçılarını tərk-silah etməyin planını hazırlamalıyıq"
Qarabağın Rusiya sülhməramlılarının təsir zonasına daxil olan hissələrində mövcud olan qanunsuz silahlı birləşmələrin hər an təxribat törədə biləcəyi barədə yazdıqlarımız özünü doğrultdu. İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulduğu barədə xəbər yayıldı.
Muxalifet2 - 8-07-2021
İki milyonluq dələduzluqda təqsirləndirilən iş adamına bəraət verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində “AzGold” MMC-nin rəhbəri Müşfiq Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prosesdə hökm oxunub. Hökmə əsasən, M. Muxtarov barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.
Muxalifet2 - 8-07-2021
“İran məqsədli şəkildə Azərbaycanda narkomaniyanı yaymağa çalışır”
"Qonşumuzun Rusiya və İran olması narkobiznesin fəaliyyətinə təsir edən əsas amillərdən biridir"
“İran istəməz ki, bizdə intellekt və genefondumuz güclü olsun…”
Muxalifet2 - 9-07-2021
İRANIN AZƏRBAYCANA ÖTÜRDÜYÜ "AĞ ÖLÜM" - Narkotik alverçilərinin ölkəmizə sərbəst şəkildə buraxılmasında molla rejiminin nə kimi marağı var?
Və yaxud son vaxtlar Azərbaycanda narkotik biznesinin “çiçəklənməsi” nə ilə əlaqədardır?
Son günlər Azərbaycanda narkotik istifadəsinin pik həddə çatması və istifadəçilərin arasında yeniyetmələrin, gənclərin üstünlük təşkil etməsi barədə sosial şəbəkələrdə həyəcan təbili çalınmaqdadır.
Muxalifet2 - 9-07-2021
“Media haqqında qanun layihəsinin gizli müzakirəsinə səbəb görmürəm” - ARİF ƏLİYEV
“Müzakirənin qapalı şəkildə keçirilməsi yalnız bircə şeydən xəbər verir ki, oraya əlavə məhdudiyyətlər salına bilər…”
“Jurnalisti azad olmayan cəmiyyətdə media azad orqan ola bilməz”
Muxalifet2 - 9-07-2021
DOLLARIN SATIŞINA NİYƏ MƏHDUDİYYƏT QOYULUR? - İqtisadçı səbəbləri AÇIQLADI
“Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxt müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir”.
Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev səsləndirib.
Onun sözlərinə görə, banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, qurum bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir.
Muxalifet2 - 9-07-2021
SABİQ DEPUTAT ÖZÜNÜ TƏQSİRLİ BİLMƏDİ - 2 milyon 571 min manat dələduzluqda ittiham edilir
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.
Prokuror ittiham aktını elan edib. Rafael Cəbrayılov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə iclası iyulun 22-də davam edəcək.
Muxalifet2 - 9-07-2021
İcra başçısının müavini İŞDƏN ÇIXARILDI
Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.
Lənkəran RİH-dən HİT.az-a verilən məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.
O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.
İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.
Muxalifet2 - 9-07-2021
Generalın intihar edən qardaşı özünü ürəyindən güllələyib - YENİLƏNİB
İyulun 9-da saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açmaqla öldürməsi ilə bağlı Baş Prokurorluğa məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
12:04
Muxalifet2 - 9-07-2021