Media qanunu müzakirəyə çıxarılır - AÇIQLAMA

Baxış sayı:
654

“Media haqqında” qanun layihəsi hazırlanarkən ekspertlərin, bu sahədə çalışan hüquqşünasların, eyni zamanda media subyektlərinin rəhbərlərinin fikirləri öyrənilib və nəzərə alınıb".

Bunu Axar.az açıqlamasında Medianın İnkişafı Agentliyindən deyiblər.

Bildirilib ki, layihənin ilkin variantı hazırlandıqdan sonra da müxtəlif mərhələlərdə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib:

“Hazırda da redaksiya və media subyektləri ilə müzakirələr davamlı olaraq aparılmaqdadır. Qanun layihəsinin hüquqi ekspertizası bitdikdən sonra onun geniş müzakirəsinin təşkili istiqamətində tədbirlər görüləcək”.