Axtarış

The search found 105735 results in 0.034 seconds.

Search results

  1. Qurban bayramına görə Azərbaycanda 4 gün iş olmayacaq - QƏRAR

    Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

    Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.

    Muxalifet2 - 1-07-2021

  2. “Delta” ştammı Cənubi Qafqazda yayıla bilər - ÜST RƏSMİSİ

    "Koronavirusun “Delta” variantının Cənubi Qafqaz regionunda yayılması ehtimalı yüksəkdir".

    Bunu Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib. Ekspert “Delta” ştammının Avropada və Rusiyada digər variantları sürətlə sıxışdırdığını, Cənubi Qafqaz və Orta Asiya regionlarında da bənzər halların gözlənilən olduğunu diqqətə çatdırıb.

    Muxalifet2 - 1-07-2021

  3. "DELTA" ŞTAMMI: VAKSİN SATMAQ ÜÇÜN OYUN? - Azərbaycanlı professordan maraqlı açıqlamalar

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirusa yeni yoluxma dalğası haqda xəbərdarlıq edib. 

    Təşkilatın Avropa üzrə başçısı Hanz Kluge iyulun 1-də deyib ki, Avropada yoluxmalarda 10 həftəlik azalma başa çatır, vətəndaşlar və qanunvericilər yoluxmalarda partlayış istəmirlərsə, qaydalara əməl etməlidirlər.

    Muxalifet2 - 2-07-2021

  4. Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) yüzlərlə hökumətə və özəl strukturlara hücum etdiyi üzə çıxdı - “QABA GÜCDƏN” İSTİFADƏ ETMƏKLƏ...

    ABŞ və Britaniyanın təhlükəsizlik orqanları Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU kimi tanınan hərbi kəşfiyyatının istifadə etdiyi qlobal qaba qüvvə metodlarını ifşa etdiklərini bildiriblər. İki ölkənin kəşfiyyat strukturları bildirirlər ki, GRU bu metodlardan dünya boyunca yüzlərlə hökümət və özəl təşkilata qarşı ziyanlı kiberfəaliyyətində istifadə edir.

    Muxalifet2 - 2-07-2021

  5. ​“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

    “Nar” abunəçiləri üçün 1 iyul 2021-ci ildən etibarən "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir. Bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan və 1 iyul 2021-ci ildən etibarən yeni qoşulan vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmətin aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. “Nar” abunəçiləri “Asan İmza” xidmətini mövcud olan mobil nömrələrində aktivləşdirə bilərlər və bu zaman yeni nömrə əldə etməyə ehtiyac yoxdur.

    Muxalifet2 - 2-07-2021

  6. Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ AÇIQLAMA

    Azərbaycanda abonentlər köhnə qaz tarifindən bu ilin iyul ayının 10-dək istifadə edə biləcəklər. Bu tarixdən sonra qaz istehlakı yeni tariflə hesablanacaq.

    Bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib .

    Onun sözlərinə görə, iyulun 10-dək "Azəriqaz" sayğacların oxunuşunu, o cümlədən əvvəlcədən ödənişli sayğaclarda proqram təminatı ilə bağlı işləri həyata keçirəcək və bu proses zamanı abonentlər köhnə tarifdən istifadə edəcəklər.

    Muxalifet2 - 2-07-2021

  7. ABŞ Azərbaycana 1 milyon dollar ayırdı - COVID-19-la MÜBARİZƏYƏ DƏSTƏK...

    ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana daha 1 milyon dollar ayırıb.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.

    Səfirin sözlərinə görə, bu vəsait Azərbaycana ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim ediləcək.

    Muxalifet2 - 2-07-2021

  8. Azərbaycanın da qoşulduğu Şərq Tərəfdaşlığı üçün milyardlarla avroluq plan - MƏQSƏD NƏDİR?

    Avropa Komissiyası Şərq Tərəfdaşlığına daxil ölkələrin iqtisadi inkişafı və onlara investisiyalar proqramı üçün 2.3 milyard avroluq (2.72 milyard dollar) plan təklif edib. Bu plan potensial olaraq Şərq Tərəfdaşlığı ölkələrinə 17 milyard avroluq (20.1 milyard dollar) əlavə dövlət və özəl investisiyalar cəlb etməlidir.

    Muxalifet4 - 3-07-2021

  9. Putin Fransanı Qarabağa “pul xərcləməyə” çağırır - MAKRONLA TELEFON DANIŞIĞI

    Ötən gün axşam Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığına dair məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Qarabağ ətrafındakı situasiyanı da müzakirə ediblər.

    Muxalifet4 - 3-07-2021

  10. “İSTANBUL KANALI”: HƏDƏF QARA DƏNİZDİR! - “Mərmərə regionu Avrasiyanın mərkəzinə çevriləcək”

    Sazlıdərə su anbarının üstündən çəkiləcək ilk körpünün təməlinin qoyulması “İstanbul kanalı” layihəsinin faktiki olaraq həyata keçirilməyə başlaması deməkdir. Gəmilərin həcminin böyüməsi, çəkilərinin artması, neft və kimyəvi maddələr kimi təhlükəli yüklərin nəqli və gəmilərin sayının çoxalması Bosfor boğazı üçün risk təşkil edən amillərdəndir.

    Muxalifet4 - 3-07-2021

  11. "ONLAR VAR, ANCAQ..." - ABŞ kəşfiyyatı UNO-lar barədə hesabat dərc edib

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyatı Konqresə son onilliklər ərzində Amerikada müşahidə edilən izaholunmaz təzahürlər barədə hesabat təqdim edib. Sənəddə hakimiyyətə uçan naməlum obyektlərin (UNO) soxulması barədə məlum olanlar və məlum olmayanlar barədə məlumat toplanıb.

    «TASS» hesabatın əsas tezislərini dərc edib.

    Muxalifet4 - 3-07-2021

  12. "Uşaqlar arasında vaksinasiyanın aparılması tövsiyə edilmir" - EKSPERT

    COVID-19-a qarşı istifadə olunan vaksinlərin uşaqlar üzərində təsiri araşdırılmadığından, onlara tətbiqi tövsiyə edilmir.

    Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə bildirib.

    Onun sözlərinə görə, artıq dünyada uşaqlar arasında "Delta" ştammına və onun törəməsi olan "Delta+" ştammına yoluxma halları artmaqdadır, buna baxmayaraq mövcud vaksinlər yalnız 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub:

    Muxalifet4 - 3-07-2021

  13. Ronaldu “Instagram”da hər paylaşımına görə sərvət qazanır

    Turinin “Yuventus” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu “Instagram” sosial şəbəkəsində hər paylaşımına görə 1,35 milyon avro qazanır.

    Muxalifet4 - 3-07-2021

  14. İranda məmur övladlarının əyləncə görüntüləri yayıldı - VİDEO

    İranda rəsmi şəxslərin övladlarının əyləncə görüntüləri yayılıb.

    “Azad İran” “Telegram” kanalı xəbər verir ki, tez-tez ölkə daxilindən yayılan görüntülərdə məmur uşaqlarının və ya ağazadələrin “dini dəyərlərlə idarə olunan İranda” istədiklərini kimi əyləncə məclisləri qurub əyləndikləri görünür.

    Bu videoda da İranın vəzifəli şəxslərinin övladlarının paytaxt Tehranda bir evdə təşkil etdikləri ziyafətdən görüntüləri əks olunub.

    Muxalifet4 - 3-07-2021

  15. Sabah havanın temperaturu 42 dərəcəyədək artacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə iyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

    Cənub küləyi əsəcək.

    Muxalifet4 - 3-07-2021

  16. Gürcüstana səyahət etmək istəyənlərin nəzərinə! - PCR TESTİ ARAYIŞI TƏLƏB OLUNMAYACAQ

    Gürcüstan hökuməti bütün sərnişinlər tərəfindən icbari şəkildə koronavirusa dair PCR testi arayışının təqdim olunması qərarını ləğv edib.

    Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - "Buta Airways" şirkətinin açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, uçuşlar öncəki qaydalara əsasən həyata keçiriləcək./report

    Muxalifet4 - 3-07-2021

  17. “Rövşən Lənkəranski”nin qardaşının 4 adamı “Lotu Quli”nin qətlinə görə tutuldu - TÜRKİYƏDƏ XÜSUSİ ƏMƏLİYYAT / YENİLƏNİB

    Son məlumatlara görə, Türkiyədə “Lotu Quli”nin qətlinə görə bu gün polisin eyni vaxtda dörd bölgədə həyata keçirdiyi əməliyyat zamanı saxlanılanlar “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamlarıdır. Onların hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

    Muxalifet4 - 2-07-2021

  18. FÜZULİ VƏ ZƏNGİLANDA BASDIRILAN MİNALARIN XƏRİTƏLƏRİ TƏHVİL VERİLDİ - 15 erməni hərbçi qaytarıldı

    Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri bu gün Azərbaycan tərəfinə təqdim edib.

    Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

    Muxalifet2 - 3-07-2021

  19. Rüstəm Muradovdan erməni məhbusların İrəvana qaytarılması haqda AÇIQLAMA - FOTO

    “Bu gün şəxsən Qarabağdakı silahlı qarşıdurma zamanı erməni birləşmələri tərəfindən iki rayonun minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verdim. Öz növbəsində, Azərbaycan 15 erməni hərbçisini sərbəst buraxdı”.

    Bu fikirləri Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə İrəvana təhvil verilməsindən sonra mətbuata açıqlayıb.

    Muxalifet2 - 4-07-2021

  20. Azərbaycanın qarşı tərəfə təhvil verdiyi ermənilərin görüntüləri - VİDEO

    Xəbər verdiyimiz kimi, Ermənistan işğal dövründə Füzuli və Zəngilanda basdırdığı minaların xəritələrini Azərbaycana təqdim edib. Azərbaycan isə humanist addım olaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

    Ermənistan mətbuatı həmin şəxslərin Yervanın "Erebuni" aeroportunda görüntülərini lentə alıb.

    Sözügedən videonu təqdim edirik:

    Muxalifet2 - 4-07-2021

Pages