Axtarış

The search found 105735 results in 0.128 seconds.

Search results

  1. AMEA-da HANSI CİNAYƏTLƏR BAŞ VERİR? - Ramiz Mehdiyevlə Elton Məmmədovun SƏSYAZISI

    Keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verən ağır cinayət hadisələrindən danışıb.

    "Bakupost.az"ın məlumatına görə, bununla bağlı yayılan səsyazısından görünür ki, E.Məmmədovun işdən çıxarılması ilə bağlı təşkil olunan iclasda son çıxışı zamanı o, müəyyən faktları açıqlayıb.

    Bildirib ki, AMEA-da ciddi qanun pozuntuları baş verib. İşlədiyi müddətdə qanunsuzluqların qarşısını almağa çalışsa da, buna tam müvəffəq ola bilməyib.

    Muxalifet2 - 30-06-2021

  2. Qondarma Milli Məclis, saxta hökumət, qəlp deputatlar - MƏĞRUR BƏDƏLSOY YAZIR

    Qarabağ qazilərinə qarşı dövlətin qərəzli ayrı-seçkiliyi

    Muxalifet2 - 30-06-2021

  3. Erməni cəlladları “Lyoxa” və “Lyoşa”: biri Naxçıvanda doğulub böyüyübmüş... - SƏS-KÜYLÜ MƏHKƏMƏ DAVAM EDİR

    Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər hərbi cinayətlər törətmiş erməni hərbi canilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç (“Lyoxa”) və Xosrovyan Alyoşa Aramaisoviçin (“Lyoşa”)  cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Virtualaz.org-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində  şahidlər dindirilib.

    “Lyoşa” Cəbrayılda necə ələ keçdi...

    Muxalifet2 - 30-06-2021

  4. “ZAMAN KEÇƏCƏK VƏ MƏN DEYƏCƏM Kİ...” - Putin hakimiyyətin ötürülməsi və varis haqda danışdı

    Rusiya prezidenti Vladimir Putin bu gün ölkə vətəndaşları ilə birbaşa ünsiyyət zamanı hakimiyyətin ötürülməsi və varis məsələsi haqda da danışıb. O qeyd edib ki, ölkə prezidentini Rusiya vətəndaşları seçir.

    “Mənim məsuliyyətim ondan ibarətdir ki, prezident vəzifəsinə iddia edəcək adamlara tövsiyələr verim. Zaman keçəcək və ümid edirəm bunu deyə biləcəm ki, hansısa adam bizim möhtəşəm vətənimizə-Rusiya kimi gözəl ölkəyə rəhbərlik etməyə layiqdir”,-Putin deyib.

    Muxalifet2 - 30-06-2021

  5. AZƏRBAYCANDA İŞIQPULU GECƏ və GÜNDÜZ FƏRQLİ OLACAQ - Qərar

    Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.

    Dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

    Qərar sabahdan qüvvəyə minir.

    Muxalifet2 - 30-06-2021

  6. TƏBİİ QAZIN QİYMƏTİLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Bu qrup istehlakçlar üçün tariflər artırıldı

    Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

    Muxalifet2 - 30-06-2021

  7. Əhali üzrə qazın qiyməti necə hesablanacaq? - İZAH

    Tarif Şurası tərəfindən bu gün verilən qərarla təbii qazın tarifləri dəyişdirilib.

    Muxalifet.az xəbər verir k, iİllik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. Daha əvvəl isə illik 2200 m3-dək qaz istehlakı üzrə tarif 1 kub metr üçün 10 qəpik səviyyəsində idi.

    Yəni, daha əvvəl əhali 2200 m3-dək qaz istehlakında hər m3 üçün tarif 10 qəpik ödəyirdisə, indi bu limit 1200 m3-ə endirilib.

    Muxalifet2 - 30-06-2021

  8. "Metro Zaur" və ailəsinin milyonluq avtomobilləri - BUNLAR SƏRVƏTİNİN ÇOX CÜZİ HİSSƏSİDİR / FOTOLAR

    Bakı metropoliteni açıqlama yayıb ki, qurum 2020-ci ili 83,543 milyon manat ziyanla başa vurub.

    Muxalifet2 - 30-06-2021

  9. Çay daşdı, koronavirusdan ölənlərin meyitləri üzə çıxdı - ONLARI YANDIRMAQ ÜÇÜN ODUN ALMAĞA PUL OLMAYIB... / VİDEO

    Hindistanda mövsümi musson yağışlarının yaratdığı daşqınlar Qanq çayında onlarla cəsəd ortaya çıxarıb. Bu haqda BBC-nin süjetində bildirilir.

    Güman edilir ki, ölkədə Covid-19-a görə ölümlərin tüğyan etdiyi dövrdə - aprel-may aylarında bəzi ailələrin odun almağa imkanları olmadığından, ənənəvi kremasiya əvəzinə, cəsədləri Qanq çayına endirib və ya sahil boyu qumluqlarda basdırıblar. İndi musson yağışları həmin məzarlıqların qumunu yuyaraq, cəsədlərin üstünü açıb.

    Muxalifet2 - 30-06-2021

  10. Almaniyada dövlət qurumlarından “Facebook”dan istifadəni dayandırmaq tələb olundu - SƏBƏB...

    Almaniyada dövlət qurumlarından “Facebook” sosial şəbəkəsindən istifadəni dayandırmaq tələb olunub. 

    “Anadolu” agentliyi xəbər verir ki, bununla bağlı nazirliklərə xəbərdarlıq məktubu göndərilib. Rəsmilərin istifadəçi məlumatlarını qorumaq və digər platformalarda istifadə edilməməsi üçün lazımi addımlar atılmaqda gecikilib.

    Dövlət qurumlarına xəbərdarlıq edilib ki, sosial media hesablarının bu ilin sonuna qədər bağlasınlar, əks təqdirdə gələn ildən etibarən səlahiyyətləri daxilində məcburiyyət tədbirlərinə əl atılacaq.

    Muxalifet2 - 30-06-2021

  11. General Süleymaninin öldürülməsində əli olan ABŞ zabiti bazada ölü tapıldı - HADİSƏ MÜƏMMALIDIR, İRAN ONU AXTARIRDI...

    ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdəki Əl-Udeyd aviabazasında ölü tapılıb. Xarici KİV-lər xəbər verir ki, İran xüsusi xidmət orqanları onu İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına görə axtarırdı.

    Muxalifet2 - 1-07-2021

  12. Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb - YENİLƏNİB

    Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

    Muxalifet2 - 1-07-2021

  13. Novxanıda sürücüyə qarşı yersiz hərəkət edən yol polisi CƏZALANDIRILDI

    Ötən günlərdə Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan görüntülər barədə aparılan araşdırma yekunlaşıb.

    Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

    O bildirib ki, yayılan video ilə yol polisi əməkdaşının rüşvət aldığına dair iddialar öz təsdiqini tapmayıb:

    Muxalifet2 - 1-07-2021

  14. PAŞİNYAN SABİQ BAŞ QƏRARGAH RƏİSİNİ CƏZALANDIRIR - “Su-30SM”-ə görə

    Gözlənildiyi kimi, Nikol Paşinyan hakimiyyətini qorumağa müvəffəq olandan sonra özünə rəqib və düşmən hesab etdiyi şəxsləri cəzalandırmağa başlayıb.

    Onların içində “Qarabağ klanı”na yaxın olan hərbçilər xüsusi yer tutur.

    “AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamenti sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldığına dair məlumat yayıb. Mətbuat yazır ki, məlumatda həmin şəxsin adı çəkilməsə də, söhbət Movses Akopyandan gedir.

    Muxalifet2 - 1-07-2021

  15. 50-yə yaxın dərmanın qiyməti artırılıb - Tarif Şurasının qərarı hansı preparatlara aiddir?

    Tarif Şurasının "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" 10 saylı, 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları sayı 12442-dən 12689-a qaldırılb. Beləliklə, siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Eyni zamanda dəyişiklik həm də istehsalçının adı ilə bağlıdır.

    Muxalifet2 - 1-07-2021

  16. Azərbaycanda və Türkiyədə on minlərlə adamı aldadan "Tosuncuk" təslim oldu - “ÇİFTLİK BANK” OYUNU QURUB MİLYONLARLA DOLLAR ƏLƏ KEÇİRMİŞDİ... / FOTO

    Türkiyədə və o cümlədən Azərbaycanda on minlərlə adamı aldadaraq milyonlarla dolları ələ keçirən, neçə vaxtdır beynəlxalq axtarışda olan “Tosuncuk” (gombul, girdəsifət mənasında) ləqəbli məşhur dələduz Mehmet Aydın Braziliyanın San-Paulu şəhərində polisə könüllü təslim olub. Türkiyə KİV-ləri xəbər verir ki, Mehmet Aydının vəkili Şehmus Uluç onun Ankaraya ekstradisiya edilməsi üçün prosedurların başladığını açıqlayıb.

    Bir gün əvvəl Mehmet Aydın vəkilləri vasitəsilə “Sözçü” qəzetinə videomüraciət göndərib və təslim olmağa hazırlaşdığını bildirib.

     

    Muxalifet2 - 1-07-2021

  17. “AZƏRBAYCAN QABAQLAYICI TƏDBİRLƏR GÖRMƏLİDİR...” - Almaniyada işləyən azərbaycanlı həkim “delta” variantı haqda xəbərdarlıq edir

    Koronavirusun ilk  dəfə Hindistanda aşkarlanan  “Delta” və “Delta plus” variantları sürətlə yayılmaqda davam edir. Artıq dünyanın 100-ə yaxın ölkəsində, o cümlədən Azərbaycanla qonşu Türkiyə, Rusiya və Gürcüstanda virusun bu ştammına yoluxmalar qeydə alınıb. Bu baxımdan “delta” variantının  ölkəmizə də keçmə ehtimalı yüksəkdir. Qeyd edək ki, “Delta” variantının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətli və təhlükəlidir. Həmçinin bu ştamma yoluxanlar xəstəliyi daha ağır keçirirlər.

    Muxalifet2 - 1-07-2021

  18. Çap mediasına dəstək layihəsinin qalibləri açıqlanıb - SİYAHI

    Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.
    Medianın İnkişafı Agentliyindən verilən xəbərə görə, çap mediasına dəstək layihəsinin qalibləri aşağıdakılardır:
    “525-ci qəzet”
    “Şərq” qəzeti
    “Səs” qəzeti
    “Bakı-Xəbər” qəzeti
    “Yeni Müsavat” qəzeti
    “Yeni Azərbaycan” qəzeti

    Muxalifet2 - 1-07-2021

  19. MEDİA saytlara dəstək layihəsinin qaliblərini açıqlayıb - SİYAHI

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.
    Medianın İnkişafı Agentliyindən verilən xəbərə görə, müsabiqənin qalibləri aşağıdakılardır:
    Qazet.az
    Bizim.media
    Azxeber.com
    Yenicag.az
    Sportinfo.az
    Sonxeber.az
    Qaynarinfo.az
    Sportal.az

    Muxalifet2 - 1-07-2021

  20. Azərbaycanda COVİD-19: yoluxma sayı sağalanları üstələdi - RƏQƏMLƏR AÇIQLANDI

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb. 

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

    Muxalifet2 - 1-07-2021

Pages