Axtarış
The search found 105735 results in 0.083 seconds.
Search results
Ukrayna səfirinin Şuşaya səfəri ermənilərdə aqressiya yaradıb
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Şuşaya səfəri ilə bağlı sosial mediada paylaşımı ermənilərdə aqressiya yaradıb.
APA-nın xərinə görə, ukraynalı diplomat "Twitter" hesabında iyulun 9-10-da baş tutan Şuşa səfəri ilə bağlı paylaşım edib.
Muxalifet2 - 11-07-2021
AVRO-2020: İTALİYA AVROPA ÇEMPİONU OLDU - VİDEO / Yenilənib
Oyunun əlavə vaxtında da qol vurulmayıb. Ekstra taymlarda qalib müəyyən edilmədiyindən, qalib penalti vuruşları ilə müəyyənləşib. İtaliya penaltilərdə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu oldu.
***
İkinci əlavə olunmuş 15 dəqiqə də bitdi. Matçda penatilər seriyası olacaq.
Muxalifet2 - 12-07-2021
Vüqar Səfərlinin məhkəməsinin vaxtı məlum oldu
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
"Report"un xəbərinə görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin edilib.
Muxalifet2 - 12-07-2021
“AZƏRBAYCAN HÜCUM DİPLOMATİYASINA KEÇMƏLİDİR” – “Rusiya qarşısında tələb qoymalıyıq...”
Erməni ordusu sistematik olaraq Ermənistan-Azərbaycan sərhədində mövqelərimizi atəşə tutur, eyni zamanda erməni diversiya qrupları rus sülhməramlıların olduğu ərazilərdən sızaraq Azərbaycan hərbçilərinə zərər verməyə çalışırlar. Müşahidələr göstərir ki, 44 günlük müharibədə məğlub olmasını qəbul edən Ermənistanın bu addımları məntiqli deyil. Əgər Ermənistan Azərbaycanla müharibə aparmaq, savaşmaq niyyətində qəti olsaydı, bu zaman üçtərəfli saziş imzalanmazdı.
Muxalifet2 - 12-07-2021
SOCAR-la Pakistan arasında 220 milyon dollar söhbəti DOST ÖLKƏ BAKININ TƏKLİFİNƏ CAVAB VERMİR, SƏFİR XƏBƏRDARLIQ EDİR...
Azərbaycanın dövlət neft şirkəti SOCAR Pakistan hökumətinin şirkət tərəfindən bu ölkəyə ümumi məbləği 220 milyon dollardan çox olan iki güzəştli kredit xəttinin açılması barədə təklifinə hələ də cavab verməməsindən məyusluq ifadə edib. Həmin kreditin əvəzində SOCAR Pakistana neft və sıxılmış qaz təchiz etməliydi. Bu haqda Pakistanın ingilisdilli “Dawn” nəşri yazır.
Muxalifet2 - 12-07-2021
Ermənil terrorçuların məhkəməsi təxirə salındı - YENİLƏNİB
Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin üzvlərinin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Muxalifet2 - 12-07-2021
TARİF ŞURASINA YENİ SƏLAHİYYƏT VERİLİB - Fərman
Zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
Muxalifet2 - 12-07-2021
Bakıda həkimi şantaj etdiyi iddia olunan baş redaktor həbs edildi
Bakıda həkimi şantaj edən baş redaktor həbs edilib.
Belə ki, “www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olmuşdur.
Muxalifet2 - 12-07-2021
"PUTİNİ NARAHAT EDƏN ƏSAS MƏSƏLƏ BUDUR..." - ABŞ mediası yazır
Rusiya hakimiyyətinin "Axilles dabanı" heç də disidentlər deyil, iqtisadiyyatdır”
“Rusiya böyük ölkədir.Əhalisinin sayı 140 milyon olan Rusiyanın bu başından digər başına qədər olan zaman məsafəsi 10 saatdır. Əslində ruslar özünəməxsus bir xalqdır və onlar heç də həmişə hakimiyyətə kor-koranə tabe olmurlar. Əyalətlərdə məmurların rüşvətxorluğuna və talançılığına qarşı çoxsaylı nümayişlər və güclü etiraz aksiyaları nadir hadisə sayılmır”.
Muxalifet2 - 12-07-2021
MƏHKƏMƏLƏR ŞİKAYƏTLƏRƏ YENİ QAYDALARLA BAXACAQ - Qanunda nələr dəyişdi?
Milli Məclisin iyulun 9-da keçirilmiş iclasında "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minəcək bu qanunda ciddi dəyişikliklər aparılıb.
Muxalifet2 - 12-07-2021
“Rəşad Gəncinski” 2 nəfəri öldürməkdə və "qanuni oğru" titulu daşımaqda ittiham olunur - "LOTU QULİ"-NİN ƏSAS ADAMLARINDAN İDİ...
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı kriminal avtoritet, cinayətkar aləmdə “Rəşad Gəncinski” kimi tanınan Rəşad İsmayılova qarşı cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamını irəli sürülüb. Bu haqda “RİA Novosti” bildirir.
İstintaqın məlumatına görə, İsmayılov 2013-cü ildən etibarən 7 il ərzində “qanuni oğru” statusunu daşıyıb. Rusiyada iki il əvvəl qəbul edilən qanuna görə, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq, yəni “qanuni oğru” titulunu daşımaq cinayət məsuliyyəti yaradır və 10 ilə qədər həbslə cəzalandırılır.
Muxalifet2 - 12-07-2021
Sprey peyvəndlər 100 faiz nəticə göstərdi
Koronavirus epidemiyası üçün peyvənd və müalicə çalışmaları uğurlu nəticələr verir. ABŞ-ın Georgiya və Ayova universitetlərindən ibarət qrupun rəhbərlik etdiyi araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc edilib. Məlum olub ki, burundan tətbiq olunan peyvəndlər 100 faiz təsir göstərir.
Muxalifet2 - 12-07-2021
“VAKSİNLƏRİN QARIŞDIRILMASI TƏHLÜKƏLİDİR” – Ümumdünya Səhiyyə Təşkilatından xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 12-də müxtəlif istehsalçıların COVID-19 vaksinlərinin qarışdırılması ilə bağlı xəbərdarlıq edib və bildirib ki, vaksinlərin təsiri barədə elmi informasiyanın natamamlığına görə iki dozanın fərqli vaksinlərlə vurulması “təhlükəli meyldir”.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, ÜST-nin baş elmi eksperti Sumya Svaminatan bildirib ki, müxtəlif vaksinlərin insan orqanizminə təsiri barədə informasiyalar hələki tam toplanmayıb və təhlil edilməyib.Muxalifet2 - 13-07-2021
ŞƏRİKİ RAFİQ ƏLİYEVİN MİLYONLARINI NECƏ MƏNİMSƏYİB? - Məhkəmə çəkişmələri
Azərbaycanın tanınmış iş adamı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyev keçmiş biznes ortağı Tomas Mozerin fırıldağı ilə üzləşib. Belə ki, xeyli müddət Əliyevlə yaxın dostluq və iş ortaqlığında olan Mozer “Azpetrol” LTD-nin Moldovada qurduğu biznesi öz əlinə keçirib. Söhbət Moldovanın Prut və Dunay çaylarının sahilində yerləşən, ölkənin dənizlə əlaqəsini təmin edən yeganə limandan - Curculetsdən gedir.
Muxalifet2 - 13-07-2021
NAZİM İBRAHİMOVUN QARDAŞI MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR - Hansı cinayətləri edib?
"STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin başlayacağı vaxt hələ məlum deyil.
Muxalifet2 - 13-07-2021
“Delta” variantı deyildiyi qədər də ölümcül deyil” - Azərbaycanlı alim
“İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, “Delta” variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9% ölüm faizi göstərən “Alfa” variantı ilə müqayisədə “Delta”nın ölüm faizi 0,2% təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, “Delta” variantı bundan əvvəlki virus variantları ilə müqayisədə ölümcüldür”.
Muxalifet2 - 13-07-2021
Azərbaycan ordusunun zabiti tabel silahı ilə özünü vurdu - NAZİRLİKDƏN AÇIQLAMA
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib. Bu barədə Müdafiə Nazirliyi bildirir.
Məlumatda qeyd olunur ki, hadisə “qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur”.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Muxalifet2 - 13-07-2021
Eyni vaxtda koronavirusun "alfa" və "beta" ştammlarına yoluxdu... - EKSPERTLƏRDƏN QORXULU AÇIQLAMA
Belçikada 90 yaşlı qadın eyni vaxtda koronavirusun "alfa" və "beta" ştammlarına yoluxub və ölüb.
Muxalifet2 - 13-07-2021
“MƏNİ ÖZÜMÜ ÖLDÜRMƏ HƏDDİNƏ ÇATDIRIBLAR…” – Göyçay sakini Salyan İcra və Probasiya İdarəsinin rəisi və işçisindən şikayətçidir
Göyçay şəhəri, Natavan küçəsi, ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!Muxalifet2 - 13-07-2021
"Türkiyənin konstruktiv rolunu alqışlayırıq” – Ankara-Vaşinqton danışıqları gedir
Birləşmiş Ştatlarla Türkiyə Əfqanıstanda təhlükəsizlik məsələsi ilə bağlı əməkdaşlığı müzakirə edirlər. “Reüters” Agentliyinin məlumatına görə, bunu iyulun 12-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib. Məlumatda qeyd olunbur ki, bildirilir ki, Ankara ABŞ ordusunun Əfqanıstandan çıxmasından sonra Kabil hava limanının mühafizəsinin təmin edilməsini təklif edib.
Amma Ned Prays bu təklif və hava limanının necə fəaliyyət göstərəcəyi barədə əlavə məlumat verməkdən imtina edib.
Muxalifet2 - 13-07-2021