Axtarış
The search found 105735 results in 0.036 seconds.
Search results
Almaniyadan daha 30 nəfər azərbaycanlı deport olunacaq - AXTARIŞDA OLANLAR DA VAR...
Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.
“Report”un Avropa bürosunun məlumatına görə, ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.
Muxalifet2 - 13-07-2021
GÖMRÜKDƏ BROKERLƏR SAHİBKARLARI NECƏ ALDADIR… - Milyonlarla manat vəsait dövlət büdcəsindən yayındırılır…
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu vəzifəyə təyin olunarkən ölkə başçısı tərəfindən qarşısına bir sıra tələblər qoyulmuşdu. Bu tələblərdən ən başlıcası onlar idi ki, Gömrük Komitəsinin fəaliyyəti şəffaf olmalı, sahibkarlar əsassız yerə incidilməməli və gömrükdəki monopoliya aradan qaldırılmalıdır.
Muxalifet2 - 14-07-2021
Azərbaycanda vaksin, sertifikat, 3-cü doza və digər məsələlər - ÜÇ SƏHİYYƏ STRUKTURU AKTUAL SUALLARA CAVAB VERDİ
Azərbaycanın səhiyyə sahəsinə cavabdeh olan dövlət strukturları-Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB koronavirusa qarşı vaksinlərin vurulmasına, vaksin sertifikatının alınmasına və digər bu kimi mövzulara aid olan suallara sosial şəbəkələr üzərindən cavab verib. Həmin sualları və onlara verilən cavabları təqdim edirik:
Peyvəndə əks göstərişi olanlara “kovid pasportu” necə veriləcək?
Muxalifet2 - 14-07-2021
FETÖ-nun Azərbaycan işlərinə rəhbərlik etdiyini təsdiqlədi... - MİT QIRĞIZISTANDA YAXALAYIB TÜRKİYƏYƏ APARMIŞDI
İyunun əvvəllərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində yoxa çıxan və Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyatla Türkiyəyə aparıldığı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən bundan təxminən bir ay sonra açıqlanan yüksək rütbəli FETÖ (Fətullahçı terror təşkilatı) mənsubu Orhan İnandının istintaqa verdiyi ifadənin təfərrüatları məlum olub. Orhan İnandı Fətullah Gülən qruplaşmasına üzv olduğunu, 36 ildir bu hərəkatın içərisində yer aldığını etiraf edib. Bu haqda TRT Haber müxbiri bildirir.
Muxalifet2 - 14-07-2021
“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər
İyulun 9-dan başlayaraq “Asan İmza” xidmətini istifadə edən “Nar” abunəçiləri mövcud SIM kartı dəyişmədən xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər. Bunun üçün abunəçilər “8500” qısa nömrəsinə uyğun açar sözündən ibarət SMS göndərməlidir.
Muxalifet2 - 14-07-2021
“Nar”ın Baş icraçı direktoru: “Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir"
““Nar”ın əsas hədəfi Azərbaycanın müştəriyönümlü mobil operatoru olmaqdır. Üstün xidmət müştərilər qarşısında əsas vədimiz və öhdəliyimizdir”.
Muxalifet2 - 14-07-2021
Şadlıq saraylarında keçirilən toylarda xüsusi rejim tətbiq ediləcək - QƏRAR QƏBUL OLUNDU
Azərbaycanın baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində COVID-19 virusunun idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edəcək.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Sənədə əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə xüsusi sanitar rejim tətbiq edilən sahələrin sayı artırılıb. Şənlik mərasimləri keçirilən obyektlər də bura əlavə edilib.
Muxalifet2 - 14-07-2021
"Türkiyənin təhlükəsizliyi artıq sərhədlərimizdən başlamır" - ƏRDOĞAN
"Türkiyənin təhlükəsizliyinin təmin olunması artıq sadəcə sərhədlərimizdən başlamır"
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında bildirib.
"Dünyanın harasında ölkəmizə qarşı siyasi və hərbi təhdidlərin olduğu yer varsa, biz bu təhdidləri yerindəcə aradan qaldırırıq", - o qeyd edib./report
Muxalifet2 - 14-07-2021
Azərbaycan ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutuldu - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirir.
Məlumata görə bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Muxalifet2 - 14-07-2021
NAXÇIVAN İSTİQAMƏTİNDƏKİ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Hərbçimiz yaralandı
İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Muxalifet2 - 14-07-2021
"MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTAN ERMƏNİLƏRDİR, YOXSA RUSLAR?" - ""5-ci kolon" bölgədə gərginliyi artıra bilər"
Ekspertlərin fikrincə, ermənilər atəşkəsi özbaşına pozmurlar, sifariş Rusiyanın “5-ci kolon”undan, ya da Gümrüdəki 102-ci bazadan ola bilər
Muxalifet2 - 14-07-2021
Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub - CAVAB ATƏŞİ AÇILIB
İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Muxalifet2 - 15-07-2021
Bakıda yenə “pati” əməliyyatı keçirildi - DAHA BİR NEÇƏ ZƏHƏR TACİRİ YAXALANDI
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkənin beş rayonunda əməliyyat keçirib. Belə ki, Astara rayonunda həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb. Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.
Muxalifet2 - 15-07-2021
QARABAĞDA ATƏŞKƏS NİYƏ POZULUR? - Paşinyan Moskvanın Qarabağ planlarında aktiv rol oynamağa razılaşıb
Son iki həftədə Qarabağda atəşkəs üçüncü dəfə pozulub. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Muxalifet2 - 15-07-2021
“VƏTƏN YAXŞIDIR” MAHNISI İLƏ DASTANA DÖNƏN XUDAYARIN DOĞUM GÜNÜDÜR - VİDEO
Bu gün Vətən müharibəsinin şəhidi, “Vətən yaxşıdır” mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin ad günüdür. Şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.
X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.
Muxalifet2 - 15-07-2021
COVID-19-dan sağalan şəxslər də “Delta”ya yoluxa bilər
“Koronavirusdan sağalan şəxs “Delta” ştammına yoluxa bilər”.
TASS agentliyi xəbər verir ki, bu açıqlama ilə həkim-infeksionist Svetlana İşenko çıxış edib.
“Virusdan sağalandan sonra qoruyucu immunoqlobulin G və ya anticisimlər təxminən altı ay orqanizmdə mövcud olur. Bununla belə, koronavirus daima mutasiyaya uğrayır. Bu səbəbdən insan bir ştammdan sığortalansa da, onun digər ştamma yoluxma ehtimalı var”, - deyə həkim-infeksionist vurğulayıb.
Lakin mütəxəssis həmçinin qeyd edib ki, təkrar infeksiya daha yüngül formada keçəcək.
Muxalifet2 - 15-07-2021
TANINMIŞ ŞİRKƏTİN İŞÇİLƏRİ ETİRAZA QALXDI – “Rəhbərliyin məqsədi çoxlu sayda ailəni aclıqdan məhv etməkdir...” / FOTOLAR
“Əgər ixtisar varsa, nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanılır?”
Muxalifet2 - 15-07-2021
Ukrayna Radası erməni əsilli DİN rəhbərinin istefasını qəbul etdi
Ukrayna Ali Radası ölkənin daxili işlər naziri Arsen Avakovun istefasını dəstəkləyib.
“İnterfaks-Ukrayna” xəbər verir ki, 291 millət vəkili müvafiq qərarı plenar iclasda səs çoxluğu ilə qəbul ediblər.
Avakov çərşənbə axşamı daxili işlər naziri vəzifəsində yeddi ildən çox işlədikdən sonra istefa ərizəsi yazdığını bildirib.
Qeyd edək ki, A.Avakov əslən ermənidir.
Muxalifet2 - 15-07-2021
Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTOLAR
Azərbaycandan Özbəkistana 50 min doza miqdarında koronavirusa qarşı vaksin göndərilib.
Bu barədə beynəlxalq peyvənd təminatı təşəbbüsü COVAX-ın tərəfdaşı qismində çıxış edən YUNİSEF-ın Özbəkistan nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, COVID-19 əleyhinə vaksinlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.
Muxalifet2 - 16-07-2021
SABİQ NAZİRİN QIZI EVSİZ QALIB... - "Şərurlu İsfəndiyar" məşhur ailənin üzvündən qanunsuz pul tələb edib / FOTO
"Mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiz şikayət edin!". Bu sözlərin müəllifi Azərbaycanda adı müxtəlif qalmaqallarda, maliyyə maxinasiyalarında hallanan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri, "Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan İsfəndiyar Axundovdur.
Muxalifet2 - 16-07-2021