Axtarış

The search found 105735 results in 0.032 seconds.

Search results

  1. “Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığını göstərir...” - “PUTİN ZELENSKİNİN MÜQAVİMƏT RUHUNU SINDIRMAĞA ÇALIŞIR”

    Rusiya prezidenti Vladimir Putin özünün 7000 sözdən ibarət olan iri həcmli “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” başlıqlı məqaləsində ukraynalı liderlərə xəbərdarlıq edərək yazıb ki, əgər onlar Qərbə daha da yaxınlaşarsa, onda “öz ölkələrini dağıdarlar”

    Muxalifet2 - 18-07-2021

  2. Bu gündən iyulun 22-dək ictimai nəqliyyat işləməyəcək

    18 iyuldan 22 iyula qədər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.

    Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

    Muxalifet2 - 18-07-2021

  3. Avropa İttifaqı Şurasının Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - FOTO

    Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

    Nümayəndə heyəti səfər çərçivəsində iyulun 18-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Muxalifet2 - 18-07-2021

  4. Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər AÇIQLANDI - SİYAHI

    2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaqdır. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır.

    Muxalifet2 - 18-07-2021

  5. "Ukrayna Çinin köməyi ilə Rusiyaya qalib gələ bilər" - Zelenskinin müşaviri

    Əgər Qərb ölkələri Ukraynanı Minsk razılaşmasını yerinə yetirməyə məcbur etsə, o zaman Kiyev «üzünü Çinə çevirəcək» ki, o da Rusiyanın öhdəsindən gəlməkdə Ukraynaya kömək edəcək.

    Bu barədə «UkrLife» kanalına (YouTube) müsahibəsində Donbass üzrə Üçtərəfli Ukrayna Təmas Qrupu nümayəndə heyətinin müşaviri, Prezident ofisinin başçısının ştatdankənar müşaviri Aleksey Arestoviç bəyan edib.

    Muxalifet2 - 18-07-2021

  6. “Qiymət artımı əhalinin aldığı maaşı, pensiyanı məhv edir” – VAHİD ƏHMƏDOV

    Dövlət Statistika Komitəsi (DSK) bu ilin 6 ayında ölkədə inflyasiyanın cəmi 4,3 faiz olduğu barədə məlumat yayıb. DSK ərzaq mallarının 4,9 faiz bahalaşdığını da qeyd edib.

    Bu il yanacaq və kommunal qiymətlərin artdığını nəzərə alsaq, bu rəqəmlər reallıqla nə dərəcədə üst-üstə düşür?

    Muxalifet2 - 18-07-2021

  7. Azərbaycan pomidoruna görə illərdir davam edən qanqster müharibələri - “RƏŞAD GƏNCİNSKİ”NİN İŞİ, 2007-Cİ İLDƏN BƏRİ TÖKÜLƏN QANLAR

    Xəbər verildiyi kimi  bir neçə gün əvvəl Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş istintaq idarəsi daha əvvəl “qanuni oğru” statusu daşımağa görə barəsində cinayət işi qaldırılmış azərbaycanlı kriminal avtoritet Rəşad İsmayılova (“Rəşad Gəncinski”) yeni və daha ağır ittiham irəli sürüb. O, 2009-ci ildə Moskvada iki azərbaycanlının güllələnməsində, yəni ikili qətl törətməkdə ittiham olunur.

    Muxalifet2 - 18-07-2021

  8. "İNDİ SÜLH BARƏDƏ DÜŞÜNMƏK VAXTIDIR, BİZ HAZIRIQ" - Prezident İlham Əliyev

    İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı.

    Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında səsləndirib.

    Muxalifet2 - 18-07-2021

  9. Makronu da “Pegasus”la izləyiblər - BAŞ NAZİRİN VƏ 14 NAZİRİN TELEFONLARINA DA YÜKLƏNİB...

    İsrailin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramının Azərbaycan da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində siyasətçiləri, jurnalistləri, insan haqları fəallarını, biznesmenləri, hökumət üzvlərini izləmək üçün istifadə olunması ətrafında qalmaqal davam edir.

    Muxalifet2 - 21-07-2021

  10. “QAİ” rəisi bütün əməkdaşları ilə birgə həbs olundu - DƏBDƏBƏLİ MALİKANƏSİ VƏ QIZIL UNİTAZI ÜZƏ ÇIXDI / FOTOLAR

    Rusiyada “QAİ” rəisi bütün əməkdaşları ilə birlikdə həbs olunub və onun dəbdəbəli malikanəsi, qızıl unitazı üzə çıxıb. 

    Virtualaz.org xəbər verir ki, ötən gün iyulun 20-də Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Stavrapol vilayəti üzrə Baş Yol Hərəkətinin Təhlükəsizliyi  Müfəttişliyi (keçmiş “QAİ”) idarəsinin rəisi, polkovnik Aleksey Safonovun və tabeçiliyindəki bir neçə əməkdaşın həbs olunduğunu açıqlayıb. Onların hamısı cinayətkar qruplaşma yaratmaqda, rüşvət almaqda şübhəli bilinir.

    Muxalifet2 - 21-07-2021

  11. "Əliyev dediklərində səmimidir, Paşinyan isə əsl niyyətini örtməyə çalışır"

    Cənubi Qafqaz dünyanın güc mərkəzlərinin diqqət mərkəzindədir. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri, İrəvan və Bakıda verdiyi bəyanatlar, Batumidə beynəlxalq konfransda iştirakı da göstərir. Avropa Birliyinin ali nümayəndəsinin regiona atəşkəsin pozulması fonunda səfər etməsi vəziyyətə əlavə rəng qatır. Bununla paralel, gərginlik fonunda Prezident İlham Əliyevin iyulun 20-də Moskvaya gözlənilən səfəri xüsusilə diqqət çəkicidir.

    Muxalifet2 - 21-07-2021

  12. PUTİN "KOMPROMİS" DEDİKDƏ NƏYİ NƏZƏRDƏ TUTURDU? - "4 ildən sonra rusiyalı hərbçilər Qarabağı tərk etməlidirlər..."

    Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatları qəbul edildi. Kreml müharibəni noyabrın 9-da dayandırmaqla Ermənistanı və Qarabağdakı erməni separatçılarını daha ağır məğlubiyyətdən xilas etdi. Rusiya yeganə ölkədir ki, bu ölkənin Prezidentinin dəvətiylə həm Ermənistanın Baş naziri, həm də Azərbaycanın Prezidenti Moskvada müzakirə aparmağa hazırdırlar. Kreml sahibi də bu mövqeyindən istifadə edir.

    Muxalifet2 - 21-07-2021

  13. AZƏRBAYCANDA YOLUXMA SAYI YENƏ 200-ü KEÇDİ - 4 nəfər vəfat etdi

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib. 2 527 nəfər aktiv xəstə sayını təşkil edib.

    Muxalifet2 - 21-07-2021

  14. Rusiya yenə sərhədə qoşun yığmağa başladı - KRIMA 21 MİNLİK QRUPLAŞMA YERİDİLDİ / FOTO

    Rusiya yenə Ukrayna sərhədlərinə, bu dəfə ilhaq olunmuş Krım istiqamətindən qoşun cəmləşdirməyə başlayıb. Belə ki, Rusiya mənbələri Krım istiqamətində zirehli texnika, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri yükləniş dəmiryol eşalonlarının hərəkət etdiyi haqda xəbərlər yayıblar.

    Telegram-kanallarda yayılan görüntülərə əsasən eşalonlarda “Solntspyok” ağır odsaçan sistemləri, özüyeriyən artilleriya qurğuları, radioelektron mübarizə kompleksləri və yedəyə alınan artilleriya sistemləri yer alır.

     

    Muxalifet2 - 21-07-2021

  15. FTB təhlükəli erməni qanqsterin telefonlarını dinlədi, Azərbaycanla əlaqələrini aşkarladı - “ƏQRƏB”İ HƏSBXANADAN QAÇIRIB...

    “Qafqaz milləti”indən olan “idarəolunmaz qanqster” Nyu-Yorkun Bruklin kvartalını terrorizə edib və iyulun əvvəllərində Vernon C. Bain təcridxanasından təhlükəli cinayətkarın qaçmasına yardım göstərib. Bu barədə ABŞ prokurorluğunun Bruklin Federal Məhkəməsinə təqdim etdiyi sənədlərdə deyilir.

    Muxalifet2 - 21-07-2021

  16. ƏRDOĞAN GÖZLƏNİLƏN SÜRPRİZ XƏBƏRLƏRİ AÇIQLADI - Qərb ölkələri bir-birinə dəydi / VİDEOLAR

    "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sürpriz mesajı verdi: “Kipr Türk Dövlətinin daha geniş formada tanınması üçün hər şeyi edəcəyik”.

    Muxalifet2 - 21-07-2021

  17. QARABAĞDA DÖYÜŞƏN RUSİYA VƏTƏNDAŞINA HÖKM OXUNDU - Bakıda terror-təxribat törətmək istəyirmiş

    Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Muxalifet2 - 22-07-2021

  18. POLAD HƏŞİMOVUN ADINA PARK İSTİFADƏYƏ VERİLDİ - Video, Fotolar

    Bu gün Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi, Milli Qəhrəman, general-mayor Polad Həşimov adına park istifadəyə verilib.

    "Qafqazinfo" xəbər verir ki, bir müddət öncə rayon icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

    Muxalifet2 - 22-07-2021

  19. PREZİDENT ŞƏHİD JURNALİSTLƏRİN AİLƏLƏRİNƏ EV VERDİ... - Sərəncam imzalayıb

    22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

    Muxalifet.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

    Muxalifet2 - 22-07-2021

  20. Merkel Putinlə “Şimal Axın 2” boru kəmərini müzakirə edib

    Almaniya Kansleri Angela Merkellə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    "RİA Novosti" xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Tərəflər arasında telefon danışığının əsasən Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparıldığı vurğulanıb.

    Muxalifet2 - 22-07-2021

Pages