Bakıda oğlan ondan ayrılan qızı avtomobillə vurdu

Baxış sayı:
912

Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.