Mütəllim Rəhimov Ədalət Partiyasından uzaqlaşdırıldı - MƏCLİS QƏRAR VERDİ / FOTO

Baxış sayı:
152

26.04.2025-ci il tarixində Ədalət Partiyası Ali Məclisinin növbəti açıq iclası keçirilmişdir.

Muxalifet.az xəbər verir ki, iclasda yetərsayın olduğunu bildirən partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri Meydan Babayev toplantını açıq elan etmişdir. Bundan sonra dövlət himni səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və partiyanın mərhum sədri İlyas İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İclasın reqlamenti təsdiq edildikdən sonra, səsvermə ilə gündəlik təsdiq edilmişdir.

İclasda partiyanın bütün rəhbərliyi, partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri, Ali Məclis sədrinin  müavinləri, Rəyasət heyətinin üzvləri, partya sədrinin müavini, Siyasi Şuranın üzvləri və mərkəzi aparatın rəhbərliyi , Ali Məclisin üzvləri iştirak etmişlər. Gundəlikdə aşağıdakı məsələlər təsdiq edilmişdir:

1. Yeni yaradılmış rayon və şəhər təşkilatlarının statusunun təsdiqi.
 2.  Ali Məclisin yeni üzvlərinin təsdiqi.
3. Qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi.
4. Qurultayın keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması. 
5. Partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflər.

Son bir neçə ayda partiya rəhbərliyinin intensiv fəaliyyəti nəticəsində yaradılmış yeni rayon təşkilatlarının statusu və  nümayəndələrinin Ali Məclis üzvlüyünə səlahiyyətləri təsdiq olunmuş, novbəti qurultayın 31 may 2025 - ci il tarixdə keçirilməsi, rayon təşkilatlarından 3-nəfər qurultaya nümayəndəlik normasının müəyyənləşdirilməsi haqqında  qərar qəbul edilmişdir. Daha sonra, 9-nəfərdən ibarət Təşkilat Komitəsinin tərkibi təsdiq edilmişdir.
İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyət , gələcək perspektivlər barəsində Ali Məclis sədrinin 1-ci müavini Elçin Qurbanov, partiya sədrinin müavini Vüsalə Dadaşova və digərləri çıxış etmişlər. Ali Məclisin sədri Meydan Babayev çıxışında son bir neçə ayda partiya daxilində nizamnaməyə zidd fəaliyyətlərin qarşısının alması istiqamətində görülən tədbirlər haqqında danışdı. Partyanın bütövlüyünü qorumaq məqsədilə pozuculuq fəaliyyəti ilə məşğul olan şəxs (şəxslər) barədə edilmiş şifahi və yazılı xəbərdarlıqlar ardından partiya sədrinin  vəzifələrindən irəli gələn səlahiyyətlər çərçivəsində nizamnaməyə zidd şəkildə keçirilmiş iclasın qərarına veto qoyduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. O, bütün bunlara baxmayaraq partiyadaxili separatçı fəaliyyətin davam etdirildiyini və buna görə də  Ali Məclis sədri tərəfindən müvafiq sərəncam qəbul edildiyini  və Siyasi Şura tərəfindən 24.05.25-ci il tarixdə  növbəti iclasda  sərəncama uyğun olaraq müvafiq qərar qəbul olunduğunu da elan etdi. Meydan Babayev bildirdi ki,  iclasda siyasi şuranın 9-üzvündən 6-sı iştirak etmişdir. İclasda Mütəllim Rəhimovun iştirakı ilə onun son aylarda partiya daxilində subardinasiyaya əməl etməməsi, partiya daxilində regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd "Ali Məclis" in iclasını çağırması, Ali Məclis sədrinin səlahiyyətlərini mənimsəməsi, Ali Məclisin üzvü olmaya-olmaya "Ali Məclis" in iclasını aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi Veto hüququna məhəl qoymaması, uzun müddət partyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq,  nizamnamənin 4.7.4, 4.8.3,  4.8.4,  4.8.5, 4.8.6, 4.8.7 bəndlərini kobud şəkildə pozduğunu xatırladaraq partiya nizamnaməsinin 3.6-cı  maddəsinin aşağıdakı məzmununa uyğun olaraq ; partiya üzvü nizamnamə tələblərini üzürsüz səbəblərə görə pozduqda və ya partiya üzvü adına xələl gətirən hərəkətlərə yol verdikdə nizamnamə pozuntusunun xüsusiyyətindən asılı olaraq özəyin və ya yuxarı partya orqanlarının qərarı ilə ona aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilə bilər. 
- nəzərinə çatdırmaq;
- xəbərdarlıq;
- töhmət;
- partiya üzvülüyündən xaric etmək.
Törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq siyasi şurada Rəhimov Mütəllim Qara oğlunun Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilmişdir. 

Lehinə - 5
Əleyhinə -1
Bitərəf - yoxdur

Qərar Meydan Babayevin təklifi ilə Ali Məclisdə səsə qoyuldu. Qərar Ali Məclis üzvlülərinin əksəriyyəti tərəfindən dəstəkləndi. 
Bununlada qurultay öncəsi Ali Məclisin keçirilən son iclası öz işini yekunlaşdırdi.

Hurriyyet.az