690 bal toplayan tələbə yol qəzasında ölüb
9-07-2021 16:09
Baxış sayı:
905

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.
"Report" xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.
O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.