Axtarış

The search found 105735 results in 0.09 seconds.

Search results

  1. Kəlbəcərdə həlak olanların nəşi yaxınlarına təhvil verilərək yola salınıb - YENİLƏNİB

    Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AzTV-nin operatoru Sirac Abışovun, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi yaxınlarına təhvil verilərək Bakı şəhərinə, Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi isə Göygöl rayonuna yola salınıb.

    "Report"un Qərb Mərkəzinin məlumata görə, onların nəşi bir qədər əvvəl Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib. Media əməkdaşlarının və Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavininin nəşi burada müayinə edilib.

    Muxalifet2 - 4-06-2021

  2. ATƏT media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı BƏYANAT VERDİ

    ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro iyunun 4-də Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından dərin narahatlığını bildirib.

    Bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.

    “Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü xəbəri dəhşətlidir və mən onların yaxınlarına və həmkarlarına başsağlığı diləyirəm”, – T.Ribeiro vurğulayıb.

    ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.

    Muxalifet2 - 4-06-2021

  3. Ukraynalı deputatlardan Kəlbəcərdə şəhid olan media işçiləri ilə bağlı ÇAĞIRIŞ

    “Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İnsan Haqları Məhkəməsi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təsir göstərməlidir”.

    Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ali Radanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Lyudmila Marçenko Kəlbəcərdə Azərbaycanın media işçilərinin minaya düşərək vəfat etməsini şərh edərkən deyib.

    Muxalifet2 - 4-06-2021

  4. “Fransa ermənilərdən minaların xəritəsini istəməlidir” - NATALİ QULE

    “Fransa belə faciələri başqalarının yaşamaması üçün ermənilərdən minaların xəritəsini istəməlidir”.

    Virtualaz.org bildirir ki, bunu “Tvitter” hesabında Fransa Senatının üzvü Natali Qule yazıb.

    “Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun vəfatı ilə əlaqədar onların ailələrinə və Azərbaycanlı dostlarıma başsağlığı verirəm”, - senator qeyd edib.

    Muxalifet2 - 5-06-2021

  5. ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir

    ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gəlir.

    Bu haqda məlumatı RİA Novosti yayıb.

    Məlumata görə, Dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi səlahiyyətlərini icra edən Filip Riker 6-13 iyun tarixlərində Tiflis, Bakı və Yerevana səfər edəcək.

    "Riker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək", - deyə məlumatda qeyd olunub.

    Muxalifet2 - 5-06-2021

  6. ABŞ mətbuatı: Türkiyə PUA-ları geopolitik mənzərəni yenidən formalaşdırır - VİDEO

    ABŞ-ın “The Wall Street Journal” nəşrində Türkiyə istehsalı olan silahlar barədə yazı dərc edilib.

    “HaberGlobal” məlumat verir ki, məqalədə xüsüsən, Türkiyə istehsalı olan pilotsuz döyüş təyyarələrinin Suriya, Liviya və Qarabağdakı hadisələrdə həlledici rol oynadığını və geopolitik hadisələrə yeni yön verdiyi qeyd olunub.

    Yazıda, Bayraktar TB2 pilotsuz döyüş aparatlarının imkanları təhlil edilib.

    Muxalifet2 - 5-06-2021

  7. Argentinada Maradonanın heykəli ucaldılıb – FOTO

    Argentina millisi Dieqo Maradonanın ölümündən sonra ilk rəsmi görüşünü keçirib.

    Sports.ru xəbər verir ki, 2022-ci il Dünya Çempionatı seçmə mərhələsi çərçivəsində Çiliyə qarşı oyun öncəsi Santyaqo del Estero stadionunda əfsanəvi furbolçu Dieqo Maradonanın heykəli açılıb.

     

    Argentina yığmasının oyunçuları isə meydançaya Maradonaya həsr olunmuş idman köynəkləri ilə çıxıblar.

    Muxalifet2 - 5-06-2021

  8. Şəhid jurnalist Məhərrəm İbrahimov valideynlərinin məzarı yanında dəfn olunacaq

    Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

    "Report"un əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında M.İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib.

    Onun sözlərinə görə, M.İbrahimov bu gün Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

    Muxalifet2 - 5-06-2021

  9. "O minalar son günlərdə basdırılıb" - Kəlbəcərli jurnalist danışdı

    "Özüm Kəlbəcər rayonundanam. Həmin baş verən ərazini - Susuzluq kəndini yaxşı tanıyıram. Bu minalar keçmişdə deyil, son günlərdə, bəlkə də elə dünən basdırılıb. Çünki həmin yol nəqliyyat vasitələrinin hər gün keçid etdiyi, gündəlik işləyən yollardır. Əsgərlərimiz həmin yoldan mütəmadi olaraq istifadə edirlər".

    Muxalifet2 - 5-06-2021

  10. KƏLBƏÇƏRDƏ JURNALİSTLƏRİN MİNAYA DÜŞMƏ ANININ GÖRÜNTÜLƏRİ... - VİDEO

    İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anının görüntüləri yayılıb.

    "Report"un Qərb Mərkəzinin əldə etdiyi görüntüləri təqdim edirik.

    Gürnütüləri minaya düşən nəqliyyat vasitəsində qabaq tərəfdə oturmuş şəxslərdən biri çəkib.

    Muxalifet2 - 5-06-2021

  11. Kəlbəcərdə minaya düşərək həlak olan məmur dəfn olunub - YENİLƏNİB

    Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev dəfn olunub.

    Onun cənazəsi Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

     

    Muxalifet2 - 5-06-2021

  12. AVROPA HAVA MƏKANINI BELARUSUN ÜZÜNƏ BAĞLADI - Rəsmi qərar açıqlandı

    Avropa İttifaqı bu gündən etibarən öz hava məkanını Belarusun aviaşirkətlərinə rəsmən bağlayıb. Avropa İttifaqı Şurasının qəbul etdiyi qərara əsasən istənilən Belarus aviaşirkəti üçün ittifaqa üzv ölkələrin hava məkanına daxil olmaq qadağan edilir.

    “Şənbə günü gecə yarısından etibarən Belarus aviadaşıyıcılarının istənilən təyyarəsinə Avropa İttifaqı üzərindən uçmaq və ya eniş etmək, tranzit uçub keçmək qadağan edilir”,-Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bəyan edib.

    Muxalifet2 - 5-06-2021

  13. Londona 14 milyon avro aparan azərbaycanlı ər-arvadın adı açıqlanacaq – Məhkəmə bir həftə vaxt verib

    Londona Azərbaycandan 14 milyon funt sterlinq gətirməkdə ittiham edilən ər və arvadın adları azı bir həftə də məxfi saxlanacaq. Adların açıqlanmasını tələb edənlərdən biri – “The Evening Standard” qəzeti yazıb ki, Ali Məhkəmənin hakimi iyunun 3-də cütlüyə adlarının məxfi saxlanmasının zəruriliyini isbat etmək üçün bir az da vaxt verib.
     

    Muxalifet2 - 5-06-2021

  14. Rusiyada hüquq sisteminin çürüklüyü... - Gürcüstan da vətəndaşının qətlə yetirilməsinə etiraz səsini ucaltmalıdı

    Rusiyada hüquq-mühafizə sistemində ciddi problemlər olduğu azərbaycanlı Vəkil Abdullayevin qatilinin simasında üzə çıxdı.

    Söhbət ondan gedir ki, Vəkil Abdullayevin qətlində ittiham olunan yol polisi müfəttişi Aleksandr Qusev həbs edilsə də, ötən gün azadlığa buraxılıb.

    Halbuki həmin polisə qarşı Rusiya Cinayət Məcəlləsinin “Rəsmi səlahiyyətləri aşma” və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” maddələri ilə cinayət işi açılmışdı.

    Muxalifet2 - 5-06-2021

  15. MOSKVA AZƏRBAYCANDAN NƏYİN HEYFİNİ ÇIXIR? - Və Rusiyadakı həmvətənlərimizi hansı təhlükə gözləyir?

    Milli təəssübkeşlikdən, vətəndən ağzı köpüklənə-köpüklənə danışıb da, övladını rus məktəblərinə qoyan ikiüzlü ziyalılar, alimlər, yazıçılar, jurnalistlər isə hələ də burada imperiyanin dayaqlarini gücləndirirlər!

    İstər 44 günlük müharibə günlərində, istərsə də müharibədən sonrakı zaman kəsiyində Rusiya Azərbaycana qarşı hansı mövqedə durduğunu nümayiş etdirdi.

    Muxalifet2 - 5-06-2021

  16. ABŞ xüsusi təyinatlıları aviabaza əvəzinə günəbaxan yağı zavoduna hücum edir - VİDEO

    Bolqarıstanda keçirilən NATO təlimləri zamanı konfuz yaşanıb.

    BBC ru xidməti xəbər verir ki, ABŞ xüsusi təyinatlıları təlimlərin ssenarisinə əsasən aviabazanı ələ keçirməliydilər. Lakin xüsusi təyinatlıların bir qrupu koordinatları səhv salaraq günəbaxan yağı istehsal edən zavoda hücum ediblər. Kombinatın videomüşahidə kameraları bu anları qeydə alıb.

    Muxalifet2 - 5-06-2021

  17. Kəmaləddin Heydərov jurnalistləri hədələyən işçisini işdən çıxardı

    Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

    Muxalifet2 - 5-06-2021

  18. Azərbaycan jurnalistləri Putinə müraciət etdi - NOVOSİBİRSKDƏ BAŞ VERMİŞ FACİƏYƏ GÖRƏ...

    Azərbaycan ictimaiyyəti Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

    Müraciəti təqdim edirik.

    Azərbaycan ictimaiyyətinin Rusiya Federasiyasının

    Prezidenti Vladimir Putinə müraciəti

    Möhtərəm Vladimir Vladimiroviç!

    Muxalifet2 - 5-06-2021

  19. “Polis oğluma məqsədyönlü şəkildə öldürücü atəş açıb” - Rusiyada öldürülən 19 yaşlı Vəkil Abdullayevin atası

    “Oğlumu qətlə yetirən polisin Rusiya qanunlarının tələblərinə uyğun şəkildə cəzalandırılacağına, haqq-ədalətin bərpa ediləcəyinə inanıram”.
    Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Rusiyanın Novosibirsk vilayətində polisin qətlə yetirdiyi 19 yaşlı Vəkil Abdullayevin atası Yaqub Abdullayev deyib.

    Muxalifet2 - 5-06-2021

  20. "Ermənistan hələ 1998-ci ildə müharibəni uduzmuşdu..." - PAŞİNYAN BƏYAN EDİB

    Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün vətəndaşlarla görüşündə yenidən Qarabağ münaqişəsinin tarixinə toxunaraq, separatçı qurumun ən azı beynəlxalq səviyyədə tanınması şansının 1998-ci ildə əbədi itirildiyini qeyd edib.

    Muxalifet2 - 5-06-2021

Pages