ABŞ xüsusi təyinatlıları aviabaza əvəzinə günəbaxan yağı zavoduna hücum edir - VİDEO

Baxış sayı:
667

Bolqarıstanda keçirilən NATO təlimləri zamanı konfuz yaşanıb.

BBC ru xidməti xəbər verir ki, ABŞ xüsusi təyinatlıları təlimlərin ssenarisinə əsasən aviabazanı ələ keçirməliydilər. Lakin xüsusi təyinatlıların bir qrupu koordinatları səhv salaraq günəbaxan yağı istehsal edən zavoda hücum ediblər. Kombinatın videomüşahidə kameraları bu anları qeydə alıb.

Qəfildən zavoda tam təchizatlı xüsusi təyinatlıların hücum etdiyini görən işçilər təşvişə düşüblər. İnsident zamanı heç kim xəsarət almayıb. ABŞ-ın Bolqarıstandakı səfirliyi zavodun işçilərindən üzr istəyib. Bolqarıstan prezidenti Roman Rudev bəyan edir ki, müttəfiqlərin keçirdiyi bu təlimlər vətəndaşların təhlükəsizliklərindən daha arxayın olmaları naminə təşkil edildiyi halda onları riskə atmalı deyildi. Prezident  baş verənləri yolverilməz adlandırıb və insidentin araşdırılacağını deyib.

virtualaz.org

​ Virtualaz.org