Axtarış

The search found 105739 results in 0.049 seconds.

Search results

  1. Azərbaycanda benzinin qiyməti qalxdı - 1.40 MANAT OLDU

    Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

    Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub. 

    Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

    Muxalifet2 - 2-06-2021

  2. "İlin qaçışı" sosial şəbəkələrdə gülüşlə qarşılandı - VİDEO

    Rusiyada saxlanılan şəxsin polis maşınından qaçması ilə bağlı görüntülər sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

    Bu barədə kadrları “Life Shot” “Telegram” kanalı paylaşıb.

    Videoda orta yaşlı birinin işıqforda dayanan polis maşınından ehmalca düşdüyü və əllərini yanına salaraq heç nə olmamış kimi uzaqlaşdığı görünür.

    Muxalifet2 - 2-06-2021

  3. Abşeron sakini özünü 14-cü mərtəbədən atdı

    Abşeronda intihar hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

    Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

    Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

    Muxalifet2 - 2-06-2021

  4. Arvadını öldürən hakim barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

    Baş Prokurorluq arvadını öldürməkdə təqsirləndirilən hakim barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məlumat yayıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    Muxalifet2 - 1-06-2021

  5. “POLİS RƏİSİNİ HİMAYƏ EDƏN ŞƏXSLƏR MƏKTUBUMUZU SİZDƏN GİZLƏDİR” – Siyəzən sakinlərindən DİN rəhbərinə müraciət / FOTOLAR

    Siyəzən şəhəri, Vidadi küçəsi, ev 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu və Zeynalov Samir Sabir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:
    Hörmətli Nazir!

    Muxalifet2 - 2-06-2021

  6. “İDARƏ MÜDİRİ ONDAN ŞİKAYƏT ETDİYİM ÜÇÜN MƏNİ ÖLÜMLƏ HƏDƏLƏTDİRİR” – Şikayət / SƏS YAZISI

    Ucar rayonu, H.Əliyev prospekti, ev 136-da yaşayan Şirinov Raqif Ayaz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
    Şikayətçi bildirir ki, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun onu ölümlə hədələtdirir:

    “Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra, məni ölümlə hədələtdirir və nalayiq söyüşlərlə məni təhqir etdirir.

    Muxalifet2 - 31-05-2021

  7. TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA QURUR? - "Bu mərhələdə Ərdoğanın səfəri çox vacibdir”

    Hazırda bir çoxlarını düşündürən sual budur: Türkiyə Azərbaycanda hərbi baza qura bilərmi? Qeyd edək ki, bu ilin ilk ayında Türkiyənin Azərbaycanın üç şəhərində (Gəncə, Lənkəran və Qəbələ) hərbi baza aça biləcəyi barədə xəbərlər yayılmışdı. Eyni zamanda sosial mediada Türkiyə hərbi təyyarələrinin Lənkəran və Yevlax şəhərlərinə eniş etməsi barədə məlumatlar dolaşdı. 

    Muxalifet2 - 2-06-2021

  8. “AQŞİN MƏMMƏDOVDAN ŞİKAYƏT ETDİYİM ÜÇÜN KOMBAYNIMI ƏLİMDƏN ALDI” - ““Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri haqda ölkə başçısına şikayət / FOTOLAR

    Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. "Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovdan şikayət edən B.Əhmədovun məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 2-06-2021

  9. PANDEMİYA DÖVRÜNDƏ AZAL-a 215,5 MİLYON MANAT ÖDƏNİLİB – Qubad İbadoğlu: “Korrupsionerlərin gözü doyur ki…”

    Xəbər verildiyi kimi, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş bütün sahələrdə və bütün müəssisələrdə  muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün 245,9 milyon manat,  fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 112,2 milyon manat vəsait xərclənib. Muxalifet.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu hakimiyyətin bu məsələdə də ədalətsizliyə yol verdiyini bildirir:

    Muxalifet2 - 2-06-2021

  10. İranın hərbi gəmisi göyərtədə partlayışdan sonra batdı - NAMƏLUM DRON HÜCUM EDİB?

    İran Hərbi Dəniz qüvvələrinin Oman körfəzində üzən gəmisi göyərtədə baş vermiş partlayış və yanğının ardınca batıb. Heyət üzvləri evakuasiya edilib. Bəzi ərəb mənbələri gəmiyə naməlum pilotsuz uçan aparatın hücum etdiyini bildirir.

    Muxalifet2 - 2-06-2021

  11. İsrail Azərbaycana silah satmaq yarışında Rusiyanı qabaqlayıb - ÖTƏN İL 8.3 MİLYARD DOLLARLIQ İXRAC OLUB...

    İsrail hökuməti ötən gün elan edib ki, 2020-ci ildə ölkənin silah ixracı 8.3 milyard dolları keçib. Bu da bir il əvvəlkinə nisbətən 15 faiz çoxdur.

    İsrail KİV-ləri xəbər verir ki, koronavirus pandemiyasının satışlara təsir etməsinə baxmayaraq 2020-ci ildə yeni bazarlara çıxış əldə olunub və nəticədə 2019-cu ilə nisbətən 1 milyard dollarlıq çox silah satılıb. 2017-ci ildə İsrailin silah ixracı ən yüksək səviyyəyə çatmışdı və 9.2 milyard dollar təşkil edirdi. 2020-ci ildə isə silah ixracında ikinci ən yüksək göstərici qeydə alınıb.

    Muxalifet2 - 2-06-2021

  12. 40 erməni hərbçisi Azərbaycan ərazisinə girib - MÜDAFİƏ NAZİRLİYİ VƏ DSX MƏLUMAT YAYDI

    İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.

    Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

    Muxalifet2 - 2-06-2021

  13. Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir - GÜNDƏLİKDƏ QARABAĞ MƏSƏLƏSİ DƏ VAR

    Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb. Toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir. İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətidir.

    Muxalifet2 - 2-06-2021

  14. HAVA LİMANINDA VƏZİFƏLİ ŞƏXSLƏR ARASINDA DAVA OLUB - Bir-birinə xəsarət yetiriblər

    Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub. “Report”un xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

    Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.

    A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

    İnsidentə polis müdaxilə edib.

    Hazırda fakt araşdırılır.

    Muxalifet2 - 2-06-2021

  15. “PUTİNLƏ BAYDEN DÜNYANI BÖLƏCƏKLƏR” – “Görüşdən sonra tərcüməçilər güllələnməlidir” / VİDEO

    "Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin".

     

    Muxalifet2 - 2-06-2021

  16. Azərbaycan və Ermənistan Moskvada yenidən danışıqlara başladı

    Çərşənbə günü Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirilib, tərəflər Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı rayonlarında deeskalasiyanı müzakirə ediblər.

    Virtualaz.org bildirir ki, bu məlumatı TASS-a bir neçə mənbədən təsdiq ediblər.

    Muxalifet2 - 3-06-2021

  17. ABŞ Avropa liderlərini necə izləyirmiş? - YENİ CASUS QALMAQALI

    İyunun 15-də keçiriləcək ABŞ-Avropa Birliyi sammiti öncəsi tərəflərin münasibətlərini zərbə altında qoyacaq yeni və çox ciddi bir qalmaqal başlayıb.

    Danimarkanın DR teleradioşirkətinin Avropanın bir sıra başqa ölkələrinin media qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində bəlli olub ki, 2012-2014-cü illərdə ABŞ-ın xüsusi xidmət orqanları Avropanın siyasi xadimlərini izləyiblər. Özü də, bu məqsədlə Danimarka kəşfiyyatının imkanlarından istifadə olunub.

    Muxalifet2 - 3-06-2021

  18. Rusiyada hərbi kompleks oğurladılar - 72 TON ÇƏKİSİ VAR

    Peterburq Qarnizon hərbi məhkəməsi Leninqrad vilayətində "Pantsir-2PU" hərbi kompleksinin itməsi barədə qərar çıxarıb.

    Bu haqda məlumatı lenta.ru yayıb.

    72 ton ağırlığında olan kompleks zenit raket sisteminin qoruyucu hissəsidir. Özəl bir şirkətə icarəyə verilib, lakin 2020-ci ilin fevralında hərbi polisin və hərbi prokurorluğun  zabitləri kompleksi şirkətin ərazisində, haradakı olmalı idi, tapa bilməyiblər.

    Muxalifet2 - 3-06-2021

  19. Putinlə rəqs edən Avstriya naziri "Rosneft"in direktorlarından biri oldu

    Rusiyanın neft nəhəngi Rosneft Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın şirkətin direktorlar şurasına daxil edildiyini təsdiqləyib.

    Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə onun toyunda qonaq olmuş və hətta təzəgəlinlə rəqs də etmişdi.

    Şirkətin iyunun 2-də verdiyi açıqlamada deyilir ki, Knaysl "Rosneft"in direktorlar şurasına müstəqil direktor kimi daxil edilib.

    Avstriya kansleri Sebastyan Kurtsun hökumətində xarici işlər naziri olmuş xanım Knaysl 2018-ci ilin avqustunda Putini öz toyuna dəvət etməklə xəbər başlıqlarına çıxmışdı.

    Muxalifet2 - 3-06-2021

  20. Sudan öz ərazisində Rusiya hərbi bazası qurulması qərarını dəyişdi - "Biz ölkəmizə ziyan vuran sazişləri imzalaya bilmərik”

    Sudanın hakimiyyət orqanları ölkənin Qırmızı dəniz sahilində Rusiyanın hərbi dəniz bazasının yaradılmasına dair qərara yenidən baxıldığını bildirib.

    Bu barədə bəyanatı Sudan baş qərargahının rəisi Məhəmməd Usman əl-Hüseyn verib.

    TASS xəbər agentliyinin məlumatına görə o deyib ki, “biz Sudana ziyan vuran sazişləri imzalaya bilmərik”.

    Baş qərargah rəisinin sözlərinə görə, bu müqavilə ölkənin əvvəlki hökuməti tərəfindən imzalanıb və bu zaman sənəd beynəlxalq normaların tələb etdiyi kimi parlament tərəfindən ratifikasiya olunmayıb.

    Muxalifet2 - 3-06-2021

Pages