Axtarış
The search found 105739 results in 0.109 seconds.
Search results
“QARABAĞIN BƏRPASI ÜÇÜN AZƏRBAYCANLA BİRLİKDƏ İŞLƏYƏCƏYİK” - Türkiyəli nazir
Türkiyə özünün toplanılmış təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək və bu istiqamətdə Azərbaycanla birlikdə işləyəcək.
"Anadolu" agentliyi xəbər verir ki, bu barədə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərinin gedişatında bildirib.
Karaismailoğlu qeyd edib ki, bu gün – mayın 31-də, işğaldan azad edilmiş rayonlara baş çəkməyi və türk podratçı şirkətlərin işi ilə tanış olmağı planlaşdırır.
Muxalifet2 - 31-05-2021
MÜXALİF PARTİYA RUSİYA SÜLHMƏRAMLILARININ ÖLKƏDƏN ÇIXARILMASINI TƏLƏB EDİR – “Öz vəzifələrini yerinə yetirmirlər...”
Minsk qrupunun Dağlıq Qarabağ məsələsinə yenidən cəlb edilməsi ilə bağlı çağırışları Azərbaycanın daxili işinə qarışmaq və suveren hüquqlarımızın kobud surətdə pozulması kimi dəyərləndirib
Muxalifet2 - 31-05-2021
“Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır
“Nar” ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Canlı kitab” sosial layihəsini davam etdirir.
Muxalifet2 - 31-05-2021
ERMƏNİSTANDA RÜSVAYÇI FAKT ORTAYA ÇIXDI - Əsgər meyitlərinin qalıqlarını zirzəmidə gizlədib, Azərbaycanı günahlandırıblar
Ermənistanda 44 günlük Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərinin kisələrə doldurulmuş qalıqlarının Abovyan şəhərindəki xəstəxana morqunun zirzəmisində necə gəldi atılmasını əks etdirən fotoların yayılması seçki ərəfəsində böyük qalmaqala səbəb olub. Səhiyyə Nazirliyi bu rüsvayçı fakta izahat tapa bilməyib və araşdırma başladıldığını açıqlayıb.
Muxalifet2 - 1-06-2021
"LİDER TV"NİN FƏALİYYƏTİ DAYANDIRILDI - Kanalın əmlakını "Teleqüllə"nin rəhbəri satacaq / YENİLƏNİB
Bu gündən "Lider TV"nin fəaliyyəti dayandırılıb.
Bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.
Qərara əsasən, şura "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.
Muxalifet2 - 1-06-2021
Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - HƏR KƏSDƏN PCR TESTİ TƏLƏB OLUNACAQ
Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq.
Belə ki, qonşu ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini açıb.
Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.
Muxalifet2 - 1-06-2021
32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı - FOTO/VİDEO
Ömürlük həbsə məhkum olan və bu müddətin 32 ilini həbsxanada yatan amerikalının günahsız olduğu ortaya çıxıb.
Bu barədə “The Detroit News” xəbər yayıb.
Məlumata görə, Gilbert Li Pul 1988-ci ildə Miçiqanda Robert Mexia adlı birini öldürməkdə təqsirli bilinib. 1989-cu ildə məhkəmə 22 yaşlı Pulu şərti azadlıq hüququ olmadan ömürlük həbsə məhkum edib.
Hökm Pulun sevgilisinin yalan ifadələri əsasında və Mexianın meyitində Gilbertin diş izinin qaldığını iddia edən stomatoloq-ekspertin iddiaları əsasında verilib.
Muxalifet2 - 1-06-2021
Kəlbəcərin Dəmirçidam kəndindən görüntülər - VİDEO
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Dəmirçidam kəndindən videogörüntülər yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir.
Muxalifet2 - 1-06-2021
STRATEJİ LAYİHƏLƏRİN İCRASI TÜRKİYƏ ŞİRKƏTLƏRİNƏ TAPŞIRILIR - Hədəflər, mühüm detallar
Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən 3 filiz yatağı Türkiyə şirkətlərinə verilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama əsasən Kəlbəcər rayonunda yerləşən Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarını 30 il müddətində Türkiyə şirkətləri həyata keçirəcək.
Muxalifet2 - 1-06-2021
“DEDİ RUSLAR KİMDİ, BURADA HƏR ŞEYİ MƏN HƏLL EDİRƏM...” - Paşinyan Rusiya ilə razılaşdırmadan Azərbaycana raket atmaq əmri verib
Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanı “gicbəsər, idiot və yalançı” adlandırıb.
“Paşinyan gicbəsərdir, idiotdur və yalançıdır,...mən daha necə reaksiya verə bilərəm?”,-general Xaçatryan Paşinyanın bəzi generalların Serj Sərkisyan və Robert Köçəryanın seçki bukletləri paylayan əlaltılarına çevrildiyi haqda dediklərinə cavab olaraq “Yerevan.today” portalına açıqlamasında belə deyib.
Muxalifet2 - 1-06-2021
MEDİA qəzetlər üçün dəstək layihəsi elan etdi
Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib.
Agentlikdən verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.
Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:
– mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;
– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;
– yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
Muxalifet2 - 1-06-2021
Tərtərin icra başçısı vətəndaşları təhqir edib - VİDEO
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.
Bu barədə görüntülər sosial mediada yayılıb..
Görüntülərdən məlum olur ki, vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər.
Bu zaman bir neçə sakin M.Məmmədovla görüşü çəkmək istəsə də, o, qışqıraraq telefonların yığışdırılması barədə göstəriş verir./Bakupost.azMuxalifet2 - 1-06-2021
Almaniyada azərbaycanlı özünə xəsarət yetirdi - DEPORTASİYA QƏRARINA ETİRAZ EDİB
Almaniyadan deportasiya ediləcək şəxs özünə xəsarət yetirib.
Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya idarəsi və polis əməkdaşlarının gözü önündə özünə xəsarət yetirib.
Muxalifet2 - 1-06-2021
Vətən müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri Məmmədağa İqab oğlu İmanov dəfn edilib.
Mərhum Neftçala şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***11:59
Muxalifet2 - 1-06-2021
Sabiq icra başçısının məhkəməsi başladı - MƏHKƏMƏ BAXIŞI SABAHA TƏYİN EDİLİB
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 2-nə təyin edilib.
Muxalifet2 - 1-06-2021
ONLAYN MEDİAYA 3 MİNLİK DƏSTƏKLƏ İNKİŞAF? – Agentlik nələri dəyişdi, nələri dəyişə bilmədi?...
Medianın İnkişafı Agentliyi (MEDİA), nəhayət, çap və onlayn mediaya dəstək layihələrini açıqlayıb.
Ləğv olunmuş KİVDF-nin varisi olan bu qurumdan gözləntilər böyükdür. Mətbu cameə bu təşkilatın rəhbəri olmuş Vüqar Səfərlinin korrupsiya cinayətlərinə görə həbs edilməsindən sonra dövlətin bu istiqamətdə ayırdığı vəsaitlərin səmərəli, şəffaf xərclənəcəyinə, medianın inkişafına və ictimai maraqların dəstəklənməsinə yönələcəyinə ümid edir.
Muxalifet2 - 2-06-2021
14-dən çox erməni terrorçu gizli yollarla Azərbaycan ərazisinə keçib - Baş Prokurorluq və DTX birgə məlumat yaydı
Ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Muxalifet2 - 1-06-2021
“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu
“Nar” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən “Qəhrəman övladları” yarışına dəstək oldu. “Həmrəy ol, qalib ol” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi qəhrəman övladlarının həyat tərzini istiqamətləndirmək, fiziki və psixi sağlamlıqlarını inkişaf etdirmək, onların bacarıqlarını ortaya çıxarmaq və idmana olan marağını artırmaqdır.
Muxalifet2 - 1-06-2021
Lukaşenkonun çemodanına nə olub? - Prezident Putinə nəyi verib?
Soçi görüşü zamanı Aleksandr Lukaşenkonun Vladimir Putinə ötürdüyü çemodanda Belarus xüsusi xidmət orqanının hazırladığı analitik materiallar olub. Bu barədə iyunun 1-də Belarus lideri Rusiya ilə əməkdaşlığa həsr olunmuş iclasda bəyan edib.
Aleksandr Lukaşenko qeyd edib ki, onun Rusiya Prezidenti Putinlə Soçidəki görüşündə videokadrlara düşmüş qara çemodanda olanların mümkün mətni müzakirə olunub.
Muxalifet2 - 2-06-2021
Bu dəfə dünyanın ən böyük ət emalı şirkətinə hücum etdilər... KİBER-REKETLƏR KREMLƏ BAĞLIDIR?
Dünyanın ən böyük ət emalçısı JBS-ə reketçi haker hücumuna görə şirkətin bəzi istehsalat əməliyyatları dayandırılıb. Bu hücumun Rusiyada mənzillənmiş kiberkriminallar tərəfindən həyata keçirildiyi bildirilir.
Ağ Evin sözçüsü xanlm Karin Jan-Pyer iyunun 1-də deyib ki, şirkət ABŞ hökumətinə “böyük bir ehtimalla Rusiyada mənzillənmiş kriminal təşkilatdan” reket tələbi aldığı barədə məlumat verib.
Muxalifet2 - 2-06-2021