Axtarış
The search found 105739 results in 0.06 seconds.
Search results
MEHDİYEVİN MÜSTƏQİMLƏRİ... – Bu icra başçılarını “yığışdırmağın” vaxtı deyilmi?
Tərtərin icra başçısı Müstəqim Məmmədovun vətəndaşlarla kobud rəftarını, insanların üstünə çığırıb-bağırmasını, videoçəkilişə icazə verməməsini əks etdirən kadrlar bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur.
Muxalifet2 - 3-06-2021
Байден и Путин поделят мир - ПРЕДСКАЗЫВАЕТ ВЛАДИМИР ЖИРИНОВСКИЙ; ВИДЕО
Встреча президентов России и США - Владимира Путина и Джозефа Байдена - должна пройти в формате тет-а-тет, так как два лидера будут делить мир. Всех, кроме переводчиков, нужно будет удалить из комнаты. После завершения переговоров и разделения сфер влияния переводчиков следует расстрелять, чтобы никто не знал, о чем говорили два лидера. Об этом лидер ЛДПР Владимир Жириновский заявил в программе «Вечер с Владимиром Соловьевым» на телеканале «Россия-1».
Muxalifet2 - 2-06-2021
Tərəvəz yüklənmiş yüzlərlə avtomobil gömrükdə qalıb – Hökumət sahibkarlara necə dəstək verə bilər?
Kənd təsərrüfatı istehsalçılarının problemləri davam edir. Fermerlər məhsullarını Rusiya bazarlarına çıxarımaqla bağlı böyük çətinliklərlə üzləşiblər. Rusiya Federasiyası istiqamətində hərəkət edən yüzlərlə yük nəqliyyat vasitələri "Samur" gömrük postunda sərhəddi keçmək üçün növbə gözləyir.
Fermerlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, hazırda gömrük-keçid məntəqələrində tərəvəz yüklənmiş 500-dən artıq avtomobil dayanıb.
Muxalifet2 - 3-06-2021
ERMƏNİ PARTİYA SƏDRİ PUTİNİ PSİX ADLANDIRDI - Rusları qovmağa çağırdı / VİDEO
Ermənistanlı siyassi partiya sədri Rusiyanın ali rəhbərliyini psix adlandırıb.
“Rusiya hesab edir ki, Amerika Birləşmiş Ştatları Ermənistandan öz maraqlarına görə istifadə edir. Əslində isə Rusiyanın bu düşüncəsi rəsmi Moskvanın iç üzünü göstərir. Çünki tarix boyu Ermənistan Rusiya üçün oyuncaq olub”, - deyə Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan bildirib.
Ermənistanın bütün bədbəxtliyində Rusiya hakimiyyətini günahlandıran siyasətçi çarəni onları ölkəsindən qovmaqda görür.
Muxalifet2 - 3-06-2021
Hüseynbala Mirələmovun biədəb videosu hələ də dünya mediasında fırlanır - ANTİ FEYK QRUPU AŞKAR EDİB Kİ...
Azərbaycan parlamentinin keçmiş deputatı Hüseynbala Mirələmovun məlum biədəb videosu hələ də dünya mediasında fırlanır.
Belə ki, Mirələmovun zoom-konfrans zamanı köməkçisinin arxasını əlləməsi videosu sosial şəbəkələrin bir seqmentindən digərinə keçir, istifadəçilər isə bu videonun altına müxtəlif şərhlər yazırlar. Hindistanın “İndia Today” nəşrinin feyk xəbərlərlə mübarizə qrupu (Anti Fake News War Room (AFWA)) isə aşkar edib ki, istifadəçilərin bir çoxu Hüseynbala Mirələmovun kimliyini dəqiq bilmirlər, hətta onu “baş nazir” kimi təqdim edənlər də var.
Muxalifet2 - 4-06-2021
“Türkiyənin “Bayraktar”ları Rusiya ətrafında strateji balansı dəyişdi” - “The Wall Street Journal” nəşri
Qardaş Türkiyənin istehsal etdiyi və Azərbaycan ordusunun da silahlanmasında yer alan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsinin gedişatını dəyişdirməsi hələ də dünya mediasında müzakirə mövzusu olaraq qalmaqdadır.
Bu dəfə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzetində “Bayraktar”ların regionda geosiyasi tarazlığı necə dəyişdirməsi barədə yazıb. “Ucuz başa gələn Türkiyə döyüş PUA-ları münaqişə bölgələrini və geosiyasəti yenidən formalaşdırır”,-məqalədə vurğulanır.
Muxalifet2 - 4-06-2021
“Simonyan mətbuata divan tutulmasına haqq qazandırır” – Erməni jurnalistə sərt ittihamlar
Sərhədsiz Reportyorlar Rusiyada dövlətin maliyyələşdirdiyi bir sıra media qurumlarının rəhbəri olan Marqarita Simonyanı Belarusda müstəqil mediaya divan tutulmasına açıq dəstək verdiyinə görə sərt tənqid edib.
Xatırladaq ki, mayın 23-də Belarus hökuməti Ryanair hava şirkətinin Afinadan Vilnüsə uçan sərnişin təyyarəsini saxta bomba təhlükəsi iddiası ilə məcburi qaydada Minskə endirib. Təyyarə endikdən sonra sərnişinlərin arasında olan müxalif Belarus blogeri Raman Prataseviç və onun rusiyalı qız yoldaşı həbs olunublar. Təyyarədə bomba tapılmayıb.
Muxalifet2 - 4-06-2021
“Caliber”: “Ermənistan seçkiləri 2021: Hər kəs oynayır” - VİDEO
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjeti Ermənistandakı növbədənkənar parlament seçkilərinə həsr olunub.
Muxalifet2 - 4-06-2021
Korrupsiya üçün dibsiz quyu - İcra başçısı 6 milyonu “gül-çiçəyə” silib / ARAŞDIRMA
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tabeliyində olan “Sumqayıt Bulvar” MMC-ni yeyinti yuvasına çevirib.
Muxalifet.az TİA.Az-ın araşdırmasına istinadən xəbər verir ki, açıqlanan rəqəmlər və ayrılan vəsaitləri Sumqayıt bulvarının korrupsiya üçün dibsiz quyu olduğunu deməyə əsas verir.
Belə ki, elan edilən tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.
Muxalifet2 - 3-06-2021
Baki meriyası son 1 ayda itlər üçün 100 min manatlıq yem alıb
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi "Qırdəhal” MMC (VÖEN- 6300299631) olub. Müsabiqənin şərtinə görə Mənzil-Kommunal Təsərrüfatı Departamenti "Qırdəhal” MMC-dən itlər üçün quru yemlər alacaq və bunun üçün 49 min 925 manat ödəniləcək.
Muxalifet2 - 3-06-2021
Məktəblər bu il iyunun 30-da bağlanacaq - Nazirin yeniliyi şagirdlərə nə verəcək?
İyunun 15-də ümumtəhsil müəssisələrində tədris başa çatsa da, bu dəfə Azərbaycanda məktəblər həmin tarixdən bağlanmayacaq. Təhsil Nazirliyinin qərarı ilə iyunun 16-dan yay məktəblərinə start veriləcək.
Qırx dörd faiz yay məktəbinin təşkilinə "hə" deyib?
Muxalifet2 - 4-06-2021
Rusiya kəşfiyyatının Yerevana zəngi: “Xəritəyə baxırıq, Şuşa...” - Sensasion açıqlama
44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra etmiş Mikael Ambarsumyan Nikol Paşinyanın müharibəni daha əvvəl dayandırmaq şansından istifadə etmədiyini bildirib.
Erməni KİV-ləri xəbər verir ki, Aambarsumyan Yerevanda Təhlükəsizlik Şurasının ötən il oktyabrın 19-da keçirilmiş iclasında generalların Paşinyana müharibədə məğlubiyyətin qaçılmaz olduğunu məruzə etdiklərini deyib.
Muxalifet2 - 3-06-2021
ERMƏNİSTANA “YENİ NƏFƏS” VERMƏK CƏHDİ – Paşinyan 10 noyabr bəyanatını “kağız” adlandırır, Sarqsyan “dəhliz olmayacaq” deyir
Növbədənkənar seçki yaxınlaşdıqca, Ermənistandakı siyasi qüvvələrin gündəliyində “Zəngəzur dəhlizi” mövzusu və 10 noyabrda imzalanmış üçtərəfli sazişin tələbləri daha geniş yer almağa başlayır. Seçkiyə doğru erməni cəmiyyətini ümidləndirmək, acı məğlubiyyətin stresindən çıxarmaq üçün hər cür ağlasığmaz yalanlara, vədlərə rast gəlinir…
Muxalifet2 - 4-06-2021
Bakıda "Formula 2" yarışına start verildi
Bakıda “Formula 2" üzrə sərbəst yürüşə start verilib.
“Report” xəbər verir ki, pilotlar saat 11:10-dək bolidlərini sınaqdan keçirəcəklər. Saat 14:30-da isə sıralama turu olacaq.
Qeyd edək ki, iyunun 5-də "Formula 2"də iki sprint yarışı, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.
Muxalifet2 - 4-06-2021
Vətən müharibəsi şəhidi Elvin Mustafayevlə Gəncədə vida mərasimi keçirilir - FOTO
Vətən müharibəsinin şəhidi Elvin Mustafayevlə Gəncədə vida mərasimi keçirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, Elvin Mustafayevin nəşi Gəncə şəhərinə, anadan olduğu evə gətirilib.
Vida mərasimində şəhidin yaxınları, hərbçilər, şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.Muxalifet2 - 4-06-2021
SABİQ İCRA BAŞÇISININ HƏBS MÜDDƏTİ UZADILDI - Daha 3 ay...
Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Vilyam Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.Muxalifet2 - 4-06-2021
RÖVŞƏN ƏKBƏROVUN İSTİNTAQI YEKUNLAŞDI- Generalı 20 ilədək həbs gözləyir
Rövşən Əkbərovun cinayət işi üzrə istintaq yekunlaşıb. Hazırda Rövşən Əkbərov vəkilləri ilə birgə barəsindəki cinayət işinin materialları ilə tanış olur. Onun əsas ortağı və dostu, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov isə hələlik azadlıqdadır.
Hər iki general 44 günlük Vətən müharibəsi dövründə vəzifələrindən uzaqlaşdırılıblar. Düşmən darmadağın edilərək üzərində qələbə qazanıldıqdan sonra Nəcməddin Sadıkovun sorağı Rusiyadan, Rövşən Əkbərovun xəbəri isə Ukraynadan gəlirdi.
Muxalifet2 - 4-06-2021
Azərbaycanın iki media işçisi minaya düşərək həlak olub, üç nəfər yaralanıb - FOTO
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.
Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
Muxalifet2 - 4-06-2021
BNA-dan biabırçı səhv - Heydər Əliyevin adını səhv yazdılar - FOTO
Bakıda məlumat lövhəsində biabırçı səhvə yol verilib.
BAKU.WS xəbər verir ki, bu səhvi əks etdirən fotonu jurnalist Vyaçeslav Sapunov sosial şəbəkədəki hesabında paylaşıb.
Muxalifet2 - 4-06-2021
LÜTFİ ZADƏ VƏ RAFİQ ƏLİYEV TƏLİMİ – Yeni Sivilizasiyanı yaradan bilik xəzinəsi
Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov
Muxalifet2 - 4-06-2021