Axtarış

The search found 105735 results in 0.087 seconds.

Search results

  1. PAŞİNYAN OĞLUNU AZƏRBAYCANDAKI ERMƏNİ DİVERSANTLARLA DƏYİŞMƏK İSTƏYİR - Bakıya rəsmi təklif göndərməyi tapşırıb

    Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan oğlunun Azərbaycandakı erməni əsirlərlə dəyişdirilməsi barədə Bakıya rəsmi təklif göndərməyi tapşırıb.

    Bundan əvvəl Nikol Paşinyan Ermənistanın eks-prezidenti Serj Sarqsyanın (kərtənkələ gözlü qorxaq Serjik!) bəyanatına cavab olaraq, Azərbaycan Prezidenti İlham Əliyevə açıq müraciətlə oğlu Aşotu Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfin saxladığı bütün erməni əsirlərlə dəyişməyi təklif edib.

    Muxalifet2 - 10-06-2021

  2. AVRO-2020-nin təqvimi - SABAHDAN OYUNLARA START VERİLİR

    Sabah AVRO-2020-yə start veriləcək.

    Sayca 16-cı qitə çempionatı Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək.

    31 gün davam edəcək turnirdə qitənin 24 ən güclü komandası çıxış edəcək. Final matçı iyulun 11-də baş tutacaq yarışda ümumilikdə 51 qarşılaşma təşkil olunacaq. Hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq yığmalar 1/8 finala vəsiqələrin sahibini müəyyənləşdirəcək.

    Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı göstəriciyə malik 4 komanda mükafatlar uğrunda yarışı davam etdirəcək.

    Muxalifet2 - 10-06-2021

  3. ​“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

    İşğaldan azad edilmiş ərazilərdə öz şəbəkəsini genişləndirməkdə olan “Nar” Şuşada da baza stansiyalarını işə salıb. Bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlana biləcəklər.

    Muxalifet2 - 10-06-2021

  4. ZİYA MƏMMƏDOV VƏ ƏSGƏROV 100 MİLYON DOLLAR RÜŞVƏT ALIB? - “Otkat”ı ötürən menecerə rəsmi ittiham irəli sürüldü

    Kanadanın “Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara “otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Virtualaz.org İsveç KİV-lərinə istinadən xəbər verir ki, Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur və tezliklə məhkəmə qarşısında dayanacaq. 

    Muxalifet2 - 10-06-2021

  5. Gürcüstanda "qanuni oğru"lara qarşı əməliyyat keçirilib - 13 nəfər saxlanılıb

    Gürcüstanda "oğru dünyası" ilə əlaqəli 13 şəxs saxlanılıb.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Həmin şəxslər Tbilisi, Telavi və Kutaisidə həyata keçirilmiş xüsusi əməliyyatlar zamanı yaxalanıblar.

    Saxlanılan şəxslərdən 4 avtomobil və silah-sursat maddi sübut kimi müsadirə edilib. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

    Bununla yanaşı, xaricdə yaşayan "Qlexoviç" ləqəbli gürcü "qanuni oğru"ya qiyabi ittiham irəli sürülüb./report

    Muxalifet2 - 10-06-2021

  6. Jirinovski azərbaycanlını öldürən polisi müdafiə etdi - AZƏRBAYCAN DEPUTATLARINI İSƏ "İŞƏ QARIŞMAQDA" SUÇLADI

    Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.

    Jirinovski Azərbaycanın millət vəkillərini də tənqid edib.

    “Novosibirsk vilayətində polis təsadüfən yol hərəkəti qaydasını pozan birini yaxalayan zaman qətlə yetirib. Azərbaycan parlamentinin deputatları hansısa etiraz təşkil edirlər. Sizin nə işinizə qalıb? Əgər Azərbaycan nümayəndələri, sakinləri üçün burada nəsə qaydasında deyilsə, qoy evlərinə getsinlər”, – deyə o bildirib.

    Muxalifet2 - 10-06-2021

  7. “Çalış, görüşdə yuxulama, məndən atəşin salam çatdır...” - TRAMPIN PUTİNLƏ GÖRÜŞ ƏRƏFƏSİNDƏ BAYDENƏ MƏSƏHƏTİ

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki prezident Cozef Baydenə rusiyalı həmkarı Vladimir Putinlə görüş ərəfəsində “bəzi məsləhətlər” verib. O, hesab edir ki, Rusiya hazırda ABŞ-a hörmət eləmir.

    Muxalifet2 - 11-06-2021

  8. “Başa düşmürük, on ildən çoxdur işləyən müasir ticarət mərkəzi niyə qəfildən qanunsuz oldu?!..” - KƏRİM BABAYEVİN BAZARINDAN PUTİNƏ SUAL / VİDEO

    Rusiyanın Rostov şəhəri ətrafındakı Aksay rayonunda yerləşən, azərbaycanlı biznesmen Kərim Babayevə məxsus iri ticarət mərkəzlərində işləyən sahibkarlar prezident Vladimir Putinə videomüraciət ünvanlayaraq bazarların qəfildən niyə bağlandığını soruşublar. Rusiya KİV-ləri xəbər verir ki, ticarətçilər on ildən çoxdur işləyən, müasir ticarət mərkəzinin günün birində qanunsuz obyekt kimi bağlanmasının səbəbini anlamadıqlarını deyirlər və işsiz qaldıqlarını, böyük maddi zərərə düşdüklərini Putinin nəzərinə çatdırırlar.

    Muxalifet2 - 11-06-2021

  9. ABEL MƏHƏRRƏMOV HAKİMƏ QƏTNAMƏSİNİ GERİ OXUTDURDU - Məhkəmə rəzaləti

    Hüquqşünas: “Arxayındırlar ki, məhkəmə zalında aparılan audio-videoçəkilişi şikayətçi tərəfə təqdim etməyəcəklər”

    Muxalifet2 - 11-06-2021

  10. "TƏRƏFLƏR RUSİYANIN İKİ VARİANTINI RƏDD EDİB..." - Beynəlxalq Böhran Qrupunun Qarabağ hesabatı

    Beynəlxalq Böhran Qrupu (“İnternational Crisis Group”) Azərbaycanla Ermənistan arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibədən sonra Qarabağa dair özünün ilk geniş hesabatını dərc edib. Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri, ekspertləri ilə müsahibələr əsasında hazırlanmış hesabatda bir sıra təkliflər də irəli sürülür. Bunlardan ən vacibi Rusiya sülhməramlı kontingentinin mandatının təsdiq edilməsidir.

    Muxalifet2 - 11-06-2021

  11. “Tesla” özünün ən sürətli elektromobilini təqdim etdi - FOTO

    ABŞ-ın “Tesla” şirkəti özünün yeni “Model S Plaid” elektromobilini təqdim edib.

    TASS xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Maskın apardığı təqdimat şirkətin saytında canlı yayımlanıb.

    Muxalifet2 - 11-06-2021

  12. Məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı - BAKIDA

    Bakı şəhəri 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova vəzifəsindən azad olunub. 
    Muxalifet.az xəbər verir ki, işdə yol verdiyi nöqsanlara, fəaliyyətindəki uyğunsuzluğa və ərizəsi əsasında işdən çıxmaq istəyi nəzərə alınaraq, direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.

    Muxalifet2 - 11-06-2021

  13. Bayden Consona velosiped və dəbilqə hədiyyə etdi

    ABŞ prezidenti, “Böyük Yeddilər”in (G7) sammitində iştirak üçün Karbis-Bey şəhərinə gəlmiş Cozef Bayden Böyük Britaniyanın baş naziri Boris Consonla görüşdə ona Amerika istehsalı olan velosiped və dəbilqə hədiyyə edib.

    Bu barədə PA agentliyi bildirib.

    Öz növbəsində tez-tez velosipeddə gəzintilərə çıxan Conson da Baydenə qaradərili hüquq müdafiəçisi Frederik Duqlasın (1817-1895) şərəfinə Edinburqda çəkilmiş şəkil bağışlayıb.

    Qeyd edilir ki, Duqlas 1840-cı illərdə Böyük Britaniyaya səfər edib.

    Muxalifet2 - 11-06-2021

  14. 96 NƏFƏRƏ SAXTA KORONA ARAYIŞI SATANLARA CİNAYƏT İŞİ AÇILDI - Baş prokurorluqdan rəsmi açıqlama

    COVID-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    "Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılmışdır.

    Muxalifet2 - 11-06-2021

  15. SABİQ DEPUTAT HƏBS OLUNA BİLƏR – Mahmudova yaxın bankirin ölkədən çıxışı yasaqlanıb

    2015-ci ilin oktyabrında Eldar Mahmudovun dəstəsinə qarşı gerçəkləşən əməliyyat bir anın içində ona bağlı biznes sahiblərini də çətin duruma saldı. 6 il əvvəl bu günlərdə sabiq deputat Çingiz Əsədullayev Bakıdakı “Saatlı bina”dakı evindən çıxıb Kanar adalarına istirahətə getməyə hazırlaşırdı. Heç ağlına da gəlmirdi ki, onun yolunu parlamentdən salan, cibinə deputat mandatı, yaxasına bayraq sancdıran Eldar Mahmudov 4 aydan sonra hakimiyyət olimpinin zirvəsindən kəllə-mayallaq üzüaşağı buraxılacaq. Onun milyardlara dirənən varidatı, cibindəki mandatı sual altına düşəcək.

    Muxalifet2 - 11-06-2021

  16. BATAQLIQDA OLDUĞUNUZUN FƏRQİNDƏ DEYİLSİNİZMİ? – Jalə Mütəllimova məhkəmə qərarı ilə işdən qovulan məktəb direktoru haqda yazır…

    Kəlbəcər rayonu 23 saylı məktəbin direktoru Həqiqət Şükürova haqda iki gün öncə yazı hazırlamışdım. Yazıda tutulan iradlar, şəxsi həyata yox, peşəkar fəaliyyətə idi. Yəni bir kadrın pedaqoji sima, müəllim, təlim-təbiyyə işinə yararsızlığından yazmışdım. Aldığım məlumatlara görə, “müəllimə” şəxsimi, hətta doğulduğum rayonda ailəmi araşdırmaqdadır.

    Muxalifet2 - 11-06-2021

  17. "GƏL SUALLARA CAVAB VER..." - Deputat Sahil Babayevi Milli Məclisə çağırdı

    “Qanuna dəyişikliklərdə deputatların təkliflərinin heç biri nəzərə alınmayıb. Ona görə də bu qanuna səs vermək çətindir”.

    Bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

    Muxalifet2 - 11-06-2021

  18. ŞƏMKİRDƏ "JEK" RƏİSİ SAXLANILDI - Tabeliyində çalışan gənc qıza zor tətbiq edib

    Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, V.Vəliyev vəzifə səlahiyyətlərini aşmaqda, tabeçiliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.

    Muxalifet2 - 11-06-2021

  19. “Ermənistan regionda yanlışlığa yola verərsə, məhv olacaq” - EKSPERT

    “Ermənistanın Azərbaycanla razılığa gəlməkdən başqa yolu yoxdur”.

    Bu sözləri ictimai fəal, ekspert Hacı Ələsgərov bildirib.

    “Ermənistan tərəfi cığallıq etməklə məşğuldur. Ancaq məğlub olan tərəf Ermənistandır. Beynəlxalq hüquq Azərbaycanıın tərəfindədir. Rəsmi İrəvanın Azərbaycanla bağlı razılığa gəlməkdən başqa yolu yoxdur. Ermənistan regionda yanlışlığa yola verərsə, məhv olacaq”.

    İctimai fəal Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi baxımından iflasa uğradığını qeyd etdi.

    Muxalifet2 - 11-06-2021

  20. TƏBİB işdən çıxardığı həkimə məhkəmədə uduzdu

    Qanunsuz olaraq vəzifəsindən azad edilən keçmiş bölmə rəhbəri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin nəzdində olan müəssisəyə məhkəmədə qalib gəlib.

    Oxu.Az-ın məlumatına görə, Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə 10 iyun 2021-ci il tarixində keçirilən məhkəmə prosesində iddiaçı Aysel Ərdoğanın Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qarşı işə bərpa barədə tələbi təmin edilib. 

    Muxalifet2 - 11-06-2021

Pages