"Ermənistan hələ 1998-ci ildə müharibəni uduzmuşdu..." - PAŞİNYAN BƏYAN EDİB

Baxış sayı:
844

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün vətəndaşlarla görüşündə yenidən Qarabağ münaqişəsinin tarixinə toxunaraq, separatçı qurumun ən azı beynəlxalq səviyyədə tanınması şansının 1998-ci ildə əbədi itirildiyini qeyd edib.

“1996-cı ildə ATƏT-in Lissabon Zirvəsi keçirildi və burada Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi lazım olduğu qeyd olunan bir layihə dövriyyəyə buraxıldı. “Ermənistan veto hüququndan istifadə edir və sənəd qəbul olunmur. Bu layihə ATƏT rəhbərinin bəyanatına çevrilir. Bununla belə, Qarabağ danışıqlarda tam hüquqlu müstəqil tərəf kimi iştirak etməyə davam edir. 1997-ci ildə Robert Köçəryan Ermənistanın baş Naziri, 1998-ci ildə isə prezident oldu. Və baş verən ilk şey Dağlıq Qarabağın danışıqlar prosesini tərk etməsidir.

Bu, ilk müharibədə qazanılan qələbənin bütün siyasi nəticələrinin məhv olması deməkdir. Bu, Qarabağ məsələsinin danışıqlar prosesi üçün qoyulmuş ən böyük minadır. Bu mövzuda Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan formatında son üçtərəfli görüş 1997-ci ilin aprelində Moskvada keçirildi.

Əslində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi paytaxtında Dağlıq Qarabağ təmsilçisinin də olduğu nümayəndə heyətini qəbul edir. Əslində bu, Qarabağın beynəlxalq səviyyədə tanınması ehtimalının təməl daşı idi. Köçəryan seçildikdən sonra belə bir görüş olmayıb”, - Paşinyan bəyan edib.

O, fransalı həmsədr Bernar Fasyenin 2009-cu ilin oktyabrında Xankəndinə səfəri zamanı bu haqda dediyini xatırladıb: "Qarabağ təmsilçilərinin iştirakı erməni tərəfinin qərarı ilə dayandırıldı".