Axtarış

The search found 105739 results in 0.17 seconds.

Search results

  1. Bakının mərkəzi küçələri iyunun 8-dək bağlı olacaq - SİYAHI

    Bakı Şəhər Baş Dövlət Yol Polisi (DYP) İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar paytaxt ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adlarını açıqlayıb.

    DYP-dən verilən məlumata görə, mayın 31-dən iyunun 8-dək "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək tədbirdə Bakı şəhəri ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər aşağıdakılardır:

    Muxalifet2 - 27-05-2021

  2. SEDAT PEKER HAQQINDA HƏBS QƏRARI ÇIXARILDI - Ərdoğan dünənki çıxışında "yaşıl işıq" yandırmışdı...

    Ankara Respublika Baş Prokurorluğunun tələbi ilə mütəşəkkil cinayətkar dəstənin başçısı Sedat Peker barəsində həbs qərarı verilib.

    “Anadolu Agentliyi”nin Baş Asayiş İdarəsindən aldığı xəbərə görə, Sedat Pekerlə bağlı “İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi təhdidi” adı altında verilən mühafizə qərarında FƏTÖ-nün əli olduğu  bəlli olub.

    Muxalifet2 - 27-05-2021

  3. “Gürcü arzusu” bizə ikinci dərəcəli vətəndaş kimi baxır” – ƏHMƏD İMAMQULİYEV

    ““Üç manatlıq gürcülər” Gürcüstanın ali siyasətinə o qədər qarışıblar ki, onların necə oyun edəcəyini, nə cür addım atacaqlarını ayırd edə bilmirik”
     

    Muxalifet2 - 27-05-2021

  4. HƏRBİ AVTOMOBİLİMİZ ERMƏNİSTANLA SƏRHƏDDƏ MİNAYA DÜŞÜB - Rəsmi açıqlama

    Azərbaycan Ordusuna məxsus hərbi avtomobil minaya düşüb.

    Hadisə Kəlbəcər rayonunun Ermənistanla sərhəd istiqamətində baş verib.

    Müdafiə Nazirliyi hərbi avtomobilin minaya düşməsi faktını təsdiq edib.

    Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat yoxdur. Bu barədə rəsmi orqanlar da hər hansı məlumat açıqlamayıb.

    Muxalifet2 - 27-05-2021

  5. “TER-PETROSYAN DEYİR Kİ, QARABAĞI TƏHVİL VERİN...” - Paşinyan Petrosyana cavab verdi

    Ermənistanda növbədənkənar parlament seçkisi yaxınlaşdıqca, siyasi qüvvələrin qarşılıqlı ittihamları daha da kəskin xarakter alır.

    Son günlər ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi hərəkatın aktivləşdiyi xüsusilə diqqəti cəlb edir. Həm Paşinyan hakimiyyətini, həm də Koçaryan-Sarqsyan cütlüyünü ittiham edən Ter-Petrosyan ondan sonra gələn Ermənistan rəhbərlərini vaxtında Azərbaycanla razılaşmamaqda və nəticədə biabırçı məğlubiyyətin əsas səbəbkarları olmaqda günahlandırıb.

    Muxalifet2 - 28-05-2021

  6. NAXÇIVAN İSTİQAMƏTİNDƏKİ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB - Hərbçimiz yaralanıb

    Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

    Muxalifet2 - 28-05-2021

  7. BU GÜN RESPUBLİKA GÜNÜDÜR... - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür

    Bu gün Azərbaycanda Respublika Günüdür. 

    Xatırladaq ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

    Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.

    Muxalifet2 - 28-05-2021

  8. Londonda 200 kiloqram dollar aparan azərbaycanlı ər-arvadın işi qəlizləşdi - ONLARIN ADLARI AÇIQLANACAQ

    Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları nəhayət açıqlana bilər. Bu iş üzrə Londonda davam etməkdə olan məhkəmə prosesinin gedişatı belə göstərir. Vanessa Bareytserin mayın 27-də verdiyi hökmə əsasən Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir.

    1 milyon funt sterlinq 20 milyon dollar edir , bu qədər dolların  nəğd şəkildə ağırlığı isə 200 kiloqramdır.

     

    Muxalifet2 - 28-05-2021

  9. DGK 6 milyonluq tenderi bu şirkətə verdi – “Azeri MED” dövlət qurumlarının “sevimli” şirkətinə çevrilib

    Bütün tənqidlərə, araşdırmalara, üzə çıxarılan korrupsiya faktlarına baxmayaraq, Azərbaycanda tenderlər və dövlət satınalmaları əsas dövlət vəsaitlərinin talanması vasitəsi olaraq qalır. Bu sahədə şəffaflığın nə zaman təmin olunacağı isə hələ bəlli deyil... Son olaraq, “maraqlı” tenderlərdən birini “Azeri MED” adlı şirkət udub. 

    Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Azeri MED” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 5 993 268. 79 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb. 

    Muxalifet2 - 28-05-2021

  10. DÜŞMƏNİN HƏRBİ TEXNİKALARI BELƏ MƏHV EDİLİB - Video

    Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin hərbi texnikalarının məhv edilməsinin videogörüntülərini yayıb.

    Muxalifet.az görüntüləri təqdim edir:

    Muxalifet2 - 28-05-2021

  11. "Koronavirus peyvəndi tarixin ən böyük biznes planıdır" - Epidemioloq professor

    Dövlətlər və hökümətlər hər cür hiyləgərliyə əl atacaqlar ki, öz biznes planlarını həyata keçirsinlər. Onlar hər gün fikirlərini dəyişəcəklər. Onlara görə hamı, qocalar da, cavanlar da, xəstələr də, sağlamlar da, yoluxanlar da – peyvənd vurdurmalıdır. Halbuki epidemioloji qanunlara görə bu cəfəngiyyatdır.

    Medicina.az xəbər verir ki, bu sözləri rusiyalı epidemioloq, professor İqor Qundarov deyib.

    Muxalifet2 - 30-05-2021

  12. MHP Şuşada məktəb tikməkdən imtina etdi - BAXÇALIDAN AÇIQLAMA

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Şuşa şəhərindı inşa etdirmək istədiyi məktəb layihəsindən imtina edib.
    Muxalifet.az xəbər verir ki, bunu MHP-nin sədri Dövlət Baxçalı “Tvitter” sosial şəbəkəsində paylaşıb.
    Devlet Bahçeli bildirib ki, məktəbin tikintisini dəstəkləyən qardaşlarımızdan yardım və ianə adı altında yığılan pul təxirə salınmadan və eyni şəkildə qaytarılacaqdır.

    Muxalifet2 - 29-05-2021

  13. Hikmət Hacıyevdən Baxçalının məktəblə bağlı paylaşımına REAKSİYA

    Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı.
     
    Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib.
     

    Muxalifet2 - 29-05-2021

  14. "Bahçelinin son açıqlamları sadəcə anlaşmazlıqdan yaranıb" - "HABER QLOBAL" MHP-nin ŞUŞADA MƏKTƏB TİKİNTİSNDƏN İMTİNA ETMƏSİ HAQDA SÜJET HAZIRLADI

    Türkiyənin “Haber Global” kanalı Milliyyətçi Hərəkat Partiyasının səri Devlət Bahçeli tərəfindən səsləndirilən Şuşada məktəb tikilməsi ilə bağlı təklifin detallarını əldə edib.

    Kanalda yayımlanan süjetdə bildirilib ki, məktəbin tikintisinə az müddət qalıb.

    “Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı.

    Muxalifet2 - 30-05-2021

  15. ​LAÇINDAN OLAN MƏCBURİ KÖÇKÜNLƏR DƏHŞƏTLİ VƏZİYYƏTDƏ! – Milyonlarla dövlət vəsaiti hesabına tikilən evlər suyun atlında qalıb / VİDEO

    Laçın rayonundan olan məcburi köçkünlər üçün milyonlarla manat dövlət vəsaiti xərclənərək tikilən evləri sel suları basıb.
    Bu haqda Hurriyyet.az-a video-görüntülər təqdim edən sakinlərdən biri bildirir ki, onların bu vəziyyəti heç bir rəsmi qurumu narahat etmir. Dediyinə görə, evlərinin sel sularının altında qalması haqda Laçın rayon İcra Hakimiyyətinə müraciət etsə də, onların şikayətinə baxman olmayıb.
    Daha ətraflı aşağıdakı videoda:
    https://fb.watch/5P1EU24Byt/

     

    Muxalifet2 - 30-05-2021

  16. BORÇALIDA NÖVBƏTİ İNSİDENT - Gürcü polislər bu dəfə Faxralı sakinlərinə hədə-qorxu gəldi... / FOTOLAR

    Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri yerli mobil operatorların birindən narazıdır.

    Bu barədə kənd sakinləri məlumat veriblər. 

    Bildirilib ki, yerli mobil rabitə operatorlarından birinin 5G dalğalarını ötürmək üçün istifadə etdiyi baza stansiyasını kəndin içində, yaşayış məntəqələrinə yaxın ərazidə yerləşdirməsi sakinlərin narazılığına səbəb olub.

    Muxalifet2 - 30-05-2021

  17. Məhkəmə hakimi həyat yoldaşını qəsdən öldürüb - BAŞ PROKURORLUQDAN AÇIQLAMA / Yenilənib

    Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

    Muxalifet2 - 31-05-2021

  18. Ermənistanın kəşfiyyat qrupu Azərbaycan sərhədini keçib? - RƏSMİ AÇIQLAMA

    Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

    Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

    Muxalifet2 - 31-05-2021

  19. Putin-Bayden görüşünün keçiriləcəyi oteldə bütün nömrələr alınıb - BİR HƏFTƏ BAĞLI OLACAQ...

    ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında Cenevrədə görüşün keçiriləcəyi yer hələ açıqlanmayıb. Amma jurnalistlər onların “İntercontinental” otelində görüşəcəyinə dair dəlillər əldə ediblər. Belə ki, oteldə bütün nömrələr iyunun 11-dən 18-ə qədər alınıb. Bayden-Putin sammitinin iyunun 16-da baş tutacağı gözlənilir.

    Muxalifet2 - 31-05-2021

  20. BU GÜNDƏN AÇIQ HAVADA MASKA TAXILMASI LƏĞV EDİLİR - Metro da açılır

    Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.

    “Reprot” xəbər verir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.

    Məlumat üçün bildirək ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.

    Muxalifet2 - 31-05-2021

Pages