Axtarış

The search found 105739 results in 0.055 seconds.

Search results

  1. “Müharibə bitməyib, sadəcə atəşkəsdir” – ERMƏNİSTAN PREZİDENTİ

    Ermənistan Prezidenti Armen Sarkisyan Qazaxıstana rəsmi səfər edib. Səfər çərçivəsində yerli erməni diasporasının fəalları ilə görüşün Ermənistan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verib. 

    Armen Sarkisyan bildirib ki, müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmda sülhlə bağlı hansısa bənd yoxdur, gələcək isə qeyri-müəyyəndir. 

    Muxalifet2 - 7-06-2021

  2. Avropa Məhkəməsi Əli İnsanovun oğlunun şikayəti ilə bağlı qərar verəcək – DAHA İKİ ŞİKAYƏTƏ BAXILIB

    Avropa İnsan Haqları Məhkəməsi (AHİM) iyunun 10-da Azərbaycanla bağlı 3 qərarını elan edəcək.

    Qərarlardan biri səyahətçi Şəfəq Əmrahovanın şikayəti üzrədir. 

    Xatırladaq ki, bir neçə il əvvəl yerli məhkəmələr Əmrahovanın üzərinə Şahdağ Milli Parkının rəhbərliyindən üzr istəmək vəzifəsi qoymuşdu. İndi bu mübahisə üzrə AİHM qərar verəcək.

    Digər qərar sabiq səhiyyə naziri Əli İnsanovun oğlunun şikayəti üzrədir.

    Muxalifet2 - 7-06-2021

  3. Türkiyəli müğənni Bakıda restoranda konsert verdi - Karantin qaydaları heçə sayıldı / VİDEO

    Türkiyəli müğənni Mustafa Ceceli şənbə günü Bakıda konsert proqramıyla çıxış edib. Müğənni konsertdən görüntüləri öz “Instagram” səhifəsində paylaşıb.
     
    Görüntülərdə ökədə tətbiq edilən karantin qaydalarının kobud şəkildə pozulduğu aydın görünür.
     

    Muxalifet2 - 7-06-2021

  4. ABŞ-ın yüksək səviyyəli təmsilçisi Bakıya gəlir – Hökumət və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək

    ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Reekerin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb.

    ABŞ Dövlət Departamentinin məlumatına əsasən, F. Reeker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycanda olacaq.

    Məlumata görə, səfərin məqsədi ikitərəfli və regional prioritetlərin təşviqi, bölgədə demokratik və iqtisadi inkişafa ABŞ-ın dəstəyinin bildirilməsidir.

    Muxalifet2 - 7-06-2021

  5. "Ya seçkidə qalib gəlmək üçün verilmiş bəyanatdır, ya da..." - SARKİSYANIN AÇIQLAMASI İLƏ BAĞLI POLİTOLOQ RƏYİ

    Ermənistan prezidenti Armen Sarkisyan Qazaxıstana rəsmi səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verib. 

    Sarkisyan bildirib ki, müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb: “10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmada sülhlə bağlı hansısa bənd yoxdur. Qarabağın statusunu müəyyən etmək yolu ilə hara gedəcəyimiz, danışıqların nə vaxt başlayacağı və prosesin necə olacağı məlum deyil”.

    Muxalifet2 - 7-06-2021

  6. MƏKTƏB DİREKTORU HAQQINDA ŞOK İDDİA – “Qızımın sinəsinə baxıb, deyib ki, aç baxım…”

    Ucar rayonu, Pirkənd kənd sakini, 3-cü qrup gözdən əlil Həşimov Elmin Yaşar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə,  Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Təhsil naziri Emin Əmrullayevə müracət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 7-06-2021

  7. MİNANIN SONRADAN BASDIRILMASI İSTİSNA EDİLİR - Baş Prokurorluq detalları açıqladı

    Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

    "Xəbər verildiyi kimi, 04 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

    Muxalifet2 - 7-06-2021

  8. “Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırmışıq” - Ermən zabitindən etiraf

    Erməni işğalçılarının basdırdığı minanın partlaması nəticəsində Kəlbəcərdə Azərbaycan jurnalistləri həlak olduqdan sonra sosial şəbəkənin erməni seqmentində işğalçı dəstələrin komandirlərindən birinin sensasion bəyanatı yayılıb.

    Twitter-də yayımlanan videoda bu antiqəhrəman və terrorçunun həyasızcasına və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini necə etiraf etdiyini görə bilərsiniz.

    Muxalifet2 - 7-06-2021

  9. Azərbaycanlı deputat məşhur moldovalı biznesmenin qızını Bakıda öz evində gizlədir - QALMAQAL / VİDEO

    Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almaree Wael Sulaiman ondan gizlin şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyatı qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb. O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla  evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib.

    Muxalifet2 - 7-06-2021

  10. “ŞƏRURLU İSFƏNDİYAR” KEÇMİŞ DEPUTATAT RAFAEL CƏBRAYILOVUN ONU NECƏ ALDATDIĞINI DANIŞIR - “Gəldi, 200 min götürdü. Dedi deputatların köhnə rəisi ilə bina tikirəm...”

    Keçmiş deputat, mandatını girov qoyaraq sələmçidən borc alması qalmaqalı ilə məşhurlaşan Rafael Cəbrayılovun işi üzrə zərərçəkənlərdən biri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov necə aldadıldığını danışıb.  Bildirib ki, Rafael Cəbrayılov Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərik bina tikdiklərini deyərək ondan borc adı ilə pul alıb və qaytarmayıb.

    Muxalifet2 - 7-06-2021

  11. Navalnıya türmədə “Quran” verildi

    Rusiyalı müxalif Aleksey Navalnı iki iddia ərizəsini geri götürüb. “Dojd” xəbər verir ki, bunlar siyasətçiyə verilən qəzet məqalələrinin kəsilməsi və kitab verilməməsi ilə bağlı olub.

    “Biri qəzetlərdən məqalələri kəsmişdi. Biz elə bildik bu idarədəndir, onlar deyirlər ki, kəsməmişik. İddianı geri götürmək istərdim, çünki indi senzuranın olmadığını qanuni olaraq müəyyənləşdirdiyimiz nöqtədəyik. Əslində hər şeyə nail olmuşuq, iddiadan imtina edirəm”, - Navalnı bildirib.

    Muxalifet2 - 7-06-2021

  12. Bayden Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək

    ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.

    “Report” ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.

    O, qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.

    Muxalifet2 - 7-06-2021

  13. SƏHİYYƏ NAZİRİ OLMAQ ADI İLƏ VƏTƏNDAŞIN 280 MİNİNİ ƏLƏ KEÇİRİB - Baş həkimin dələduzluğu

    1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimin məhkəməsi başlayır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserin baş həkimi Rəşad İsmayılovun qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında aparılan araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Muxalifet2 - 7-06-2021

  14. “Müfəttiş azərbaycanlı, gürcü və ya yəhudi olsaydı, necə olardı?” - RASİM BABAYEV

    Rusiyanın Novosibirsk şəhəri ətrafındakı Maşkovo qəsəbəsində mayn 28-də baş vermiş qanlı yol əhvalatı sürətlə milli zəminə keçərək federal miqyasda müzakirə predmetinə çevrilib, eləcə də bu hadisəyə Rusiyada göstərilən qərəzli münasibətə görə Azərbaycan ictimaiyyətini hiddətləndirib. Xəbər verildiyi kimi, həmin gün yol patrul polisinin müfəttişi Aleksandr Qusev qaydaları pozan “Toyota” avtomobilini saxlayıb və bu zaman yaşanan çəkişmə zamanı öz tabel silahı ilə avtomobildəkilərdən birini-19 yaşlı Vəkil Abdullayevi vurub.

    Muxalifet2 - 8-06-2021

  15. İran Ukrayna təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödəyir - MƏBLƏĞ AÇIQLANDI

    İran səhvən raketlə vurduğu Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödənişlərinə başlayıb.

    Bu barədə İranın xarici işlər nazirinin müavini Möhsün Baharvənd məlumat verib. Onun sözlərinə görə artıq ailələrin bir qismi kompensasiyanı alıb. Nazir müavini bəyan edib ki, kompensasiya məbləği İranın beynəlxalq öhdəliklərinə əsasən nəzərdə tutulduğundan daha artıqdır və hər ailəyə 150 min dollar olmaqla hesablanıb.

    Muxalifet2 - 8-06-2021

  16. Almaniya, Rusiya, Fransa XİN başçıları Qarabağı müzakirə ediblər

    Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian və Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Xayko Maas Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbətində Ukraynada, Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

    Bu barədə “Report” Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

    Muxalifet2 - 8-06-2021

  17. "Prokurorluğun partlayış açıqlaması təəccüblüdür" - TOFİQ ZÜLFÜQAROV

    Prokurorluğun Müdafiə Nazirliyinin maşınının minaya düşməsi və jurnalistlərin həlak olması ilə bağlı açıqlamasını oxudum.

    Muxalifet2 - 8-06-2021

  18. "Ukrayna ordusu böyük sürpriz hazırlayır" - HƏRBİ EKSPERT

    Donbasda mümkün əməliyyat zamanı PUA-ların istifadəsinin effektivliyi məsələsini nəzərdən keçirsək, bu, həqiqətən müəyyən maraq doğurur.

    Bunu ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib.

    Muxalifet2 - 8-06-2021

  19. Ermənistanda seçki kampaniyası sərt qarşılıqlı ittihamlarla başlayıb

    "Azadlıq" radiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazir əvəzi və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan iyunun 7-də Armavir vilayətində tərəfdarları ilə görüş keçirib.

    Paşinyan görüş zamanı deyib:

    “Bəziləri deyirlər ki, iyunun 20-də qalib gələcəklər, amma biz deyirik ki, siz cəzanızı çəkəcəksiniz”.

    Baş nazir əvəzi nitqinin böyük bir hissəsini yenə də keçmiş hakimiyyətə həsr edib:

    Muxalifet2 - 8-06-2021

  20. UEFA DA KRIMI UKRAYNA ƏRAZİSİ KİMİ TANIDI - Moskvanın hiddətinə rəğmən, milli komandanın yeni formasını təsdiqlədi

    UEFA Ukraynanın milli futbol yığmasının 2020-ci ilin Avropa çempionatı üçün formasını təsdiq edib.

    Üzərində vətənpərvər şüar və Ukraynanın Krımla birlikdə xəritəsini əks etdirən forma Rusiyanı hiddətləndirmişdi.

    Dövlət Dumasının millət vəkillərindən biri Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelkonun təqdim etdiyi formanı “siyasi təxribat” adlandırmışdı.

    Ukrayna futbolçuları yeni formanı COVID-19-a görə təxirə salınmış Avro 2020 çempionatında geyinəcəklər.

    Muxalifet2 - 8-06-2021

Pages