Livanın baş naziri də Ərdoğanla görüşə gəlir
17-12-2024 23:18
Baxış sayı:
208
Livanın Baş naziri Nəcib Mikati sabah Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə səhifəsində yazıb.
Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Liderlərin Suriya və Fələstindəki son vəziyyəti müzakirə edəcəkləri gözlənilir.