İcra başçısının müavini işdən ÇIXARILDI
14-12-2024 15:19
Baxış sayı:
1582
Qusar Rayonu İcra Hakimiyyətinin başçısının müavini işdən çıxarılıb.
Sahir Məmmədxanovun müavini Elman Mustafayev bir neçə gün əvvəl vəzifəsindən azad edilib
O, həmçinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Elman Mustafayevin yerinə təyinat olmayıb.
Qeyd edək ki, avqust ayında başçının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova da vəzifəsindən ayrılıb. Onun yerinə də təyinat olmayıb.