Axtarış

The search found 105700 results in 0.006 seconds.

Search results

  1. ​“Sərhədsiz Reportyorlar” Rauf Mirqədirova azadlıq tələb edir

    "Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı "Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsinin sentyabrın 19-dək uzadılması barədə məhkəmənin qərarını qınayır.
    Dövlətə xəyanətdə suçlanan Rauf Mirqədirovun barəsində həbs qətimkan tədbiri bu günlərdə daha 4 ay uzadılıb. Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanıv və Azərbaycana göndərilib.Jurnalist Bakı Hava limanında  həbs edilib. O Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham olunur. 

    Muxalifet - 8-05-2015

  2. ​Prezident öz şirkətini satmaq üçün 3 milyard dollar istəyir

    Ukrayna prezidenti Pyotr Poroşenko sahibi olduğu “Roshen” şirniyyat korporasiyasını satmaq istəyir. “Roschen”i almağa niyyətli olan yeganə namizəd İsveçrənin “Nestle” şirkətidir. Lakin isveçrəlilərin təklif etdiyi 1 milyard dollarlıq təklif Poroşenkonu razı salmayıb. O, şirkətini 3 milyard dollardan ucuz qiymətə satmayacağını elan edib.
    “Şirkəti 1 milyard dollara satmaq ehtimalımız demək olar ki, yoxdur” - deyə “Roschen”nin baş direktoru Vyaçeslav Moskalevski bildirib.

    Muxalifet - 8-05-2015

  3. ​Obamanın sevgi macərasından film çəkilir

    ABŞ Prezidenti Barak Obama haqda çəkiləcək filmin detalları açıqlanıb.
    “Variyeti” xəbər verir ki, filmin çəkiləcəyi tarix, rejissor və Obama rolunda çəkiləcək aktyor müəyyən olunub. Amerikalı aktyor Parker Soyers prezidentlə xanımı Mişel Obamanın tanışlıq və sevgi macərasına həsr olunacaq filmdə Barak Obama rolunu canlandıracaq.
    “Southside With You” (Səninlə cənub) adlanan film prezidentlə xanımı Mişel Obamanın 1989-cu ildə baş tutan ilk görüşündən başlayaraq onların eşq macəralarını özündə əks etdirəcək.

    Muxalifet - 8-05-2015

  4. ​Putinin anası ilə bağlı şok iddia

    «Dei Zeit»: «Rusiya prezidentinin əsl anası Gürcüstanın kəndində yaşayan 88 yaşlı Vera Putinadır»

    Muxalifet - 8-05-2015

  5. ABŞ-da Azərbaycandakı insan haqlarının vəziyyəti müzakirə olundu

    Vaşinqtonda "Azərbaycan: Demokratik Həmrəyliyin Sınaq Məkanı" adlı forum keçirilib
     

    Muxalifet - 8-05-2015

  6. Əliyev paradda iştirak etmək üçün Moskvaya getdi

    Azərbaycan prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərə gedib.
    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın rəsmi şəxsləri və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıb.
    Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunan bayram tədbirlərində iştirak etmək üçün Rusiya paytaxtına gəlib.

    Muxalifet - 8-05-2015

  7. ​Sabiq baş nazirin müavininin oğlu bir nəfəri güllələdi – GECƏ KLUBUNDA ATIŞMA

    Moskvada İstintaq komitəsinin yüksək vəzifəli əməkdaşı Abdul Camalxanovu saxlayıb.
    Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə müstəntiqi Abdul Camalxanov gecə yarıya yaxın "Karaoke" restoranından çıxan zaman Sergey adlı şəxslə dalaşıb.
    Mübahisə vaxtı hüquq-mühafizə orqanlarının əməkdaşı Sergey adlı şəxsi tapançadan atəş açıb və hadisə yerindən "Leksuse GS 300" avtomobili ilə qaçaraq gizlənib.
    Aparılan istintaq tədbirləri nəticəsində cinayətkar həbs edilib. Camalxanov Arbat rayon polis bölməsinə aparılıb.

    Muxalifet - 8-05-2015

  8. 10 yaşlı Nicatın Qarabağ arzusu – ŞEİR

    Mənim arzum
     
    Nə Koroğlu nəsliyəm,
    Nə də Babək nəvəsi...    
    Mən Nicatam, öz adım var,
    Bircə arzum muradım var.
    Düşmənlərə çəkib dağı
    Azad edim Qarabağı!
     
    ***
    Mən də bir əsgər olacam,
    Əlimə silah alacam,
    Düşmənləri məhv eləyib
    Qarabağı qaytaracam.
    Azərbaycan bayrağını
    İrəvana mən sancacam!
     
    Nicat  HƏSƏNLİ

    Muxalifet - 8-05-2015

  9. ​"Neftçi" biabırçı hesabla uduzdu

    "Qarabağ" isə Lənkəranda büdrədi

    Muxalifet - 8-05-2015

  10. Ərəblərdən ingilis baş nazirə "orta barmaq" işarəsi – FOTO

    Kameronun keçirdiyi mətbuat komfransında ilginc hadisə baş verib
     
    Böyük Britaniyada keçirilən parlament seçkilərində qələbə qazanan Mühafizəkarlar partiyasının lideri, hazırkı baş nazirin David Kameronun keçirdiyi mətbuat komfransında ilginc hadisə baş verib.
    Kameron qələbəni şərh edərkən jurnalistlərdən arxada oturan iki ərəbin göstərdiyi barmaq işarəsi kameraların yaddaşına düşüb.
    Qeyd edək ki, Kameronun partiyası 650 yerlik icmalar palatasında 330 mandat qazanıb.
    Onun əsas rəqibi olan Leyboristlər (Əmək) partiyası isə 232 yer qazanıb.

    Muxalifet - 8-05-2015

  11. 90 yaşlı gənc...

    Azərbaycanın ən gənc müharibə veteranının 90 yaşı var

    Muxalifet - 9-05-2015

  12. Siyasi məhbusların yeni siyahısı...

    Mayın 8-də Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçi Qrupu 81 nəfərdən ibarət yeni siyahı təqdim edib. Bundan öncə hazırda həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun hazırladığı siyahıda 98 nəfərin adı var idi.
    Qrupdan verilən məlumata görə, mart ayında verilən əfv fərmanı və cəza müddətini çəkib azadlığa çıxan məhbuslar olduğundan bu siyahıya yenidən baxılıb. Azadlığa buraxılan 26 nəfər siyahıdan çıxarılıb, 9 nəfər yeni həbs olunanlar isə ora əlavə olunub.

    Muxalifet - 9-05-2015

  13. ABŞ səfiri: “Qələbə Günü gücün triumfu deyil...”

    Sekutadan faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə açıqlama...
     
    ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə bağlı açıqlama yayıb.
    Səfirlikdən verilən məlumata görə, Sekuta mesajında qeyd edib ki, həftənin əvvəlində Azərbaycanın İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələrdən bəhs edən “Bakı Hədəfdir: Hitler Neft Uğrunda Müharibəni Necə Uduzdu” sənədli filminin ilkin nümayişində iştirak edib.

    Muxalifet - 9-05-2015

  14. Döyə-döyə...

    Çoxdan istəyirdim “Kitabi-Dədə Qorqud” haqda bəzi fikirlərimi bölüşüm. Daha doğrusu, onun bəzi boylarının səhnə yozumunu verim.

    Muxalifet - 9-05-2015

  15. Vəhşi toy adətimiz

    Azərbaycanda toyların nə milliliyə, nə İslamlığa uyğun gələn ənənə olmadığını dəfələrlə qeyd etmişik. İsrafçılıq, bayağılıq, fırıldaqçılıq toyların əsas atributlarından birinə çevrilib. İnsanların ailə həyatı qurması sevindiricidir, ancaq əvvəlcədən elə vəhşi bir mühitdə bu icdivac gerçəkləşdirilir ki, sonrakı problemlərin də əsası bu andan qoyulur.

    Muxalifet - 9-05-2015

  16. ​Putini məyus edən olay – PARADDA HƏRBİ TEXNİKA YANDI - VİDEO

    Hərbi texnikanın motorunda yaranan nasazlıq qısa zamanda yanğına səbəb olub.
    Bu gün Rusiya Federasiyasının bütün şəhərlərində Böyük Qələbənin 70 illiyi münasibəti ilə hərbi paradlar keçirilir.
    Bəzi şəhərlərdə hərbi texnika mərkəzi küçələrdən keçərək nümayiş etdirilir. Bu cür paradlardan birində xoşagəlməz hadisə baş verib. Çitada parad zamanı "Zenit" raket kompleksi tüstülənib.

    Muxalifet - 9-05-2015

  17. FHN-də Qələbə günü münasibətilə toplantı keçirilib - FOTO

    Mayın 9-da Fövqəladə Hallar Nazirliyində (FHN) faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə toplantı keçirilib.
    Muxalifet.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, toplantıda iştirak edə Böyük Vətən Müharibəsi veteranları nazirliyin hərbi orkestrinin ifa etdiyi təntənəli marşın sədaları altında qarşılanıb.
    Tədbirdə əvvəlcə, Azərbaycanın Dövlət himni səslənib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Muxalifet - 9-05-2015

  18. ​Ərzaq qiyməti ilə bağlı proqnoz

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünyada əsas kənd təsərrüfatı məhsullarının qiymətləri ilə bağlı məlumat yayıb.
    Muxalifet.az-ın məlumatına görə, məlumatda bildirilir ki, FAO-nun ərzaq qiymətlərinin indeksi aprel ayında aşağı düşməyə davam edərək 171 bənd təşkil edib. Bu da mart ayının göstəricisi ilə müqayisədə 1,2 faiz və 2010-cü ilin iyunundan azalaraq 2014-cü ilin aprel ayında ən aşağı səviyyəyə çatan qiymətlər indeksi səviyyəsindən 19,2 faiz azdır.

    Muxalifet - 9-05-2015

  19. Düşən hərbi təyyarədən xəbər - Foto

    Baş nazir: "Təyyarə Türkiyə Ordusu üçün nəzərdə tutulmuşdu"
    İspaniyanın Sevilya aeroportu yaxınlığında qəzaya uğrayan hərbi təyyarə ilə bağlı yeni xəbər yayılıb.
    “A400M” hərbi yük təyyarəsi Türkiyə Hərbi-Hava Qüvvələri üçün nəzərdə tutulduğu məlum olub.

    Muxalifet - 9-05-2015

  20. Şumaxerin şəxsi təyyarəsi və bağ evi satılıb

    "Formula-1"in yeddiqat çempionu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer idmançının 25 milyon funt dəyərində olan şəxsi təyyarəsini və Norveçdəki bağ evini satıb.
    Yarışçını müalicə edən həkimlər Şumaxerin tam olaraq sağalması ehtimalının az olduğu qənaətinə gəliblər və bu, onun həyat yoldaşının təyyarə və bağ evinə artıq ehtiyac duymayacağı barədə qərar qəbul etməsinə rəvac verib.
    Mixael Şumaxer 29 dekabr 2013-cü ildə dağ xizəyi idmanı ilə məşğul olarkən ağır zədə alıb. ("Report")
     

    Muxalifet - 9-05-2015

Pages