Axtarış

The search found 105701 results in 0.006 seconds.

Search results

  1. ​ADP seçkilərdə iştirakdan imtina etdi

    Sərdar Cəlaloğlu: "Bu boykot deyil, boykot o zaman olardı ki, üzvlərimizə də seçkidə iştirak qadağası qoyardıq"

    Muxalifet - 16-09-2015

  2. ​Elçibəyin mühafizəçisi vəfat etdi

    Azərbaycanın sabiq prezidenti Əbülfəz Əliyevin (Elçibəy) mühafiçisi olmuş İlqar Qədirquliyev vəfat edib.
    Bu barədə "Report"a Klassik Xalq Cəbhəsi Patiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu məlumat verib.
    O bildirib ki, İ.Qədirquliyev bu gün dünyasını dəyişib.
    Qeyd edək ki, İ.Qədirquliyev KXCP Ali Məclisinin üzvü idi.

    Muxalifet - 17-09-2015

  3. ​Eldar Sabiroğlu prokurorluğa çağırıla bilər

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından olan Eldar Sabiroğlu prokurorluğa çağırıla bilər.
    “Azadlıq”a daxil olan məlumata görə, buna səbəb YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamalarıdır.

    Muxalifet - 17-09-2015

  4. ​Nemət Pənahlının səhhəti pisləşib

    Həyat yoldaşı Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlı ilə görüşüb. Bu barədə Modern.az saytına açıqlama verən Həcər Pənahlı deyib ki, görüş iki gün əvvəl baş tutub:
    “Saxlanma şəraiti əvvəlki kimidir. Amma səhhəti yaxşı deyil. Bildiyiniz kimi, Nemət bəy şəkər xəstəliyindən əziyyət çəkir”.
    Həcər Pənahlı deyib ki, həyat yoldaşı xəstəliyi səbəbindən müalicə müəssisəsinə köçürülməsi üçün müraciət edib: “Əslində onun müalicə müəssisəsinə köçürülməsini gözləyirdik. Amma nədənsə heç bir xəbər yoxdur.

    Muxalifet - 17-09-2015

  5. ​Ziya Məmmədovun qardaşı: “Ola bilsin, namizəd olmayım”

    Deputatı Elton Məmmədov builki parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı qərar verməyib.
    E.Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu həftənin sonunadək namizəd olub-olmayacağı ilə bağlı qərarını açıqlayacaq: “İndiyədək 3 çağırış Milli Məclisin deputatı olmuşam, budəfəki seçkilərlə bağlı isə hələlik qərar verməmişəm. Mən müstəqil insanam və həftənin sonunadək öz qərarımı verəcəyəm. Ola bilər ki, namizəd olmayım və öz elmi-pedoqoji fəaliyyətimə davam edim. Hər halda bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar verəcəyəm”.

    Muxalifet - 17-09-2015

  6. ​"Meydan" TV-nin əməkdaşına 30 sutka həbs verildi

    "Meydan" TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov sentyabrın 16-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketçiliklə və hədə-qorxu ilə tələbetmə şöbəsi tərəfindən saxlanılıb.
    Bir neçə dəqiqə bundan əvvəl Şirin Abbasova polisə müqavimət maddəsi ilə 30 sutka azadlıqdan məhrumetmə cəzası verilib.
    Bu barədə jurnalistlə görüşən anası məlumat verib.

    Muxalifet - 17-09-2015

  7. ​Üzeyir Hacıbəylinin xatirəsi ABŞ Konqresində anıldı

    ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 sentyabr tarixli plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub.
    Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlkumata görə, bu münasibətlə ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib.
    Çıxışın nüsxəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.

    Muxalifet - 19-09-2015

  8. ​Hüquq müdafiəçisi həbsxanadan müraciət yaydı

    “Mən qanunlara deyil, mafiozların iradəsinə uyğun olaraq həbsdəyəm”
     
    Gəncə İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədov ictimaiyyətə müraciət edib. Müraciətinin surətini daxili işlər naziri Ramil Usubova və respublikanın baş prokuroru Zakir Qaralova göndərən hüquq müdafiəçisi həbsinin əsl səbəblərinə aydınlıq gətirib.

    Muxalifet - 19-09-2015

  9. ​Arif Hacılıdan narazılar məhkəməyə müraciət edəcək

    Partiyanın qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət hazırlanıb
     
    Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət hazırlanıb.
    Bu barədə APA-ya partiya üzvlüyündən xaric olunmuş Əlövsət Əhədoğlu məlumat verib.

    Muxalifet - 19-09-2015

  10. ​FHN Hacı İbrahim Nehrəmlinin şirkətini məhkəməyə verdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) “Azər-Ross İK” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.
    FHN-in qurumu borcun ödənilməsi barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır.
    İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

    Muxalifet - 19-09-2015

  11. Putinin növbəti siyasi manevri...

    Və yaxud Rusiyanın Suriyada aktivləşməsinin səbəbləri

    Rusiya prezidenti Donbasda savaşı səngitmək və “barış əldə olundu” illüziyası yaratmaqla, qoşunları Suriyaya göndərmək, orada vəziyyəti gərginləşdirməklə bir neçə məqsədi hədəfləyir...

    Muxalifet - 19-09-2015

  12. ​Cəmil Həsənli: "Odlar yurdunda alov ərşə qalxıb"

    Milli Şura sədri Cəmil Həsənli Sumqayıtda haqsızlığa etiraz edərək özünü yandıran sürücüdən yazdı:

    Muxalifet - 21-09-2015

  13. Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

     
    Kəlbəcər İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov rayon sakini Əli Bayramova “atıb”

    Muxalifet - 21-09-2015

  14. ​Hacı İbrahim şirkətini satıb

    Məhşur iş adamı Hacı İbrahim Nehrəmli Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun ona məxsus olduğu deyilən “Azər-Ross İK” Mənzil Tikinti Kooperativlərini məhkəməyə verməsi fikirinə aydınlıq gətirib.

    Muxalifet - 21-09-2015

  15. ​Xanım jurnalistlər yenə “bandotdel”ə çağırıldı

    Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər yenidən istintaqa çağırılıb.
    Bu barədə “Azadlıq”a həmin jurnalistlərdən Sevinc Vaqifqızı məlumat verib.
    Jurnalist bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq bölməsinin rəis müavini, sentyabrın 19-da onları dindirmiş Murad Quliyev zəng edərək, yenidən ifadə verməyə çağırıb.
    Sevinc Vaqifqızı ilə yanaşı, Aytən Fərhadova və Izolda Ağayeva da bu gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə (“bandotdel”) ifadə verməyə gedəcək.

    Muxalifet - 22-09-2015

  16. Nərimanov İcra Hakimiyyətində fırıldaqçı dəstə...

    Zahid Nəzərov və daha iki nəfər Siyəzən sakininə 40 min “atıb”; üstəlik şikayət edəcəyi təqdirdə onu ölümlə hədələyiblər
     
    Siyəzən rayonu, Balaca Həmyə kənd sakini Məmmədov Qoşqar Əliyyullah oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəllif qəzetimiz vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə, eləcə də
    Baş prokror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubova müraciət edərək, onlardan qarşılaşdığı problemin həllində yardımçı olmağı xahiş edir. O, yazır:

    Muxalifet - 23-09-2015

  17. Əkbər Hacıyev prezidenti necə sabotaj edir...

    “Azəriqaz” prezidenti Əkbər Hacıyev dünən keçirdiyi mətbuat konfransında prezidentin bölgələrdə qazlaşdırmanın sürətləndirilməsinə, Ermənistanla sərhədyanı kəndlərin ilk növbədə qazlaşdırılmasına dair dəfələrlə verdiyi göstərişlərə qarşı əsl sabotaj sayıla biləcək sensasion bəyanatla çıxış edib.
    Mətbuatla nadir hallarda ünsiyyət quran Əkbər Hacıyev virtualaz.org saytının əməkdaşının sualına cavab olaraq bildirib ki, Ermənistanla sərhəd Şınıx bölgəsinin 20-yə yaxın kəndinin sakinləri boş yerə təbii qaza ümid etməsinlər. Çünki bu kəndlər qazlaşdırılmayacaq.

    Muxalifet - 24-09-2015

  18. ​Daha bir jurnalistin evində axtarış

    Sentyabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist İslam Şıxəliyevin kirayə qaldığı mənzildə axtarış aparıblar.
    Təqdim olunan məhkəmə qərarında axtarışın külli miqdarda maliyyə vəsaiti əldəetmə və vergidən yayınma ittihamları ilə bağlı olduğu göstərilib.

    Muxalifet - 27-09-2015

  19. Kəlbcərin icra başçısı haqda şok faktlar

    Aqil Məmmədov “150 min AZN pulunu mənimsədiyi üçün” ondan şikayət edən Kəlbəcər sakinini hədələyir

    Şikayətçi iddia edir ki, Kəlbəcər DSMF-nin müdiri Elşən Əlizadə şantaj yolu ilə ondan 80, rayon prokuroru Ariz Əliyev isə 90 min AZN alıb

    Muxalifet - 27-09-2015

  20. ​Azərbaycanlı oliqarxın İŞİD-lə ortaq biznesi… - ŞOK İDDİA

    ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında Nyu -Yorkda keçiriləcək görüşdə İŞİD-in maliyyə kanallarının kəsilməsi məsələsi də müzakirə olunacaq.
    Bu haqda Rusiyanın nüfuzlu “Novaya qazeta” nəşri yazır.
    Qəzetin yazdığına görə, hələ 2014-cü ilin sentyabrında Avropa Parlamentinin xarici işlər komitəsinin hesabatı zamanı Aİ-nin İraqdakı səfiri Yana Xibaskova “ittifaqa üzv olan bəzi ölkələrin İŞİD yaraqlılarından neft aldığını” bildirib.

    Muxalifet - 28-09-2015

Pages