​Putinin yaxın müttəfiqi "Türk axını"nından imtina etdi

Serbiya “Qazprom” şirkətinin “Türk axını” kəmərini bu ölkənin ərazisinədək uzadacağı imkanlarını görmür.
Avropa.info xəbər verir ki, bu haqda İnterfaksa müsahibəsində Serbiya prezidenti Tomislav Nikoliç deyib.
Nikoliç: “Düşünürəm ki, “Türk axını”nın reallaşdırılması mümkün deyil, biz çətin ki, bu istiqamətdən qaz alaq”.
Bu günlərdə “Qazprom”un sədri Aleksey Miller demişdi ki, “Türk axını”nı 2016-cı ilin dekabrında dövriyyəyə buraxmağı düşünürlər. Moskva hətta Afinanın kəmər xərclərini boynuna götürməyə razı olmuşdu.