Əli İnsanov Əli Kərimliyə təbrik göndərdi

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov AXCP sədri Əli Kərimlini 50 illik yubileyi münasibətilə təbrik edib. O, təbrikini vəkili vasitəsilə çatdırıb.

Azadliq.info-nun xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli Əli bəy! Sizi 50 illik yubileyiniz munasibətilə ürəkdən təbrik edirəm. Xalqımızın azadlığı uğrunda apardığınız mübarizədə böyük uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və möhkəm can sağlığı arzu edirəm”.