Axtarış

The search found 105712 results in 0.009 seconds.

Search results

  1. 2,5 kiloqram tiryək və heroin TUTULDU

    O, narkotik vasitələri satmaq istəyən zaman tutulub
     
    Yardımlı sakinindən tiryək və heroin götürülüb.
    Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı qəsəbə sakini, 40 yaşlı Ağayev Ziyəddin Yaşar oğlu saxlanılıb.
    Narkotik vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Ağayev 2 kq-dan artıq çəkidə narkotik maddə olan tiryək və 250 qr çəkidə heroini satmaq istəyərkən əməliyyatçılar tərəfindən iş başında yaxalanıb.

    Muxalifet - 11-06-2017

  2. ​ İstanbulda iki metrobus toqquşdu – 32 NƏFƏR YARALANDI

    İstanbulda iki metrobusun toqquşması nəticəsində 32 nəfər yaralanıb.
    "Anadolu" agentliyi xəbər verir ki, üç nəfər ağır vəziyyətdədir.
    Qəzanın səbəbləri barədə məlumat verilmir. Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.
     

    Muxalifet2 - 11-06-2017

  3. ​ABŞ Somalini bombaladı – TERRORÇULAR İTKİ VERDİ

    Birləşmiş Ştatlar Somalidə terrorçuların təlim düşərgəsinə havadan zərbə endirib. "The Jerusalim Post" xəbər verir ki, aviazərbə "Əş-Şabab" qruplaşmasının obyektlərinə endirilib.
    Hava zərbələri nəticəsində 8 yaraqlı ölüb. Bu barədə Pentaqonun bəyanatına istinadən "Associated Press" məlumat yayıb.
    Əməliyyat Somali və digər müttəfiqlərin dəstəyi ilə həyata keçirilib.
     

    Muxalifet2 - 11-06-2017

  4. ​30 yaşlı qadın şampundan zəhərləndi - ŞƏMKİRDƏ

    Şəmkir sakini zəhərlənib.
    APA-nın verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilova Gilas Şahməddin qızı kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
    Qadının hansı şəraitdə zəhərləndiyi dəqiq bilinməsə də, onun saç şampunundan zəhərləndiyi ehtimal edilir.

    Muxalifet2 - 11-06-2017

  5. ​39 yaşlı qadın intihara cəhd etdi - TOVUZDA

    Tovuzda intihara cəhd olub.
    Belə ki, rayonun Düz Çırdaxan kənd sakini,  1978-ci il təvəllüdlü Quliyeva Elnarə dərman zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın dərman həbləri içərək özünə qəsd etmək istəyib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 11-06-2017

  6. ​Sərnişin avtobusu aşdı, 8 ÖLÜ, 25 YARALI

    Rusiyanın Zabaykalye diyarında ağır yol qəzası baş verib.
    TASS agentliyinin verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
    İlkin məlumata əsasən, qəza zamanı avtobusda 51 nəfər olub. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir(apa).

    Muxalifet2 - 11-06-2017

  7. ​“ABŞ-ın İŞİD-i dəstəkləməsinə dair sübutlarımız var” – RƏSMİ AÇIQLAMA

    Vaşinqton İŞİD terror təşkilatına birbaşa dəstək göstərir.
    Bunu İran Silahlı Qüvvələrinin qərərgah rəisinin müavini Müstafa İzadi deyib.
    "İslam inqilabı liderinin (Əli Xamenei) bundan əvvəl dediyi kimi, bizdə İslam ölkələrini xaraba qoyan və kütləvi qətl və toqquşma dalğası yaradan bu iyrənc cərəyanın (İŞİD) Amerika imperializmi tərəfindən birbaşa dəstəklənməsini sübut edən sənəd və məlumatlar var", - deyə "Fars" agentliyi İzadinin sözlərini sitat gətirib(report).

    Muxalifet2 - 11-06-2017

  8. ​Fransada keçirilən parlament seçkilərinin İLKİN NƏTİCƏLƏRİ - YENİLƏNİB

    Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” partiyası liderlik edir.
    APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.
    Bülletenlərin 75 faizinin hesablanmasından sonra "İrəli" partiyası 26,9 faiz seçici səsi toplayıb
    İkinci yerdə “Respublikaçılar” – 15,8%, üçüncü yerdə Marin Le Penin “Milli Cəbhə” partiyası qərarlaşıb – 14,4%.

    ***
    23:05

    Muxalifet2 - 12-06-2017

  9. ​Türkiyə, İtaliya və İspaniya qalib gəldi– YENİLƏNİB

    Bu gün DÇ-2018-in seçmə mərhələsində VI tura yekun vurulacaq. Muxalifet.az apasport.az-a istinadən xəbər verir ki, D, G və İ qrupunda oyunlar baş tutacaq.
    D qrupunda lider Serbiya Uelsi qəbul edəcək. Serblərlə eyni xala malik, ancaq ikinci pillədə qərarlaşmış İrlandiya isə Avstriyanı sınağa çəkəcək. Qrupun autsayderləri Gürcüstanla Moldova isə öz aralarında münasibətlərinə aydınlıq gətirəcəklər.

    Muxalifet2 - 12-06-2017

  10. ​İki qonşu dalaşdı, BİRİ DÖYÜLDÜ – SAMUXDA

    Samuxda döyülmə faktı qeydə alınıb.
    APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.
    1981-ci il təvəllüdlü Abbasov Fərhad Fərman oğlu qonşusu tərəfindən döyülərək baş nahiyəsindən xəsarət alıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.  Davanın söyüş üstündə yarandığı bildirilir.
    Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

    Muxalifet2 - 12-06-2017

  11. ​Şəmkirdə gənclərin davasında QAN TÖKÜLDÜ - BIÇAQLANMA

     
    Şəmkirdə bıçaqlanma olub.
    Belə ki,  rayonun Kür qəsəbə sakini, 1984-cü il təvəllüdlü Mehdiyev Vüqar Feyruz oğlu döş qəfəsinin daxilə keçməyən kəsilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
    Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə V. Mehdiyev qəsəbədə dava zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
    Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

    Muxalifet2 - 12-06-2017

  12. Müştəri USTANI BIÇAQLADI - ŞƏMKİRDƏ

    Axşam saatlarında Şəmkirin Kür qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
     
    Qəsəbədə avtomobil ustası işlyən 1984-cü il təvəllüdlü Kür sakini Mehdiyev Vüqar Firuz oğlu mübahisə zəminində müştəri tərəfindən bıçaqlanıb. Onu vuran kişi ustayla birgə işləyən şəxsə də bıçaqla hücum edib. Lakin ətrafdakıların araya girməsi səbəbindən ona xəsarət yetirə bilməyib.
    Döş qəfəsindən bir bıçaq yarası alan V.Mehdiyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
    Fakla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-06-2017

  13. Yoluna inək çıxdı, motosikleti aşırdı - 2 yaralı

    Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib
     
    İmişlidə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
    Hadisə bu gün gecə saatlarında rayonun Xubyarlı kəndində qeydə alınıb.

    Muxalifet - 12-06-2017

  14. Sərnişin avtobusu aşdı - 11 ölü, 40 yaralı - YENİLƏNİB

    Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
     
    TASS agentliyinin verdiyi xəbərə görə, 3-ü uşaq olmaqla, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb,
     Hadisə ötən axşam “Baykal” federal avtomobil magistralının  Petrovsk-Zabaykalsk rayonundan keçən hissəsində qeydə alınıb. İçərisində 50-dən çox sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

    Muxalifet - 12-06-2017

  15. "PUTİN BİZİ XİLAS ET" – Krım xalqından çağırış - VIDEO

    Krımın Alupka şəhərinin sakinləri Rusiya Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.
    Muxalifet.az xəbər verir ki, sakinlər Putindən şəhəri xilas etməsini xahiş ediblər.
    “Bizim şəhər ölür. Sizdən Yaltanın administrasiya işlərinə yenidən baxmağı və Alupkaya yerli özünüidarəetmə orqanını, şəhər sovetini, büdcə, eləcə də şəhərin normal fəaliyyətini təmin edən xidməti qaytarmağınızı xahiş edirik. Xahiş edirik, şəhərimizi xilas edin”, - sakinlər bildirib.

    Muxalifet - 12-06-2017

  16. 2 nişanlı qız ITKIN DÜŞMƏYİBLƏR, EVDƏN QAÇIBLAR - TƏFƏRRÜAT - VİDEO

    Şirvanda iki nişanlı qız evdən qaçıb. Hər iki qız zəngləşərək birlikdə evlərini tərk ediblər. Hara getdikləri barədə isə heç bir məlumat yoxdur.
     
    Xəzər xəbər məlumat verir ki, Şirvan şəhər sakini, 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı Əfsanə Quliyeva mayın 26-da evdən çıxaraq geri qayıtmayıblar. Aytacın anası Flora Şirinovanın sözlərinə görə, gəlini bir müddət əvvəl valideynlərindən bezdiyini deyib.
    Aytac da nişanı qaytarmaq istəyib. Lakin ailəsi buna etiraz edib. Aytac nişanını qaytarmayacağı halda evdən qaçacağını da bildirib.

    Muxalifet - 12-06-2017

  17. Küçədə qadının başına dəmir parçası düşüb

    Nəticədə o, açıq kəllə-beyin travması alıb
     
    Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.
    İlqar Həbibov küçəsində 1966-ci il təvəllüdlü Yusifova Reyhan Ənvər qızının başına dəmir parçası düşüb.
    Nəticədə o, açıq kəllə-beyin travması alıb. R.Yusifova xəstəxanaya yerləşdirilib.
    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

    Muxalifet - 12-06-2017

  18. 83 yaşlı kişini maşın vuraraq qaçıb - YASAMALDA

    Yaralının vəziyyəti ağırdır
     
    Bakının Yasamal rayonunda piyadanı avtomobil vurub.
    Hadisə Yeni Yasamal, Bünyadzadə küçəsində qeydə alınıb.
    Həmin küçədə yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Bayramlı Cəlal Baba oğlunu avtomobil vuraraq qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Xəstənin vəziyyəti ağırdır.
    Hazırda sürücü Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən axtarılır.

    Muxalifet - 12-06-2017

  19. 18 yaşlı gənci avtomobil vuraraq ÖLDÜRÜB

    Hadisəni törədən sürücü saxlanılıb
     
    Bakının Sabunçu rayonunda 18 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.
    Maştağa qəsəbəsində yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Əzizov Hacıağa Feyzulla oğlunu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində keçinib.
    Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücü saxlanılıb.

    Muxalifet - 12-06-2017

  20. 2 maşın toqquşub, 7 YARALI VAR - BAKIDA

    Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb
     
    Bakının Sabunçu rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Kürdəxanı qəsəbəsində “VAZ-2106” markalı avtomobillə “Hyundai” toqquşub və zərbənin gücündən "Jiquli" iki hissəyə ayrılıb.

    Muxalifet - 12-06-2017

Pages