Axtarış

The search found 105712 results in 0.014 seconds.

Search results

  1. Ukrayna bir qəsəbəni İŞĞALDAN AZAD ETDİ - VİDEO

    Ukrayna ordusu Donetskdə işğal altında olan qəsəbəni azad edib.
     
    Bu barədə Ukrayna Baş Qərargahının Feysbuk hesabında məlumat verilib.
    "Ukrayna silahlı qüvvələri Pikuzi (Volnovaxski rayonu) qəsəbəsində 1000-1500 metrə qədər müvəffəqiyyətlə hücum reallaşdırıb. Hücum zamanı 10 rus separatçısı məhv edilib. Ukrayna tərəfindən itki yoxdur".
    Qeyd edək ki, Minsk razılaşmasına əsasən, Mariupol istiqamətində bu ərazilər Kiyevin nəzarəti altında olmalıdır.

    Muxalifet - 12-06-2017

  2. “Yaxın Şərq böhranı dolları gücləndirə bilər” - EKSPERTDƏN AÇIQLAMA

    Əkrəm Həsənov: “Çaxnaşmalar artdıqca ABŞ-dan asılılıq artır, digər ölkələrin iqtisadiyyatı zərər görür”
     
    Məlum olduğu kimi, Yaxın Şərqdə siyasi böhran yaşanır. Əksər ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsinin ardından Səudiyyə Ərəbistanı ilə İran arasında düşmənlik son həddə çatıb. Artıq Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavriki, Mavritaniya Qətərlə münasibətləri dayandırıb. İordaniya isə rəsmi Dohayla münasibətləri ən aşağı səviyyəyə endirib.

    Muxalifet - 12-06-2017

  3. "Türkiyə lider ölkə durumundadır" - ÇAVUŞOĞLU

    Qətər probleminin həll edilməsi üçün hər kəs Prezident Rəcəb Tayyib Ərdoğana zəng edir. Biz həqiqətən lider ölkə olaraq, bu problemi də inşallah bayramdan əvvəl həll edərik.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
    "Həqiqətən gərgin iş rejimindəyik. Türkiyənin problemləri var, terrorla mübarizə aparırıq. Türkiyəni yenə də şaha qaldırırıq, investisiyalar, islahatlar aparırıq. Nəhəng layihələr həyata keçiririk", - Çavuşoğlu bildirib.

    Muxalifet - 12-06-2017

  4. Özünü xurma ağacından asdı - XAÇMAZDA

    Araşdırmalar davam etdirilir
     
    Xaçmazda intihar hadisəsi baş verib.
    Hadisə rayonun Bostançı kəndindində qeydə alınıb.
    Belə ki, 1939-cu il təvəllüdlü Tahir Şahbazov yaşadığı evin bağ sahəsində yerləşən xurma ağacından özünü asıb.
    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

    Muxalifet - 12-06-2017

  5. I vitse-prezidentin Katibliyində YENİ TƏYİNATLAR

    Müvafiq əmrlər imzalanıb
     
    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.
    Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.
    Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.
    Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir:
    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

    Muxalifet - 12-06-2017

  6. AŞPA həmməruzəçiləri Bakıdadır – MÜXALİFƏTLƏ GÖRÜŞƏCƏKLƏR

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üç günlük səfəri başlayıb.
     
     Bu barədə Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib. Məlumatda bildirilir ki, səfər zamanı həmməruzəçilər ölkə prezidenti, parlament sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin üzvləri, baş prokuror, Ali Məhkəmən sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Ombudsmanla görüşü nəzərdə tutulub.

    Muxalifet - 12-06-2017

  7. ABŞ-da Trampa CİNAYƏT İŞİ AÇILDI

    Baş prokurorlar Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edirlər
     
    Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda şübhəli bilərək, konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar.
    Bu haqda “The Washington Post” yazıb.

    Muxalifet - 12-06-2017

  8. Azərbaycan nefti bahalaşıb

    Azeri LT CIF markalı neftin qiyməti 48,54 dollar/barelə bərabər olub
     
    Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,52% artıb.
    "Azeri LT CIF" markalı neftin qiyməti 48,54 dollar/barelə bərabər olub.
    Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

    Muxalifet - 12-06-2017

  9. ADA xalqı ABŞ-a birləşməyə qərar verib – PUERTO-RİKODA

    Bu, Puerto-Rikonun statusu ilə bağlı beşinci referendumdur
     
    Puerto-Riko sakinləri keçirilən referendumda ada ölkənin ABŞ-a birləşdirilməsi ilə bağlı Birləşmiş Ştatlar Konqresinə müraciət ünvanlanmasını dəstəkləyib.
    BBC-yə istinadən xəbər verir ki, referendumda yalnız 23% seçici iştirak edib. Seçki məntəqələrinə gələnlərin 97%-i ABŞ-a qoşulmağın lehinə səs verib.
    Qeyd edək ki, referendum nəticələri Puerto-Riko hökumətini birləşmək prosedurunu başlamağa məcbur etmir. Bundan əlavə, yekun qərarı ABŞ Konqresi verəcək.

    Muxalifet - 12-06-2017

  10. “Semaşko”nun HƏKİMİ sükan arxasında VƏFAT EDİB

    Hadisə ötən gecə Bakı şəhərində baş verib
     
    Azərbaycanda həkim sükan arxasında vəfat edib.
    Hadisə ötən gecə Bakı şəhərində baş verib.
    Belə ki, 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) travmatoloqu, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi və ATU-nun İkinci Müalicə-profilaktika fakültəsinin qrup Həmkarlar İttifaqının sədri, 50 yaşlı Fikrət Vəliyev avtomobilini idarə edərkən qəfil qıcolma keçirib. O, avtomobilində dünyasını dəyişib. F.Vəliyevin ölümünün dəqiq səbəblərinin öyrənilməsi üçün meyiti ekspertlər tərəfindən müayinə olunub.

    Muxalifet - 12-06-2017

  11. Bakı-Qazax magistralında hərəkət məhdudlaşdırılacaq

    Ərazidə üfüqi nişanlanma xətləri rənglənəcək
     
    Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
    “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən daxil olan məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

    Muxalifet - 12-06-2017

  12. Prosineçki Azərbaycan millisindən gedəcəkmi?

    Baş məşqçi mətbuat konfransında jurnalistlərlə yaşadığı insidentdən də danışıb
     
    Baş məşqçi Robert Prosineçkinin futbol üzrə Azərbaycan milli komandasındakı taleyinə bu gün aydınlıq gələ bilər. "Report"un məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssisin özü yerli mətbuata açıqlamasında bildirib.

    Muxalifet - 12-06-2017

  13. Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsindən AZAD OLUNUB

    Hazırda onun yeri vakantdır
     
    Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.
    Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
    Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.
    "Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb", - deyə, C.Valehov əlavə edib.
    Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu./report.az

    Muxalifet - 12-06-2017

  14. "Sədərək”də çıxan yanğında 5 nəfər ZƏHƏRLƏNİB

    İyunun 10-da “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında 5 nəfər tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edib.
     
    Bu şəxslər 27 yaşlı Mehman Sarı oğlu Qasımov, 25 yaşlı Elçin Ağa oğlu Baloğlanov, 24 yaşlı Ceyhun Musaxan oğlu İsmayılov, 26 yaşlı Tural Hilal oğlu Əhmədov və 25 yaşlı Mələk Zeynal qızı Əliyevadır. Adıçəkilən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

    Muxalifet - 12-06-2017

  15. "Aİ ilə saziş tərəflər arasında tərəfdaşlığı yeni səviyyəyə qaldıracaq" – Nazir müavini

    Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş tərəflər arasında tərəfdaşlığı yeni səviyyəyə qaldıracaq.
     
    Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
     O bu sazişin əməkdaşlığın gələcəyində mühüm rol oynayacağını da vurğulayıb.

    Muxalifet - 12-06-2017

  16. 22 yaşlı qız özünü ÖLDÜRÜB - BƏRDƏDƏ

    Bərdə sakini intihar edib.
     
    Rayon sakini, 22 yaşlı Əfsanə Elxan qızı Zahidova fosfor üzvü birləşmədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
     Araşdırmalar zamanı onun dərman içərək canına qəsd etdiyi məlum olub.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-06-2017

  17. 16 yaşlı qız itkin düşüb - BAKIDA

    Bakıda yeniyetmə qız itkin düşüb.
     
    Sabunçu rayon sakini, 2001-ci il təvəllüdlü Solmaz.M F-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.
     Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

    Muxalifet - 12-06-2017

  18. İtkin düşən 9 yaşlı oğlan tapılıb

    Bakıda itkin düşən 9 yaşlı oğlan tapılıb.
     
    Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində iyunun 9-da itkin düşən rayon sakini, 2008-ci il təvəllüdlü Arda Məmməd oğlu Qurbanlı tapılaraq ailəsinə təhvil verilib.

    Muxalifet - 12-06-2017

  19. Azərbaycan qaz ixracını kəskin artırıb

    Yanvar-may ayları ərzində Azərbaycan 3,1 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib
     
    Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 3,098 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.
    Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 515,144 mln. ABŞ dolları təşkil edib.
    Bu ilin beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,83, dəyəri isə 6,11 dəfə artıb.
    Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 11,58% təşkil edib.

    Muxalifet - 12-06-2017

  20. Azərbaycan və Türkiyə ordusunun BİRGƏ HƏRBİ TƏLİMLƏRİ BAŞLADI

    Təlimlər iyunun 16-dək davam edəcək
     
    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

    Muxalifet - 12-06-2017

Pages