Axtarış
The search found 105712 results in 0.008 seconds.
Search results
Marketdəki qarşıdurma ilə bağlı “Riyad”dan açıqlama - “Mühafizəçilərə hücum olunub”
“Obyektin sahibi Xanməmmədov Azadxan Allahqulu oğlu arasında bağlanılan müqavilə hüquqi müstəvidə aparılıb”
“İyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu 9-cu mikrayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir.”Muxalifet - 12-06-2017
Qırğızıstan prezidenti: “Astanadakı kimi 3 milyardı sərgiyə xərcləsəm məni diri-diri yandırardılar...”
Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanın paytaxtı Astanada təşkil edilən “Gələcəyin enerjisi” sərgisinə xərclənən pullardan heyrətə gəlib.
Atambayev sərginin təşkilinə 3 milyard dollar xərcləndiyini bildirib və Qırğızıstanın bu cür böyük pullara malik olmadığını deyib.
“Əgər biz həmin 3 milyard dolları Astanada olduğu kimi sərginin təşkilinə xərcləsəydik o zaman məni diri-diri yandırardılar”-Atambayev Bişkekdə KİV nümayəndələri ilə söhbətində bildirib. Prezident deyib ki, ölkəsinin nefti, qazı yoxdur, ancaq insan potensialı var.Muxalifet - 12-06-2017
Türkiyədə əsgərlər arasında kütləvi zəhərlənmə
Türkiyədə 25 əsgər qida zəhərlənməsi dioqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə Diyarbəkir əyalətinin 7-ci korpusuna bağlı nəzarət məntəqəsində baş verib. Məlumata əsasən, iftar yeməyindən sonra əsgərlərin halı pisləşib və onlar çağırılan təcili yardım maşınları ilə Diyarbəkirdəki xəstəxanalara aparılıblar.
Əsgərlərə tibbi yardım göstərilib, onların müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.Muxalifet - 12-06-2017
Kütləvi zəhərlənmə səbəbi açıqlandı – Rəsmi
Uşaqların zəhərlənməsi mövsümi xarakter daşıyan virus infeksiyasındandır.
Bunu Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.
Onun sözlərinə görə, hadisənin səbəbi mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyasındandır:
“Tut, gilas yeyən uşaqlarda bu, daha tez təzahür edir. Onlar mövsümi meyvələri yeyir, üstündən də soyuq su içir. Nəticədə gün vurur, qusma olur. Mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyası var.Muxalifet - 12-06-2017
Fransada seçkilərin son nəticələri – I tur
Fransada parlament seçkilərinin ilk turunun nəticələri açıqlanıb.
"Ria Novosti" agentliyi xəbər verir ki, nəticələrə əsasən, Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi "İrəli respublika" hərəkatı qalıb gəlib.
Makronun partiyası səslərin 28,2 faizini toplayıb. "Respublikaçılar" partiyası 15,8%, "Milli Cəbdə" 13%, "Təslim olmayan Fransa" 11%, "Sosialistlər" isə 7,4% səs toplayıb.
Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək.Muxalifet - 12-06-2017
Tramp hamını şoka saldı: gəlin özünü itirdi - VİDEO
ABŞ Prezidenti Donald Tramp Nyu Cersidə ona məxsus qolf klubunu qəfildən ziyarət edib.
O, klubda təşkil olunan toy mərasiminə daxil olub.
Trampın gəlişini gözləməyən qonaqlar heyrətə gəliblər. Gəlin isə qaçaraq, Trampın yanına gəlib və onun üzündən öpüb. ABŞ prezidenti toyu olan gənclərin adlarını soruşub, onlarla bir neçə şəkli çəkdirib./Teleqraf.comMuxalifet - 12-06-2017
Nağd ödəniş ləğv edilir - QADAĞA
Azərbaycanda bəzi xidmət haqlarına görə ödənişin nağd yolla aparılması qadağan edilir.
Bununla bağlı müxtəlif qanunlara dəyişikliklər edilir.
"Təhsil haqqında" qanuna edilən dəyişikliklərə görə, təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
"Turizm haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən isə turagentlərə ödəmələr nağdsız qaydada həyata keçiriləcək.Muxalifet - 12-06-2017
Ermənistanın sınıq-salxaq silahları - PUTİN İRƏVANI NECƏ ALDATDI...
“Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq kredit sazişinə uyğun olaraq, 10 il müddətində silah idxal ediləcək.
Artıq 2016-2017-ci illərdə bu silahların müəyyən partiyaları gəlir. Lakin Rusiyanın verdiyi silahlar kifayət qədər köhnəlib, bu silahlar ötən əsrin 80-ci, 70-ci, hətta 60-cı illərdən qalmadır. Yalnız bəziləri, misal üçün, TOS-1A və “Qasırğa” sistemləri kimi silahlar son 10-20 ilin silahlarıdır”.
Bu barədə Ermənistanda “Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatı məlumat yayıb.Muxalifet - 12-06-2017
ABŞ Konqresi Rusiyanı cəzalandırmağa hazırlaşır
ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzrə növbəti qanun layihəsini qəbul etməyə hazırlaşır.
“Röyters” agentliyi xəbər verir ki, bu haqda “CBS News” telekanalında ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem deyib.
Onun sözlərinə görə, sənədə artıq bu həftə Konqresdə baxacaqlar. Senator qeyd edib ki, sənəddə rusların həm ABŞ-da, həm də bütün dünyada siyasi proseslərə müdaxiləsinə görə cəzalandırılmasından danışılır.
“İnkaredilməz sübutlar var ki, Rusiya ABŞ və xaricdə demokratiyanı dağıtmağa çalışır”, - Qrem bildirib.Muxalifet - 12-06-2017
NATO hərbi təlimlərə başladı - Rusiyaya ƏZƏLƏ NÜMAYİŞİ
Litvada NATO-nun 9 ölkəsinin iştirakı ilə “Dəmir canavar-2017” hərbi təlimləri başlayıb.
“Röyters” agentliyi xəbər verir ki, bu haqda Litva Müdafiə Nazirliyi bildirib.
Ölkənin cənub, mərkəzi və şərq hissələrində keçiriləcək təlimlərə 5,3 min hərbi qulluqçu cəlb edilib. Almaniyanın rəhbərlik etdiyi NATO beynəlmiləl batalyonunun döyüş məsələlərinin icrasına hazırlığının yoxlanılması təlimlərin əsas vəzifəsidir.
Hərbi manevrlər iyunun 23-nə kimi davam edəcək.Muxalifet - 12-06-2017
"Seyidlik” vəsiqəsi verən QAZI DANIŞDI: “O, böyük səhv edib” - FOTO/VİDEO (YENİLƏNDİ)
“Birinci dəfədir ki, mənə seyidlik vəsiqəsi almaq üçün müraciət olub. Mən də səhv edib ona vəsiqə vermişəm”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Masallı, Cəlilabad, Biləsuvar rayonları üzrə qazisi Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməsinə aydınlıq gətirərkən deyib.Muxalifet - 12-06-2017
“Metro Park”a bomba qoyulması xəbərini verən şəxs tutuldu
“Metro Park”a bomba qoyulması xəbərini verən şəxs tutuldu
Daxili İşlər Nazirliyi (DİN) “Metro Park” ticarət mərkəzində yalandan “bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 11-də saat 14:42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.Muxalifet - 12-06-2017
Qətər MEYDAN OXUDU: "ƏGƏR BİZ ZƏRƏR GÖRSƏK..."
“Bir çoxları itirən tərəfin yalnız biz olmayacağımızı düşünür. Biz bir dollar itirsək, onlar da bir dollar itirəcəklər”.
Muxalifet.az xəbər verir ki, bunu bir sıra ərəb ölkələrinin Qətərə qarşı tətbiq etdiyi embarqonu şərh edən ölkənin maliyyə naziri Əli Şerif əl-Emadi deyib.
Onun sözlərinə görə, ölkənin iqtisadiyyatı və milli pul vahidi Qətəri embarqolardan asanlıqla qoruyacaq.Muxalifet - 12-06-2017
İlham Əliyevlə Ərdoğanın MƏXFİ QARABAĞ PLANI
Ermənistan mediası 1998-ci ildə Süleyman Dəmirəllə Heydər Əliyevin Qarabağ planını yenidən gündəmə gətirib.
Türkiyə və Azərbaycan işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərin azad olunması üçün birgə plan hazırlayıb.
Bu planda işğal olunmuş ərazilərin azad olunması üçün Azərbaycanın iqtisadi, siyasi və hərbi sferada güclənməsi, Ermənistanın beynəlxalq mühasirəyə alaraq zəiflədilməsi, beynəlxalq müstəvidə güclənmək nəzərdə tutulur. Bu plan hələ də qüvvədədir.Muxalifet - 12-06-2017
Maaş kartları ilə gediş haqqını ödəmək olacaq - YENİLİK
Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq.
Bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu yenilik nəqliyyat sisteminin texniki və texnoloji inkişafının vacib istiqamətlərindəndir.
M.Ağayev qeyd edib ki, bu layihənin icra müddəti barədə danışmaq hələ tezdir.
Şöbə müdiri bu sahədə başqa yeniliklərin də olduğunu deyib. “BakıKart”ın onlayn yüklənməsi də yeniliklər arasındadır.Muxalifet - 12-06-2017
Qətər böhranında Küveyt geri addım atdı
Küveyt Qətərə tətbiq edilən embarqoya görə çətin vəziyyətdədir.
Bu sözləri Küveyt Xarici İşlər naziri Şeyx Sabah Xalid əs-Sabah mətbuata açıqlamasında söyləyib.
Qətərin Körfəz ölkələri ilə yaşadığı böhranın danışıqlar yolu ilə həll edilməli olduğunu söyləyən xarici işlər naziri Küveyt əmirinin bu gərginliyi aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanına, BƏƏ və Qətərə səfər edərək danışıqlar apardığını bildirib.Muxalifet - 12-06-2017
6-cı mərtəbədən yıxılan uşaq SAĞ QALDI – MÖCÜZƏ
Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
Hadisə Qaradağ rayon Sahil qəsəbə B.Əliyev küçəsindəki 9 mərtəbəli binada baş verib. 2015-ci il təvəllüdlü Əli Hüseynli yaşadığı altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib və yüngül xəsarətlər alıb.
Azyaşlı daha sonra xəstəxanaya aparılıb və ciddi zədə almadığından evə buraxılıb.Muxalifet - 12-06-2017
Qətər Rusiyanın yardımından imtina etdi
Qətərin hazırda Rusiya tərəfindən ediləcək yardıma ehtiyacı yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Qətər Xarici İşlər naziri Məhəmməd ben Abdel Rəhman əl-Sani söyləyib. O, Rusiyanın həmçinin Qətərə yardım təklif etdiyini bildirib:
“Bizə qarşı blokada ölkə əhalisinin vəziyyətini pisləşdirməyib. Hər kəs əvvəlki kimi yaşayır”.
Qeyd edək ki, qonşu ölkələrin diplomatik münasibətləri kəsməsi və sanksiyaları səbəbindən Qətər ərzaq təminatı üçün Türkiyə və İrana müraciət edib.Muxalifet - 12-06-2017
Rusiyadan ABŞ-a: Əsəd qüvvələrinə hava hücumu qəbuledilməzdir
Suriyada Əsəd qüvvələrinə qarşı hava hücumu qəbuledilməzdir.
Bu açıqlamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov telefon danışığı zamanı ABŞ Dövlət katibi Reks Tillersona deyib.
Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə edib və bölgədə qarşıdurmanın sona çatdırılması üçün əməkdaşlıq etməyin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, ötən gün verilən açıqlamada Lavrov və Tillersonun Qətər böhranının yalnız danışıqlar yolu ilə həll edilməsində həmfikir olduqları qeyd edilmişdi.Muxalifet - 12-06-2017
Bank hesabında yarım milyon olan DİLƏNÇİ
Türkiyənin Bursa şəhərində məscidin qarşısında dilənən dilənçi polis tərəfindən tutulub və üzərindən böyük məbləğdə pul tapılıb.
Polis dilənçinin üzərindən 30 min türk lirəsi (13300 manat) pul tapıb və müsadirə edib.
Bank hesabında 450 min türk lirəsi (215 min manat) olan dilənçi bildirib ki, pul onun pensiya maaşıdır. Polis Mehmet Cahid Öztələt adlı şəxsə 109 türk lirəsi cəza kəsərək, onu azad edib.Muxalifet - 12-06-2017