39 yaşlı qadın intihara cəhd etdi - TOVUZDA
11-06-2017 23:14

Tovuzda intihara cəhd olub.
Belə ki, rayonun Düz Çırdaxan kənd sakini, 1978-ci il təvəllüdlü Quliyeva Elnarə dərman zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın dərman həbləri içərək özünə qəsd etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.