Axtarış
The search found 105712 results in 0.125 seconds.
Search results
“Tehranda terror hucümlarını İran əsilli şəxslər həyata keçirib” – İRAN RƏSMİSİ
Tehranda terror hücumlarını İran əsilli şəxslər həyata keçirib.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rza Seyfullahi bildirib.
“Hücumu törədənlər əslən İranın müxtəlif bölgələrindən olan və İŞİD terror qruplaşmasına qoşulan şəxslər olub”, deyə Rza Seyfullahi bildirib.
Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Nəticədə 13 nəfər ölüb, 43 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb(apa).Muxalifet2 - 8-06-2017
Erməni xüsusi xidmət orqanlarının NÖVBƏTİ TƏXRİBATI – ““Azərbaycanda hərbi çevriliş hazırlanırmış?”
Ermənistanın xüsusi xidmət orqanları öz fəaliyyətlərini gizlətmək üçün ölkə mətbuatında Azərbaycana qarşı təxribat xarakterli informasiyalarını davam etdirməkdədir. Məsələn, düşmən dövlətin analitik saytı olan “Lragir.am” saytında iyunun 7-də dərc olunan “Azərbaycanda hərbi çevriliş hazırlanırmış?” sərlövhəli yazı da bu qəbildəndir.
Azərbaycanda baş verən hər hansı bir qarışıqlıq xəbərinə sevinən düşmən mətbuatı xaos intizarındadır.
Beləliklə, “Lragir.am” yazır:Muxalifet2 - 8-06-2017
“Tramp soruşdu ki, bu “buludu” aradan necə götürmək olar” - FTB-nin SABİQ DİREKTORU
ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi bəyan edib ki, prezident Donald Tramp ona Rusiya ilə təhqiqatla bağlı müraciət edib.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi Konqresə verdiyi yazılı ifadəsində bildirib.Muxalifet2 - 8-06-2017
Vaşinqton Bakıya: Dərhal azad edin
Amerika Birləşmiş Ştatları bu yaxınlarda azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanın Tbilisi şəhərində oğurlanaraq daha sonra Azərbaycanda həbs edilməsindən təlaş keçirir.
Muxalifet - 8-06-2017
Azərbaycanda yeni siyasi idarəetmə - ÖLKƏMİZİ İNKİŞAFA APARAN FORMUL - TƏHLİL
İslahatlar aparılarkən kadrların yaş həddinə diqqət etmək nə üçün vacibdir?
Muxalifet2 - 8-06-2017
Məleykə Abbaszadəyə AĞIR İTKİ
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.
M.Abbaszadənin qudası Vahib Zeynalov uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.
Allah rəhmət eləsin!Muxalifet - 8-06-2017
Trampdan İrana Başsağlığı, həm də EYHAM
ABŞ Prezidenti Donald Tramp İranda baş verən terror olayı ilə bağlı Tvitterdə mesaj yayıb.
"CNN Türk"-ün xəbərinə görə, Tramp terror aktı zamanı dünyasını dəyişənlərə başsağlığı verib və bu sözləri yazıb:
"Terrora dəstək verən ölkələr bu pisliyin hədəfi olma təhlükəsi altındadır".
Muxalifet - 8-06-2017
Qətərdən ŞOK siyasi GEDİŞ
Qətər İrana dəstək bəyanatından imtina edir
Qətər Əmirliyinin rəsmi xəbər agentliyi olan QNA-nın internet saytına və sosial media hesabına kiber hücum edilməsinə dair aparılan istintaqın ilkin nəticələri açıqlanıb.
Qətər Əmirliyinin Daxili İşlər Nazirliyi bəyan edib ki, QNA saytına kiber hücum zamanı yüksək texnologiya və innovativ üsullardan istifadə olunub.Muxalifet - 8-06-2017
Avropada "qaz müharibəsi": "Cənub Qaz Dəhlizi"nin xüsusi çəkisi artır - TƏHLİL
Yaxın zaman Avropanın “qaz” xəritəsində maraqlı dəyişikliklər görə biləcəyik. Bu fikir ilk baxışdan boş bəyanat kimi səslənsə belə, əslində həqiqəti əks etdirir. Baş verən hadisələr bizləri bir-iki il əvvələ aparacaq, Avropa-Rusiya qaz qarşıdurmasını xatırladacaq.
Muxalifet - 8-06-2017
NATO-nun “Axilles dabanında” HƏRBİ TƏLİM – Rusiya bu dəhlizi tuta bilər
Litvada və Polşada yerləşdirilən NATO-nun hərbi qulluqçuları gələn həftə “Suvalkovski dəhlizi”nin müdafiəsi üzrə təlimlər keçirəcəklər.
Litvanın “Delfi” agentliyi xəbər verir ki, 17-19 iyun tarixlərində keçiriləcək təlimlərdə təxminən 1500 Litva, Polşa, Britaniya və Amerika əsgəri iştirak edəcək.
Təlimlərə ağır hərbi texnika və vertolyotları cəlb ediləcək. Bu, “Dəmir Canavarı 2017” (Gelezinis Vilkas 2017) beynəlxalq təlimlərin bir hissəsidir.Muxalifet - 8-06-2017
Almanların qaçqınlara bağışladığı maşınlar BELƏ SATILIR – ŞOK VİDEO
Bakıda keçirilən “Eurovision 2012″ yarışmasından sonra alman turistlərin məcburi köçkünlərə hədiyyə etdikləri avtomobillər satılır.
Binəqədi rayon ərazisindəki boş massivlərin birində illərdir saxlanmış həmin maşınlar qaçqınlara verilməyib. Bu avtomobillər müxtəlif qiymətlərdə satışa çıxarılıb.
Turistlərin köçkünlərə bağışladığı maşınların qiyməti 1500-2000 manat civarında satışdadır. Bu faktı təsdiqləyən video görüntülər yayımlanıb.Muxalifet - 8-06-2017
DYP-nin baş inspektoru sahibkarlara qənim kəsilib – BƏRDƏLİ SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ
“Anar Məmmədov müəssisəyə məxsus tikinti materiallarını maşınla birgə DYP-nin Bərdə rayon şöbəsinə aparıb, qarşılıgında məndən 500 manat pul tələb edir”
Bərdədə çalışan sahibkar Elnur Əliyev prezidentə müraciət edib. Müraciətin mətnini Hurriyyet.org-a göndərən E.Əliyev xırda sahibkarlıqla məşğul olduğunu deyir.
Sahibkra Bərdə rayon DYP-nin baş inspektoru Məmmədov Anar Akif oglunun özbaşınalıgından şikayətçidir:Muxalifet2 - 7-06-2017
“Azərbaycan vətəndaşlarına Rusiya pasportları verilməsi təhlükəli məsələdir”
Rüstəm İbrahimbəyov: “Deməli, onların gələcəklə bağlı hansısa planları var”
Azərbaycanın Xalq yazıçısı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov ötən ay “Yeni Müsavat”a müsahibəsində hamımızı narahat edən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi mövzusunda danışmışdı. Yazıçı təşkilatın qeydiyyatının bərpası prosesinə hansısa dəstək verməsinin mümkünlü barədə sualın cavabında demişdi ki, Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı hansısa fəaliyyət göstərsə, Azərbaycan iqtidarı yenə narazı qalacaq.Muxalifet - 9-06-2017
“Gördüm ki, prezident yalan danışa bilər...” - VİDEO
Ötən gün Bakı vaxtı ilə axşam saatlarında ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Senatın kəşfiyyat komitəsində Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və Tramp-Rusiya əlaqələri barədə aparılan təhqiqat çərçivəsində ifadə verib.
Virtualaz.org qeyd edir ki, bu bütün dünyanınb həyacanla gözlədiyi dinləmələri bir neçə aparıcı telekanal canlı yayımlayıb. “Azadlıq” radiosu isə dinləmələrin rus dilində sinxron tərcüməsini yayıb.Muxalifet - 9-06-2017
Uşaq evində işgəncəyə məruz qaldığı deyilən qızdan ŞOK AÇIQLAMA
Şəki Qarışıq tipli Uşaq evində yaşayan Hüseynova Aysel Vasif qızının döyülərək işgəncə verilməsinə dair "Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov tərəfindən internet resurslarında yayılmış məlumatla bağlı Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Şəki Regional Mərkəzinin əməkdaşları bu il iyunun 7-də Şəki Qarışıq tipli Uşaq evində araşdırma aparıb.
Muxalifet - 9-06-2017
Azərbaycanda daha bir “reket” baş redaktor HƏBS OLUNDU
"İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasov barəsində həbs qətimkan tədbiri seçilib
"İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasov hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunaraq həbs edilib.Muxalifet2 - 9-06-2017
Bələdiyyə sədrindən BİABIRÇI HƏRƏKƏT – MƏSCİDDƏ QADINLA...
Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisə baş verib.
Kənd sakinləri “Qafqazinfo”ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar.
Sakinlər bildirir ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub: "O, həmin qadınla birgə Allahın evində pivə içib əylənib".
Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını müraciətə salmayıblar:Muxalifet - 9-06-2017
Sabah Natiq Əliyevlə vida mərasimi keçiriləcək
Sabah Natiq Əliyevlə vida mərasimi keçiriləcək
İstanbulda dünyasını dəyişən energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12:00-da Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçiriləcək.
Bu barədə Publika.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib. O, qeyd edib ki, N.Əliyevin nəşi bu gün Bakıya gətiriləcək.
***
Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib.Muxalifet - 9-06-2017
RUSİYADAN SENSASİON İDDİA: "ABŞ İŞİD-lə müqavilə imzaladı" - TƏFƏRRÜAT
ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiya və Demokratik Suriya Qüvvələri (DSQ) İŞİD liderləri ilə razılığa gəlib və müqavilə çərçivəsində təşkilat üzvləri nəzarət etdikləri ərazilərdən münaqişəsiz geri çəkiləcəklər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Suriyadakı Rusiya qoşunlarının komandiri, ordu generalı Sergey Surovik çıxış edib.Muxalifet - 9-06-2017
Azərbaycanlı tələbə Nalbəndyanı belə pərt etdi - Video
Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İtaliyaya səfəri zamanı Romanın La Sapienza Universitetində gözlənilməz situasiya ilə üzləşib.
Belə ki, universitetin tələbəsi Emin Rüstəmovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı erməni naziri çətin vəziyyətə salıb.
Tələbə soruşub ki, sizin Qarabağın müqəddəratı haqqında danışmağınız faşist Almaniyası tərəfindən keçmiş Çexoslovakiyanın Sudet vilayətinin işğalına bənzəyir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırdır:Muxalifet - 10-06-2017