Küçədə qadının başına dəmir parçası düşüb

Nəticədə o, açıq kəllə-beyin travması alıb
 
Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.
İlqar Həbibov küçəsində 1966-ci il təvəllüdlü Yusifova Reyhan Ənvər qızının başına dəmir parçası düşüb.
Nəticədə o, açıq kəllə-beyin travması alıb. R.Yusifova xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.