​ABŞ Somalini bombaladı – TERRORÇULAR İTKİ VERDİ

Birləşmiş Ştatlar Somalidə terrorçuların təlim düşərgəsinə havadan zərbə endirib. "The Jerusalim Post" xəbər verir ki, aviazərbə "Əş-Şabab" qruplaşmasının obyektlərinə endirilib.
Hava zərbələri nəticəsində 8 yaraqlı ölüb. Bu barədə Pentaqonun bəyanatına istinadən "Associated Press" məlumat yayıb.
Əməliyyat Somali və digər müttəfiqlərin dəstəyi ilə həyata keçirilib.