Axtarış

The search found 105712 results in 0.013 seconds.

Search results

  1. Ərdoğanı bu ölkədə sevirlər – Şəkilləri maşınları bəzəyir – FOTO

    Qətərdə həyatını itirən səudiyyəlinin cənazəsi ölkələrarası qadağa ucbatından sahibsiz qalıb.
     
    Qətərlilər hörmət əlaməti olaraq onun dəfn mərasimini təşkil ediblər.
    Diqqət çəkən məqam budur ki, qətərlilər dəfn mərasimində maşınlarına Qətər əmiri Şeyx Təmim əl-Sani ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da şəkillərini yapışdırıblar.
    Şəkillərin altında ərəbcə “Şanslı Təmim” yazılıb.

    Muxalifet - 12-06-2017

  2. Bakıdan 12 km şimalda VULKAN PÜSKÜRÜB

    Yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib
     
    Bakı şəhərindən 12 km şimalda palçıq vulkanı püskürüb.

    Muxalifet - 12-06-2017

  3. Zəhərlənməyə səbəb olan virusun adı açıqlanıb - SUMQAYITDA

    Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb
     
    Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.
    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.
    Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.

    Muxalifet - 12-06-2017

  4. Qazax sakinini oğurlayan 6 nəfər saxlanılıb

    Faktla bağlı cinayət işi başlanılıb
     
    Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 12-06-2017

  5. “Türk dünyasına olan borcumu ödədim”

     “Yaxşı ki, yuxulu olanda nə dediklərimi qeydə almayıblar”
     
    “40 il üzərində çalışdığım işə Nobel mükafatı vermədilər. Bunun üçün çox təəssüflənmişdim. Sonra DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görüldüm. Bu da mənim üçün çox özəl idi”.
    Bunu kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Əziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Əziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfransda çıxışında deyib.

    Muxalifet - 12-06-2017

  6. "Sınıq Körpü" təkmilləşdiriləcək" – Komitə sədri

    Gürcüstan və Azərbaycan Avropa İttifaqının dəstəyi ilə "Sınıq Körpü" gömrük keçid məntəqəsinin təkmilləşdirilməsi üzərində işləyir.
     
    Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev "Sputnik Georgia" agentliyinə müsahibəsində bildirib.
     A.Əliyev qeyd edib ki, Avropa İttifaqı Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər nəzarət tədbirləri üçün nəzərdə tutulmuş laboratoriyanın yaradılmasına dəstək verəcək.

    Muxalifet - 12-06-2017

  7. Moskvada etiraz aksiyaları başlayır – NAVALNI TƏRƏFDARLARI AYAQDA

    Bu gün Rusiyanın paytaxtı Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçiriləcək.
     
     “Tvrain.ru”ya istinadən verdiyi məlumata görə, etiraz aksiyası paytaxtın Tverskaya küçəsinə təyin edilib.

    Muxalifet - 12-06-2017

  8. Həmsədrlər Dağlıq Qarabağa səfər ediblər

    ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər ediblər. 
     
     “News.am” saytının verdiyi məlumata görə, həmsədrlər separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüblər.
     ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.

    Muxalifet - 12-06-2017

  9. 5 yaşlı AZƏRBAYCANLI şahmatda yeni REKORD MÜƏYYƏNLƏŞDİRİB

    Paşam Əlizadə birinci dərəcə normasını yığıb
     
    Azərbaycan şahmat tarixində ilk dəfə 5 yaşlı uşaq yeni rekord təyin edib.
    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, idarə tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.

    Muxalifet - 12-06-2017

  10. Polis külli miqdarda narkotik müsadirə etdi

    İyunun 9-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisindəki stasionar postunda "Opel" markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
     
    Posta yaxınlaşan sürücünün əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atdığı diqqətdən yayınmayıb. Bu, yol polisi əməkdaşlarında şübhə doğurduğundan bu barədə dərhal Hacıqabul Rayon Polis Şöbəsinə məlumat verilib.

    Muxalifet - 12-06-2017

  11. Şəhid anasından Ramil Usubova müraciət - “Ədalətsizlik edilib”

    2002-ci ilin dekabr ayında şəhid olan Hacıqabul rayon sakini Mahmudov Müslüm Dilbazi oğlunun anası İntizar Mahmudova daxili işlər naziri Ramil Usubova müraciət edib.
     
    Bu barədə BakuPost.az-a şəhid anası özü məlumat verib. O, polis əməkdaşı olan yaxınlarından birinin haqsızlıqla üzləşdiyini, bu səbəbdən işdən xaric olunduğunu bildirib və R. Usubovun onu qəbul etməsini xahiş edib: "Bir yaxın adamımın üzləşdiyi haqsızlıq onun polis orqanlarından xaric olunması ilə nəticələnib.

    Muxalifet - 12-06-2017

  12. Sumqayıtda polis rəisinin otağında insident - Yaralananlar var

    Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxslə zərərçəkən arasında əlbəyaxa dava düşüb.
     
    Hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Füzuli Əhmədovun xidməti otağında baş verib.
    Belə ki, dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlanılmış Məharət Əliyevlə zərəçəkmiş Almara Qəşədərova arasında əlbəyaxa dava olub. Hadisə nəticəsində hər iki şəxs bədən xəsarətləri alıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 12-06-2017

  13. Rusiyada əhali ETİRAZ AKSİYASINA AXIŞIR - VİDEO

    Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb.
     
    Mitinqlərin 200-ə yaxın şəhərdə keçirilməsi nəzərdə tutulur. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilir. Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb.
    Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib. Moskvada isə mitinqə Saxarova prospektində keçirilməsinə izn verilməyib. Buna görə də mitinq Tverski küçəsinə keçirilib.
    Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondu və rəhbəri Aleksey Navalnıdır.

    Muxalifet - 12-06-2017

  14. Aleksey Navalnıy saxlanılıb

    Rusiyada korrupsiya əleyhinə aksiyaların təşkilatçısı Aleksey Navalnıy polis tərəfindən saxlanılıb.
     
     “tvrain.ru”-nun verdiyi məlumata, bu barədə onun həyat yoldaşı Yuliya Navalnaya "Twitter"də yazıb. “Aleksey evin qarşısında saxlanılıb. O, planların dəyişmədiyini çatdırmağı xahiş etdi. Aksiya Tverskaya küçəsində olacaq”, - deyə o, qeyd edib.
     A. Navalnının rəhbəri olduğu Korrupsiya ilə Mübarizə Fondunun ofisinə elektrik enerjisinin verilişi dayandırılıb.

    Muxalifet - 12-06-2017

  15. İran sözçüsü: “ABŞ yolu əyri getməsin”

     “ABŞ-ın sanksiya siyasəti çürük və uğursuzdur”.
     
    Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında ABŞ-ın İrana qarşı sanksiyalarının artması ilə bağlı sualı cavablandırarkən deyib.

    Muxalifet - 12-06-2017

  16. Qarabağ probleminin həlli üçün yeni sənəd yoxdur – nazirdən AÇIQLAMA

     “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəd əvvəlki sənəddir”
     
    Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransında deyib.
     Nazir bildirib ki, bu sənəd üzərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri səviyyəsində Sankt-Peterburqda birgə görüş zamanı iş aparılıb: "Hazırda bu sənəd danışıqlar masasında əsas sənəd olaraq qalır”.

    Muxalifet - 12-06-2017

  17. İran prezidenti: “Milli azlıqlar öz ana dillərində də təhsil almalıdır”

     “İrandakı milli azlıqlar öz ana dillərində təhsil almaq hüququna malikdir”.
     
    İran KİV xəbər verir ki, bu barədə 2-ci müddət İran prezidenti seçilmiş Həsən Ruhani deyib.
     Ölkənin şimalında əsasən kürdlərin kompakt yaşadığı Mehabad şəhərində çıxış edən Ruhani Təhsil Nazirliyi ilə birgə hazırladıqları yeni proqrama əsasən, fars dili ilə yanaşı, milli azlılqarın dilində də jurnal, qəzet çapının, məktəblərdə ana dili dərslərinin keçirilməsi ilə bağlı müzakirə aparır.

    Muxalifet - 12-06-2017

  18. "Mixaylo kimi bir insan" - Almanların arasındakı lənkəranlı kim olub? - Bir gəncin acı TALEYİ

    İşlədiyim idarənin dəhlizində nurani, gülərüz ağsaqqal bir insan dayanmışdı. Ona yaxınlaşaraq necə kömək edə biləcəyimi soruşdum və o, mənə 1945-ci ildə Polşada dünyasını dəyişən qardaşını axtardığını, Polşa səfirliyinə getdiyini, oradan da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Axtarış şöbəsinə yönləndirildiyini bildirdi.
     

    Muxalifet - 12-06-2017

  19. Avropa İttifaqının komissarı Bakıya gələcək

    Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar prosesində iştirak etmək üçün Aİ-nin mehriban qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han iyunun 15-də Bakıya səfər edəcək.
     
    Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə birgə mətbuat konfransı zamanı deyib.
    E.Məmmədyarov qeyd edib ki, estoniyalı həmkarı ilə görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı məsələləri müzakirə olunub:

    Muxalifet - 12-06-2017

  20. Moskvadakı etiraz aksiyasından TƏFƏRRÜAT

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada korrupsiyaya qarşı icazəsiz etiraz aksiyasından öncə evdə həbs edilib, onun həyat yoldaşı bildirib.
     
    "Aleksey binamızın blokunda həbs edilib", Yuliya Navalnı Twitter-də bildirib.
    O həmçinin deyib ki, "bizim planlarımız dəyişməyib".
    Cənab Navalnıya əvvəlcə bazar ertəsi günü başqa yerdə aksiya keçirməyə icazə verilib. Lakin o, hakimiyyətin etirazçıları "təhqir etmək üçün" təyin etdiyi yeri dəyişmək qərarına gəlib.

    Muxalifet - 12-06-2017

Pages