Axtarış

The search found 105712 results in 0.011 seconds.

Search results

  1. Bir gündə 3 nəfəri ilan sancıb - ŞƏMKİRDƏ

    Şəmkirdə bir gündə 3 nəfəri ilan sancıb.
     
    Rayonun Sarıtəpə kənd sakini, 1976-cı il təvəllüdlü Nazilə Cəfərova sağ əlinin ilan sancması xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
     Qeyd edək ki, bundan əvvəl Şəmkirdə daha iki nəfəri də ilan sancıb.

    Muxalifet - 11-06-2017

  2. Poroşenko: Rus imperiyasına əlvida...

    Ukrayna bundan sonra heç vaxt Sovet İttifaqına qayıtmayacaq.
     
    Bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.
    “Bu, Rusiya imperiyasına qəti şəkildə əlvida olacaq. “SSRİ-yə dönüş” (Back in the USSR) ifadəsini biz yalnız “Bitls”ın musiqilərində eşidəcəyik. Ukrayna bundan sonra heç vaxt Sovet İttifaqına qayıtmayacaq”, – deyə o bildirib.

    Muxalifet - 11-06-2017

  3. Türkiyədə kütləvi yürüşlər keçiriləcək

    Türkiyədə hərbi çevriliş cəhdin ildönümündə kütləvi xalq yürüşü keçiriləcək.
     
    Türkiyə KİV-lərinin veriyi xəbərə görə, yürüş Türkiyənin bütün böyük şəhərlərində keçiriləcək.
    Prezident Rəcəb Tayyib Ərdoğan və digər ölkə rəsmilərin yürüşdə iştirak edəcəkləri gözlənilir.
    Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

    Muxalifet - 11-06-2017

  4. Trampın Rusiya məcaraları: müğənni Keti Topuriyanın adı FTB təhqiqatında

    ABŞ Federal Təhqiqatlar Bürosunun prezident Donald Trampın və çevrəsinin Rusiya ilə biznes əlaqələrinə dair təhqiqatında gürcü əsilli müğənni, “A-Studio” qrupunun solisti, 30 yaşlı Ketevan (Keti) Topuriyanın da adı keçir.
     
     Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, buna səbəb Topuriyanın əri, biznesmen Lev Geyxmanın Trampın kürəkəni Cared Kuşnerlə biznes ortaqlığıdır.

    Muxalifet - 11-06-2017

  5. İŞİD lideri öldürüldü - SURİYA DÖVLƏT TELEVİZİYASINDAN ŞOK AÇIQLAMA

    Aviazərbələr nəticəsində dünyanın ən çox axtarılan cinayətkarı və İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi məhv edilib.
     
     Virtualaz.org Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya dövlət televiziyası yayımlayıb.
    Nəşr onu da əlavə edir ki, bu, əl-Bağdadinin ölümü barədə ilk belə xəbər deyil. Terror təşkilatı hələlik liderinin öldürülməsi haqqında məlumat verməyib.
    Bildirildiyinə görə, terrorçuların rəhbəri dünən Rakka şəhərində koalisiya aviasiyasının zərbəsi nəticəsində məhv edilib.

    Muxalifet - 11-06-2017

  6. Muzeydən NADİR ŞAHIN QILINCI OĞURLANIB

    Oğurlanan əşyaların dəyəri müəyyənləşdirilir
     
    Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.
     “AiF-Daqestan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.

    Muxalifet - 11-06-2017

  7. Tillerson Çavuşoğlu ilə danışıb: Qətər, İraq və Suriya...

    ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
     
     “Hürriyet” qəzetinin verdiyi məlumata görə,  telefon danışığı ABŞ dövlət katibinin təşəbbüsü ilə baş tutub.
     R. Tillerson və M. Çavuşoğlu Qətər problemi, İraq və Suriyadakı durumu müzakirə ediblər.

    Muxalifet - 11-06-2017

  8. Fransada parlament seçkiləri keçirilir

    Bu gün Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə seçkilərin birinci turunda səsvermə başlayıb.
     
    TASS agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da seçki məntəqələri açılıb.
     Ölkədə 67 min seçki məntəqəsi var. Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.

    Muxalifet - 11-06-2017

  9. İran da “kürd dövləti”nə qarşı çıxdı

    Rəsmi Tehran İraqın ərazi bütövlüyünü dəstəkləyir.
     
    Bu barədə İran XİN-in bəyanatında deyilir. İran XİN rəsmisi Bəhram Qasımi Kürdüstan vilayətini İraqın ayrilmaz tərkib hissəsi hesab etdiklərini bəyan edib.
    “Sakitlik və demokratiyanın hökm sürdüyü vahid İraq dövləti bütün İraq vətəndaşlarının hüquqlarının təminatçısıdır. Kürdüstan İraqın ayrılmaz tərkib hissəsidir və İran bunu dəstəkləyir”- deyə o bildirib.
    Qasımi Tehranın İraqın yanında olduğunu bildirib.

    Muxalifet - 11-06-2017

  10. "Amnesty International"-ın Türkiyə rəhbəri HƏBS EDİLDİ

    Türkiyə məhkəməsi rəsmi olaraq Amnesty International-ın ölkədəki rəhbərini terror təşkilatında üzvlük şübhəsi ilə həbs edib.
    Muxalifet.az xəbəe verir ki, bunu Anadolu xəbər agentliyinə Türkiyə rəsmiləri bildiriblər. İnsan hüquqları təşkilatı nümayəndələri bunu “ədaləti lağa qoyma” adlandırıb.
    Taner Kiliç beş vəkillə birlikdə İzmirdə saxlanılıb. Onlar ByLock adlı şifrələnmiş mesaj proqramının istifadə edilməsində ittiham ediliblər. Çərşənbə axşamı saxlanılar Kiliç cümə günü həbs edilib.

    Muxalifet - 11-06-2017

  11. Məhəmməd Peyğəmbəri təhqir edənə ölüm hökmü kəsildi

    Pakistanın Baxavalpur şəhər məhkəməsi Məhəmməd Peyğəmbəri təhqir etdiyinə görə Taimor Raza adlı şəxsə ölüm hökmü kəsib.
     
    Bu haqda jurnalistlərə şəhər prokuroru Şafir Kureşi məlumat verib.
    Pakistan qanunlarına görə, ölkədə allahsızlığı təbliğ edən, Məhəmməd Peyğəmbəri və digər bu kimi tarixi şəxsiyyətləri təhqir edən şəxs ölüm hökmü ilə cəzalandırıla bilər.

    Muxalifet - 11-06-2017

  12. Ramil Usubov qohumunu işdən çıxardı - YENİ TƏYİNAT

    Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.
     
    Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi İlham Paşayevi yaş senzi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
    Nazir digər bir əmri ilə onun yerinə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyevi təyin edib.
     Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işində adı hallanan İlham Paşayev Xətai rayon prokuroru Yusif İldırmzadə ilə bacanaqdı.
     Y.İldırımzadə isə Ramil Usubovla qudadır.

    Muxalifet - 11-06-2017

  13. 3 şübhəliyə görə TƏYYARƏNİ ENDİRDİLƏR

     İyunun 10-da axşam Sloveniyadan Böyük Britaniyaya uçan təyyarə Almaniyada təcili eniş edib.
     
     “Alman dalğası” teleradiosuna istinadən verdiyi məlumata görə, “easyJet” aviaşirkətinə məxsus olan və Lyublyana – London marşrutu ilə uçan təyyarə göyərtədə 3 şübhəli şəxsin olması ilə əlaqədar Köln aeroportuna təcili eniş edib.

    Muxalifet - 11-06-2017

  14. Futbol: Türkiyə Kosova ilə görüşəcək

    Bu gün 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək
     
    Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
    "D", "G" və "I" qruplarında baş tutacaq matçlarla Avropa zonasında VI tura yekun vurulacaq.
    "D" qrupunda İrlandiya – Avstriya və Serbiya – Uels qarşılaşmaları gərgin mübarizə vəd edir. "G" qrupunun liderləri – İspaniya və İtaliya kollektivləri isə müvafiq olaraq Makedoniya ilə Lixtenşteyni sınağa çəkəcək.

    Muxalifet - 11-06-2017

  15. İran Qətərə ərzaq göndərib

    Hər bir hava gəmisində 90 tona yaxın yük olub
     
    İran Qətərə ərzaq ilə dolu beş təyyarə göndərib.
    RİA "Novosti" xəbər verir ki, bu barədə "Iran Air" aviaşirkətinin nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.
    "Hazırda tez xarab olan məhsullar, xüsusilə meyvə və tərəvəzlə dolu beş təyyarə Qətərə göndərilib. Onların hər birində 90 tona yaxın yük var. Daha bir təyyarə bu gün uçacaq", — deyə şirkət nümayəndəsi Şahroş Nouşabadi bildirib.

    Muxalifet - 11-06-2017

  16. MARKETDƏKİ QARŞIDURMANIN PƏRDƏARXASI – Həbs olunan iş adamının həyat yoldaşı danışdı

     “Hadisə baş verən ərazidəki təhlükəsizlik kameralarının görüntülərini niyə ortaya çıxarmırlar? O görüntülər kimin günahkar olduğunu aydın göstərə bilər”
     
    İyunun 8-də səhər saatlarında Binəqədi rayonundakı “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında baş verən qarşıdurma ilə bağlı mübahislər bu gün də davam edir. Hadisənin baş verməsinə görə tərəflər bir-birini ittiham edir.

    Muxalifet - 11-06-2017

  17. İranda terror aktları ilə əlaqədər daha 6 nəfər saxlanıldı

    İranın paytaxtı Tehranda törədilən iki terror aktı ilə əlaqədər daha 6 nəfər saxlanılıb. "Reuters" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Əliakbar Qarousi bildirib.
    Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.
    Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.

    Muxalifet2 - 11-06-2017

  18. ​Sabah Bakıda 30 dərəcə isti olacaq

    İyunun 12-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Muxalifet2 - 11-06-2017

  19. Bərdədə ağır YOL QƏZASI – ÖLƏN VAR

    Bərdə rayonunun Lək kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə 56 yaşlı Bərdə rayon sakini Süleymanov Hüseyn Zülfüqar oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobilin yol kənarında duran "Shacman" markalı yük maşınına arxadan çırpılması nəticəsində qeydə alınıb.

    Muxalifet - 11-06-2017

  20. “Azərsu”: Sumqayıtdakı zəhərlənmə su ilə bağlı deyil

    Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb
     
    Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib.
    Bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

    Muxalifet - 11-06-2017

Pages