Axtarış
The search found 105712 results in 0.011 seconds.
Search results
Türkiyə iqtisadiyyatı ilk rübdə 5 faiz artıb
Türkiyədə ÜDM (Ümumi Daxili Məhsul) 2017-ci ilin birinci rübündə əvvəlki ilin eyni rübünə nisbətən 5 faiz artıb.
Türkiyənın Statistika Qurumunun (TÜİK) açıqladığı məlumatlara görə, iqtisadiyyat ilin ilk rübündə daha əvvəlki rübə nisbətən isə 1,4 faiz artıb.
Reuters agentliyinin 19 iqtisadçının iştirakı ilə apardığı sorğuya görə, inkişafın bu ilin ilk rübündə ötən ilin son rübünə nisbətən 4 faiz olması gözlənilirdi.
İstehsal üsulu ÜDM proqnozu, 2017-ci ilin birinci rübündə cari qiymətlərlə 14,3 faiz artaraq 641 milyard 584 milyon lirə olub.Muxalifet - 12-06-2017
Qətər böhranı niyə "Şekspir komediyasına" bənzəyir?
"The İndependent"qəzeti və "The Dawn" portalında dərc edilmiş məqalədə Robert Fisk yazır ki, Qətər böhranı iki məsələni təsdiq edir: Ərəb dövlətlərinin davam edən "uşaqlığını" və Donald Trump-ın Səudiyyəyə səfəri zamanı nümayiş etdirilən sünni müsəlman birliyinin iflasını.
Məqalədə deyilir ki, bu sammitdə ölənədək şiə İranının "terroruna" qarşı döyüşməyi vəd edən Səudiyyə və onun satellitləri əvvəlcə özlərinin ən varlı ərəb soydaşlarından birinin üstünə tökülüşüblər.
"Belə müxəmmətliyi yalnız Şekspirin komediyalarında görmək olar", yazır müəllif.Muxalifet - 12-06-2017
Makronun partiyası seçkilərin ilkin mərhələsində böyük üstünlüklə qələbə qazanıb
Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun siyasi partiyası iştirak etdiyi ilk parlament seçkilərində böyük üstünlük əldə edib.
Seçkilərin bazar günü keçirilən ilkin mərhələsində Makronun “İrəliləyən Respublika” (La République En Marche) siyasi hərəkatı ölkə üzrə səslərin 28 faizini qazandığı bildirilir.Muxalifet - 12-06-2017
“Azərbaycan” Nəşriyyatında vəhhabilərin növbəti sexi aşkarlandı – “FORMULA -1” ÜÇÜN SİFARİŞLƏR HAZIRLANIR
İyunun 6-da Turaninfo.org saytında “Azərbaycan” Nəşriyyatında qısa müddətə fəaliyyət göstərən “iN” Disko Klubunun, eləcə digər çoxsaylı sexlərin video-görüntüsünü yaymışdıq. Qeyd etmişdik ki, nəşriyyatın baş direktoru Ağabəy Əsgərov rəhbərlik etdiyi qurumun binasında Disko Klubun və mətbuatdan kənar fəaliyyətin olduğu barədə məlumatları təkzib etsə də, bu video-görüntülər həqiqəti ortaya qoyur.
Muxalifet2 - 12-06-2017
Türkiyədə güclü zəlzələ olub
Bu gün Türkiyə ərazisində güclü zəlzələ baş verib.
NTV telekanalının verdiyi məlumata görə, zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub.
Kandil Rəsədxanası zəlzələnin gücünün 6,3 bal olduğunu açıqlayıb.
Yeraltı təkan İstanbul, İzmir və Çanaqqalada hiss edilib.Muxalifet - 12-06-2017
Avropa İttifaqı rəhbərliyi terrorçuları dəstəkləyir - Macarıstan
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını terrorçulara yardım göstərməkdə ittiham edib.
TASS-ın verdiyi məlumata görə, baş nazir ölkəsinin şantaj olunmasına imkan verməyəcəyini və qaçqınların məskunlaşdırılmasına dair üzv ölkələrə şamil olunan məcburi kvotalardan imtina etməyə davam edəcəklərini bildirib.Muxalifet - 12-06-2017
“Kanal 13”-ün direktorunun apellyasiya şikayətinə baxılıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Kanal-13" internet televiziyasının icraçı direktoru, həbsdə olan Əziz Orucovun apellyasiya şikayətinə baxılıb.
Hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda qərar elan edilib, şikayət təmin olunmayıb.
Qeyd edək ki, iyunun 2-də Nəsimi Rayon Məhkəməsi Ə. Orucovun evində axtarış aparılması barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.Muxalifet - 12-06-2017
Şirvanda itkin düşən nişanlı qızlar tapılıb
Şirvan şəhərində bir neçə gün əvvəl itkin düşən qızlar tapılıb.
17 gün əvvəl yoxa çıxan nişanlı qızlar bu gün evlərinə dönüblər. Onlar mətbuatda bu barədə məlumat yayılandan sonra bu addımı atdıqlarını açıqlayıblar.
İtkin düşən qızlardan biri - Aytac Zahidovanın anası Flora Zahidova deyib ki, qızlar APA TV-də yayımlanan videoya baxdıqdan sonra evə qayıtmağa qərar veriblər: “Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər” .Muxalifet - 12-06-2017
Moskva və Sankt-Peterburqda 200-ə yaxın etirazçı saxlanılıb
Moskvanın Tverskaya küçəsində keçirilən korrupsiyaya qarşı etiraz aksiyasında 100-ə yaxın şəxs saxlanılıb.
Muxalifet - 12-06-2017
Əli İnsanov məhkəmədə iştirakdan imtina edib
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Hakim Əflatun Qasımovum sədrlik etdiyi iclasda bildirilib ki, Ə. İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini istəyib. Tərəflər buna etiraz etməyib.Muxalifet - 12-06-2017
QMİ-dən seyidlik vəsiqəsi ilə bağlı – Açıqlama
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının əsasnaməsində qazıların belə bir sənəd vermək hüququ nəzərdə tutulmayıb.
Bu barədə Teleqraf.com-a açıqlamasında QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova qurumun qazısı Hacı Mirqiyas Təhməzovun Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirərkən deyib.
Rəhimə Dadaşova belə bir sənəd verilməsini qazının şəxsi təşəbbüsü adlandırıb. Onun sözlərinə görə, möhür də sübut edir ki, sənəd idarənin deyil, qazının öz möhürüdür.Muxalifet - 12-06-2017
Zülfüqarov: “Qarabağda müharibə ehtimalı yüksəlir”
Hələlik Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yenilik müşahidə etmirəm. Ümidverici bir proses yoxdur. Hesab edirəm ki, həmsədrlərin ənənəvi olaraq regiona səfəri vasitəçilik fəaliyyətinin növbəti imitasiyasıdır.
Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərini qiymətləndirərkən deyib.
Sabiq nazir bildirib ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da münaqişə barədə danışıb:Muxalifet - 12-06-2017
Çavuşoğludan Qətərlə bağlı vacib - Görüş
Türkiyənin Qətər böhranını həll etmək istiqamətində səyləri davam edir.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının və BƏƏ-nin Ankaradakı səfirləri ilə görüşüb.
Görüş zamanı Qətər böhranının həlli müzakirə olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.Muxalifet - 12-06-2017
Zəhərlənmə: Niyə məhz 186 uşaq?.. – Professorun şərhi
Rotavirus yuxarı tənəffüs yollarında toksiki vəziyyət yaradır.
Bu sözləri tibb elmləri üzrə professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, virusun uşaqlar arasında necə yayıldığı da aydınlaşdırılmalıdır:
“Bilməliyik ki, bunun səbəbi nədən ibarətdir? Suya hardan düşüb, bəlkə hava-damcı yolu ilə yayılıb? Niyə məhz 186 uşaq, digərləri yox?Muxalifet - 12-06-2017
Rusiyada etiraz dalğası: 17 min insan... - Video
Rusiyada müxalifətçi Aleksey Navalnının təşkilatçılığı ilə anti-korrupsiya aksiyaları başlayıb.
İlk etiraz səsləri Xarabrovsk, Cənubi Saxalin və Vladivostokdan gəlib.
Rusiya üzrə aksiyalara 17 mindən çox insan qatılıb. Polisdən verilən məlumatlara görə, etirazlar zamanı 22 nəfər saxlanılıb. Onlardan 3-ü yeniyetmədir.
Məlumatlarda bildirilib ki, Moskva, Kazan, Krasnoyarsk, Omsk, Tomsk, İrkutsk, Çelyabisnk şəhərlərində keçirilən aksiyalar insidentisz başa çatıb.Muxalifet - 12-06-2017
Azərbaycandan gedənlər QARABAĞA YERLƏŞDİRİLİR: İrəvandan QORXUNC ADDIM
“Erməni anaları övladlarını Dağlıq Qarabağda hərbi xidmətə göndərməkdən imtina edirlər”.
Bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.Muxalifet - 12-06-2017
32 yaşlı kişini QATAR VURDU – BAKIDA
Bakıda 32 yaşlı kişini qatar vurub.
Hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Gülməmmədov Namiq Akif oğlu Bakı-Ələt dəmir yolu xəttinin Ələt-Qobustan mənzilində elektrovozun altında qalıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır. (lent.az)Muxalifet - 12-06-2017
"Qarabağ" klubu loqosunu dəyişir
"Qarabağ" futbol klubu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət edib.
Müraciətdə klubun loqosundakı dəyişiklik haqqında məlumat əksini tapıb.Muxalifet - 12-06-2017
Rusiyada inqilab baş verə bilər – Şərh
Rusiyada nümayişçilərə qarşı bu cür cəza tədbirləri xalqı daha da qızışdıracaq.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyada korrupsiya əleyhinə başlayan mitinqlərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, hazırda Rusiyada baş qaldıran mitinqlər hələ başlanğıcdır:Muxalifet - 12-06-2017
Türk ordusundan PKK-ya ZƏRBƏ: 26 ölü
Türk ordusu son bir həftədə PKK-ya qarşı keçirilən əməliyyatlar zamanı 48 terrorçunu zərəsizləşdirib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Terrorçulardan 26-sı öldürülüb, 8-i sağ ələ keçib, 14-ü isə təslim olub.
Bundan başqa, Suriyadan qeyri-qanuni yollarla ölkəyə daxil olmaq istəyən 5 İŞİD-çi həbs edilib. Onlardan birinin çantasında 3 əl bombası tapılıb.Muxalifet - 12-06-2017