Axtarış
The search found 105712 results in 0.009 seconds.
Search results
Poroşenko: Ukrayna Avropa İttifaqına üzvlüyə iddia edə bilər
Ukrayna gələcəkdə Avropa İttifaqına üzvlüyə iddia edə bilər.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu bu gün Slovakiya ilə sərhəddə Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsi ilə əlaqədar keçirilən təntənəli tədbirdə Ukrayna prezidenti Petr Poroşenko bəyan edib.
P. Poroşenko deyib ki, Ukrayna islahatlar yolunda böyük irəliləyişlər əldə etdikcə onun və Ukrayna xalqının ölkənin gələcəkdə Avropa İttifaqına üzv olmasının zəruriliyi barədə arqumentləri artır: “Çünki Ukrayna Avropa ölkəsidir".Muxalifet - 11-06-2017
Təhqiqatla bağlı ABŞ-ın baş prokuroru ifadə verəcək...
Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqat: ABŞ-ın baş prokuroru ifadə verəcək...
ABŞ-ın baş prokuroru Cef Seşns bəyan edib ki, o, Senatın xüsusi kəşfiyyat komitəsinin gələn həftə keçiriləcək iclasından əvvəl ifadə verəcək. Lakin onun açıq və ya qapalı iclasda ifadə verəcəyi məlum deyil.Muxalifet - 11-06-2017
Türk ordusu Suriyada YPG-ni bombaladı
Türkiyə Silahlı Qüvvələri Suriyanın Cerablus şəhərinə daxil olmağa çalışan PYD/YPG qüvvələrini bombardman edib.
Türk hərbçilərin nəzarətində olan bölgələrə girməyə çalışan terrorçular Obüs və Fırtına topları ilə hədəf alınıb.
Azad Suriya Ordusunun (ASO) da iştirak etdiyi əməliyyatlarda PYD/YPG itkilər verərək geri çəkilib.Muxalifet - 11-06-2017
Erməni boksçu nokauta düşdü, sonra isə... - Video
Erməni boksçu Arut Qriqoryanla döyüşə çıxan hollandiyalı Mertel Qronhard rəqibini bir zərbə ilə nokauta salıb.
Yarış zamanı arxaya çönən Qriqoryan qəfildən Qronhardın zərbəsinə tuş gəlib.
Nəticədə erməni boksçu nokauta düşüb.
Bundan sonra, Qriqoryanın məğlubiyyətini həzm edə bilməyən tərəfdarları rinqə çıxaraq Qronharda zərbələr endirməyə başlayıblar.
Hakim və turnir təşkilatçıları isə onları sakitləşdirməyi bacarıb.
Olayla bağlı açıqlama verən holland boksçu məsələni çox da böyütməməyə çağırıb:Muxalifet - 11-06-2017
8 və 10 yaşlı iki qardaş suda boğulub
Qazax rayonunda iki qardaş suda boğulub.
Rayonun Dəmirçilər kənd sakini 2007-ci il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu və 2009-cu il təvəllüdlü Bayramov Lətif Mürşüd oğlukəndin ərazisində süni yaradılmış göldə boğulub.
Qardaşların cəsədləri göldən çıxarılaraq ailələrinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 11-06-2017
Bakıda “Metropark” bolaşdıldı – TERROR TƏHLÜKƏSİ - YENİLƏNİB
Bazar günü, iyunun 11-də Bakının Nərimanov rayonundakı “Metropark” ticarət mərkəzi polis əməkdaşları tərəfindən boşaldılıb və TM binası ətrafında hərəkət məhdudlaşdırılıb. Muxalifet.az xəbər verir ki, buna səbəb binaya qoyulmuş partlayıcı maddə barədə daxil olmuş anonim zəng olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng təxminən saat 18-də şəhər taksofonlarının birindən daxil olub.
Binada yoxlama tədbirləri keçirmiş mütəxəssislər şübhəli heç bir şey aşkar etməyiblər.
Hazırda “telefon terrorçusu”nun axtarışları aparılır.Muxalifet - 11-06-2017
"Qətər əmiri ABŞ-a getsəydi, çevriliş olacaqdı" - ŞOK İDDİA
Qətər əmiri Tamin bin Həmad əl-Sani ABŞ Prezidenti Donald Trampın dəvətini qəbul edib oraya getsəydi, ya çevriliş olacaqdı, ya da Səudiyyədə edildiyi kimi zorla silah almağa məcbur ediləcəkdi.
Bu sözləri AKP-nin İstanbuldan seçilən deputatı Burhan Kuzu Tvitter hesabında yazıb.
Qeyd edək ki, 7 körfəz ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsindən sonra Ağ Ev rəhbəri Donald Tramp əmir Əl-Sanini ölkəsinə dəvət etmişdi.Muxalifet - 11-06-2017
Azərbaycanlı fəalların azadlığı üçün PETİSİYA İMZALANDI - PRAQADA
Praqada keçirilən "Multikultural Kaleydoskop" adlı festivalda azərbaycanlı gənc fəallar Qiyas və Bayramın azad edilməsi tələbi ilə kampaniya aparılıb.
Xaricilərin inteqrasiyası, başqa mədəniyyətlərlə tanışlıq məqsədi ilə keçirilən bu festivalda, əsasən müxtəlif xalqların mətbəx və rəqslərinə aid təqdimatlar olur. Hər il insan haqları ilə bağlı bir məsələ də önə çəkilir.
Keçən il Yuqoslaviya müharibəsindən zərər çəkmiş 4 qadının taleyindən danışılmışdı.Muxalifet - 11-06-2017
Qətər nazirindən SENSASİYALI İDDİA
Körfəz ölkələrindən sanksiyalarla üzləşən Qətər sensasion açıqlama ilə çıxış edib.
Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə maliyyə və siyasi dəstək verdiyi bildirilən Birləşmiş Ərəb Əmirliklərinin terror təşkilatı PKK ilə də əlaqələri üzə çıxıb.
Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyeyi Qətərli jurnalist Qadir Qolkariana verdiyi açıqlamada,bu ilin may ayında terror təşkilatı PKK -nın liderlərinin BƏƏ rəhbərliyi ilə görüşdüyünü və kəşfiyyat məlumatları əsasında əldə etdikləri bilgiləri Türkiyəyə verdiklərini deyib.Muxalifet - 11-06-2017
Rusiyada saxta diplom satan Azərbaycan vətəndaşı saxlanıldı
Rusiyada 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Yerli mətbuat yazır ki, polis Azərbaycan vətəndaşını Moskvanın Aeroport rayonunda ali təhsillə bağlı hazırladığı saxta diplomu satarkən saxlayıb.
Faktla bağlı cinayət işi açılıb. Azərbaycan vətəndaşını 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Muxalifet2 - 11-06-2017
Tramp Polşaya səfər edəcək
7-8 iyul tarixlərində Hamburqda (Almaniya) keçiriləcəyi planlaşdırılan G20 sammitindən əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Polşaya səfər edəcək.
Səfər Polşanın Prezidenti Anjey Dudanın dəvəti əsasında baş tutacaq. Bu barədə Ağ Evdən xəbər veriblər.
ABŞ administrasiyasında hesab edirlər ki, Duda ilə görüş «ABŞ-ın Avropadakı ən yaxın müttəfiqi olan Polşaya sadiqliyini təsdiqləyəcək» və administrasiyanın NATO üzrə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti bir daha sübut edəcək.Muxalifet - 11-06-2017
Suriyadan qaçan İŞİD-çilər İordaniyada güllələndi
Bazar günü bir qrup terrorçu Suriya ilə sərhəddə yerləşən Ət-Tanf sərhəd-buraxılış məntəqəsindən İordaniyaya keçməyə cəhd göstərib.
TASS xəbər verir ki, nəticədə 5 nəfər sərhədçilər tərəfindən güllələnib, daha iki terrorçu isə əsir götürülüb.
Ət-Tanf bölgəsində Suriya ordusu tərəfindən təqib olunan İŞİD terrorçuları fəaliyyət göstərir.
İordaniya Silahlı Qüvvələri Komandanlığının məlumatına görə, son üç gündə onlar bir neçə dəfə sərhədə yaxınlaşsalar da, İordaniya sərhədçilərinin atəş açması nəticəsində krallıq ərazisinə keçə bilməyiblər.
Muxalifet2 - 11-06-2017
Ərəblər niyə Qətərin üstünə düşüblər?
Muxalifet - 11-06-2017
Keçmiş spiker kürəkəninin həbsi haqda AÇIQLAMA YAYDI
Bülənt Arınç: “Əkrəm Yetər FƏTÖ üzvü olmayıb, dövlətin yanında yer alıb”
Türkiyə parlamentinin sabiq sədri, AKP-nin qurucularından və vaxtilə prezident Rəcəb Tayyib Ərdoğanın ən yaxın adamlarından biri hesab olunan Bülənt Arınç kürəkəni Əkrəm Yetərin saxlanılması və daha sonra sərbəst buraxılması ilə bağlı yazılı açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, sosial şəbəkədəki profilində status paylaşan Arinç “Əkərm Yetər mənim kürəkənim olduğu üçün deyil, qanunun gərəyi olaraq sərbəst buraxılmışdır” - deyib.Muxalifet2 - 11-06-2017
Məhbus özünü ASDI - GƏNCƏDƏ
Gəncədə yerləşən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında intihar olub.
Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq) maddəsi ilə 13 il 6 ay azadlıqdan məhrum edilən Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Şükürov Ruslan Nurəddin oğlu təcridxanada özünü asaraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir./APAMuxalifet - 11-06-2017
Şirvanda iki nişanlı qız itkin düşüb
Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.
Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar.
Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan polis şöbəsinə yazılı müraciət olunub. Onların hansı səbəbdən yoxa çıxmaları məlum deyil.
Hazırda onların axtarışları davam etdirilir.Muxalifet - 11-06-2017
"Biz avropalı olmayacağıq" - Dövlət başçısı
Biz heç vaxt avropalı olmayacağıq.
Bu sözləri İnquşetiya lideri Yunusbek Yevkurov RT-yə müsahibəsində deyib.
Son dövrlədə homoseksuallarla bağlı skandallara toxunan dövlət başçısı Şimali Qafqazda LGBT-nin ümumiyyətlə olmadığını bildirib:
“LGBT-nin olmadığı halda nədən bu barədə danışaq ki? Avropalılarla Şimali Qafqaz xalqları arasında kəskin mentalitet fərqləri var. LGBT-nin ta qədimlərdən bəri Avropa dəyərlərində olduğunu düşünürəm. Amma bizdə əsla belə bir şey olmadı. Bizdə sadəcə Avropa tərzi imitasiya var”.Muxalifet - 11-06-2017
Yumurta yenidən BAHALAŞDI - Marketlərdə bu qiymətə satılır
Bakıda yumurtanın qiymətində yenidən bahalaşma müşahidə olunur.
Hazırda yumurtanın 1 ədədinin satış qiyməti 0.12 AZN təşkil edir.
Qeyd edək ki, bir neçə ay əvvəl yumurta 8 qəpiyə qədər ucuzlaşmışdı.Muxalifet - 11-06-2017
19 yaşlı qadın 2-ci mərtəbədən özünü yerə atdı – GƏNCƏDƏ
Gəncədə intihara cəhd hadisəsi baş verib.
1998-ci il təvəllüdlü qadın ailə münaqişəsi zəminində özünü yaşadığı binann ikinci mərtəbəsindən yerə atıb.
Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Muxalifet - 11-06-2017
2 azyaşlı qardaşın boğularaq öldüyü FACİƏNİN TƏFƏRRÜATLARI
Hadisə qardaşlardan birinin digərini xilas etmək istədiyi zaman baş verib
Qazaxda iki azyaşlı qardaşın faciəvi şəkildə gölməçədə boğulması ilə bağlı təfərrüatlar məlum olub.
Hadisə rayonun Dəmirçilər kəndində şirkətlərdən birinə məxsus çınqıl karxanası ərazisindəki gölməçədə baş verib.Muxalifet - 11-06-2017