​Sərnişin avtobusu aşdı, 8 ÖLÜ, 25 YARALI

Rusiyanın Zabaykalye diyarında ağır yol qəzası baş verib.
TASS agentliyinin verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, qəza zamanı avtobusda 51 nəfər olub. Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir(apa).