Axtarış

The search found 105712 results in 0.008 seconds.

Search results

  1. ABŞ prezidentinin xanımı haqda ŞOK İDDİA

    ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya artıq uzun müddətdir ki, "Tiffani" mağazasının mühafizə xidmətinin rəisi ilə eşq macərası yaşayır.
     
    Bu sözləri amerikalı yazıçı Monika Birn şəxsi Tvitter hesabında yazıb.
    Onun sözlərinə görə, bu xoşagəlməz hadisə səbəbindən Melaniya Vaşinqtona köçüb:
    "Trampın bu olaydan xəbəri var. Cütlük arasında razılaşma olub: əgər Tramp seçkiləri uduzsa, onlar ayrılmalı idi. Ancaq Tramp qələbə qazanıb və Melaniya ərinin tələblərini yerinə yetirib".

    Muxalifet - 10-06-2017

  2. NAXÇIVANIN MƏŞHUR OTELİ 12 MİLYONA SATILDI! – Yeni sahibkar kimdir?

     Naxçıvan Muxtar Respublikasında yerləşən, müalicə mərkəzi kimi fəaliyyət göstərən “Duzdağ Hotel” hərraca çıxarılıb.
     
    NMR-nın Auksion Mərkəzində hərraca çıxarılan “Duzdağ Hotel”i 17.288.686,78 manata təklif olunsa da, 12.966.515,10 manata satılıb. Oteli kimin aldığı açıqlanmır. Lakin çox böyük ehtimalla, bu, “yad adam” deyil.
    Həmçinin hərrac günü Naxçıvan şəhərində yerləşən Tədris-Ticarət Mərkəzi də satılıb. Qiyməti 1.534.424,73 manata təklif olunan mərkəz 1.150.818,60 manata satılıb.

    Muxalifet - 10-06-2017

  3. Qarabağ əlilləri nazirlikdən ŞİKAYƏTÇİDİR – “BİZİ ALDADIB, PULUMUZU MƏNİMSƏYİRLƏR”

    Ucar rayon sakini olan Qarabağ müharibəsi əlilləri tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onları aldadıb, dövlətin ayırdığı pulu mənimsəyir: 

    Muxalifet2 - 10-06-2017

  4. ​ 13 saylı Cəzaçəkmə Müəssisəsinə su verilirmi? - VİCDAN MƏHBUSUNUN ANASINDAN ŞİKAYƏT

    Su təchizatı ilə bağlı məsələni İlkin Rüstəmzadənin anası Atlas Hüseynova qaldıırıb
     
    Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində su təchizatı ilə bağlı problemlərin olduğu barədə məlumatları təkzib edir.
    Məsələni diqqət mərkəzinə çəkən məhbus İlkin Rüstəmzadənin anası olub. O, iyunun 7-də müəssisəsənin 3 gün susuz qaldığını bildirib.
    Cümə günü BBC Azərbaycancaya danışan Atlas Hüseynova təchizatın bərpa olunduğunu desə də, zəif təzyiqə görə su çatışmazlığı yarandığını da qeyd edib.

    Muxalifet - 10-06-2017

  5. Yerə bənzəyən 7 planet tapıldı

    ABŞ-ın Oklahoma Universitetinin alimləri Yerə bənzəyən 7 planet aşkarladıqlarını bəyan ediblər.
     
    Planetlər TRAPPİST-1 sistemində tapılıb.
     Alimlər onların öz atmosfer və dərinliyinə görə Yerə çox bənzədiyini vurğulayıblar. Universitetin aparıcı tədqiqatçısı Billi Kuors deyib ki, bu planetlərin hamısı həyatın yaranması üçün bütün zəruri şərtlərə malikdir.

    Muxalifet - 10-06-2017

  6. Dünya Bankı Ziya Məmmədovun bağladığı iri müqaviləni YOXLAMAĞA BAŞLADI

    Dünya Bankı “Azərbaycan Dəmir Yolları” ASC ilə Kanadanın qlobal “Bombardier” şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb.
     
    Bu barədə Kanadanın “The Glob and Mail” qəzeti bildirir.

    Muxalifet - 10-06-2017

  7. ​Çavuşoğlu Qətərdə Türkiyə hərbi bazasının yaradılması haqda DANIŞDI

    Türkiyə üçün Fars Körfəzi regionunda təhlükəsizlik və sabitlik onun öz sabitliyi və təhlükəsizliyinə bərabərdir.
    Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreyndən olan həmkarı Xalid bin Əhməd Bin Al Xəlifə ilə birgə mətbuat konfransında deyib.

    Muxalifet2 - 10-06-2017

  8. FHN “Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyi “Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar daha bir məlumat yayıb.
    Məlumatda bildirilir ki, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.
    Yanğın saat 19:13-də söndürülüb.
     

    Muxalifet2 - 11-06-2017

  9. Rusiyada kütləvi qətl törədən şəxs zərərsizləşdirilib - YENİLƏNİB

    Atışma zamanı xüsusi təyinatlı polis dəstəsinin 1 əməkdaşı da yaralanıb
     
    Moskva ətrafındakı Kratovo qəsəbəsində insanlaara atəş açaraq 4 nəfəri öldürən, daha 2 nəfəri yaralayan silahlı cinayətklar zərərsizləşdirilib. 
    Bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi İrina Volka istinadən xəbər verib.

    Muxalifet - 11-06-2017

  10. Qəddafinin oğlu azadlığa buraxıldı

    Seyf əl-İslam Qəddafi ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb
     
    Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi azadlığa buraxılıb.
    Bu barədə "Al Arabiya" telekanalı mənbəyə istinadən xəbər verib.
    Xəbərdə bildirilir ki, o, ölkənin qərbində cəza çəkdiyi həbsxanadan azad edilib. Seyf əl-İslam Qəddafi ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb.
    O, həbsxananı tərk etdikdən sonra ölkənin şərqindəki Əl-Bayd şəhərinə gəlib.
    Liviyanın keçmiş liderinin oğlu 2011-ci ildə həbs edilmişdi.

    Muxalifet - 11-06-2017

  11. Azərbaycan millisi Şimali İrlandiya yığmasına məğlub olub

    Görüş Respublika stadionunda keçirilib
     
    Dünən futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində altıncı oyununu keçirib. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya yığmasını qəbul edib.

    Muxalifet - 11-06-2017

  12. TÜRK YAZARDAN ŞOK: "Nə İran qalacaq, nə də Səudiyyə..."

    Türkiyənin “Yeniakit” qəzetinin yazarı Əbdürrəhman Dilipakın Qətərlə körfəz ölkələri arasında yaşanan gərginliklə bağlı qələmə aldığı məqalə medianın ciddi müzakirə predmetinə çevrilib.
     
    Yazar öz məqaləsində ərəb ölkələri arasında baş verən gərginliyin İrana da sıçrayacağını və regionda böyük fəlakətin baş verəcəyini bildirir.

    Muxalifet - 11-06-2017

  13. "BÖYÜK MÜHARİBƏ GÖZLƏNİLİR" - Almaniyadan xəbərdarlıq

    Qətərlə Körfəz ölkələri arasında yaşanan gərginlik regionda böyük müharibəyə gətirib çıxara bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel deyib.
    “Ölkələr arasında yaşanan fikir ayrılıqları müharibə həddinə gəlib çatmaq üzrədir. Lakin gərginliyin yoluna qoyulması üçün ümid var”, - nazir bildirib.

    Muxalifet - 11-06-2017

  14. Mübahisə etdilər, həmkəndlisini BIÇAQLADI - CƏLİLABADDA

    Yaralının vəziyyəti ağırdır
     
    Cəlilabad rayonunun Sabirabad kəndində bıçaqlanma hadisəsi baş verib.
    43 yaşlı kənd sakini Rəfael Ağaş oğlu Səfərov mübahisə zəminində həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov tərəfindən bıçaqlanıb.
    İki bıçaq yarası alan Rəfael Səfərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Akif Heydərov isə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 11-06-2017

  15. Canavar sakinlərə hücum edib - SALYANDA

    Nazlı Məmmədova və Tahirə Səmədova xəstəxanaya aparılıblar
     
    Salyan rayonunda canavar sakinlərə hücum edib.
    Hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb.
    Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.
    Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.

    Muxalifet - 11-06-2017

  16. Bu gün sınaq imtahanıdır

    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 11 şəhərində sınaq imtahanları keçirir.
     
    DİM-dən verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində ümumilikdə 30 binada təşkil olunub.
     İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

    Muxalifet - 11-06-2017

  17. Lavrov və Tillerson telefonla danışıblar

    Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc edilən məlumatda bildirilir.
     Tərəflər telefon danışığı zamanı Qətər ətrafında yaranmış vəziyyətin danışıqlar yolu ilə  nizamlanmasının vacibliyini qeyd ediblər və bu cür səyləri dəstəkləməyə hazır olduqlarını bildiriblər.
     Tərəflər həmçinin Rusiya-ABŞ münasibətlərinin  aktual məsələlərini, o cümlədən, ikitərəfli gələcək səfərlərin qrafikini nəzərdən keçiriblər.  

    Muxalifet - 11-06-2017

  18. 20 yaşlı gənc bıçaqlanıb - ŞƏKİDƏ

    İyunun 10-u axşam saat 20:30 radələrində  Şəkinin Qoxmuq kənd sakini, 1997-ci il təvəllüdlü Tural Firuz oğlu Qədirov bədənin qarın nahiyəsindən iki bıçaq yarası və döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.
     
    Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, T. Qədirovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Muxalifet - 11-06-2017

  19. 68 yaşlı qadın özünü ÖLDÜRMƏK istəyib

    Gəncədə intihara cəhd olub.
     
    Şəhər sakini 1949-cu il təvəllüdlü Məmmədova Dursun Böyükağa qızı dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
     Məlumata görə təqaüdçü olan D. Məmmədova problemlərinin olduğuna görə dərman həbləri qəbul edərək intihara cəhd edib.
     Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdrıma aparılır.

    Muxalifet - 11-06-2017

  20. Ukrayna-Aİ arasında VİZASIZ REJİM BAŞLADI

    Ukrayna prezidenti Pyotr Poroşenko ölkə vətəndaşları üçün Aİ ilə vizasız rejimin tətbiq edilməyə başlandığını təntənəli şəkildə elan edib. 
     
    Bu barədə  Poroşenko “Facebook” sosial şəbəkəsində bildirib: “Ukrayna üçün vizasız rejimin tətbiqinə başlanıldı! Avropaya eşq olsun! Ukraynaya eşq olsun!”.
     Qeyd edək ki, Ukrayna vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində Şengen zonasında qala bilərlər. Sənəd iyunun 11-dən qüvvəyə minib.   

    Muxalifet - 11-06-2017

Pages