​Kataloniyanın muxtariyyəti ləğv edildi

İspaniya parlamenti Kataloniyanın muxtariyyətini ləğv edib.
Muxalifet.az xəbər verir ki, İspaniya konstitusiyanın 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bununla idarəçilik birbaşa rəsmi Madridin səlahiyyətinə keçib.
Xatırladaq ki, bir qədər əvvəl Kataloniya parlamenti İspaniyadan müstəqilliyin elan olunması haqqında qətnaməni səs çoxluğu ilə təsdiqləyib.