Axtarış

The search found 105795 results in 0.04 seconds.

Search results

  1. ​Maşınınız çirklidirsə, cərimə... - KAMRAN ƏLİYEV

    Avtomobilin xarici görünüşünün səliqəsiz olmasına görə nə məsuliyyət, nə də onun istismar edilməsinin qadağan edilməsinə dair qanunvericilikdə hər hansı müddəa mövcuddur.
    Bunu Sputnik-ə açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
    “Səliqəsiz görünüş təhlükə törətmir. Çirkli avtomobil sürməyi vətəndaş da özünə rəva bilməməlidir. Əgər avtomobil texniki cəhətdən istismara tam yararlıdırsa, biz xarici görünüşünə görə onun istismarını qadağan edə bilmirik” - deyə o bildirib.

    Muxalifet2 - 28-10-2017

  2. ​ELŞAD XOSE HƏLƏ DƏ POLİSDƏDİR

    Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında saxlanılan Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir.
    Binəqədi rayon Polis İdarəsindən "Qafqazinfo"ya Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.
    Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayət edərək reper tərəfindən döyüldüyünü bildirməsidir.

    Muxalifet2 - 28-10-2017

  3. ​PKK Avropanın mərkəzində türklərə hücum etdi – 8 YARALI

    PKK terror təşkilatı Belçikanın Anvers şəhərində nümayiş keçirib.
    Terrorçular Abdulla Öcalanın posterləri ilə Türkiyə vətəndaşlarının sıx olduğu Brederode küçəsinə axışıb.
    Onlar müxtəlif sşüarlar səsləndirərək türkləri qarşıdurmaya təhrik edib. Hadisə nəticəsində 1-i polis olmaqla, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 50-dən çox PKK-çı həbs edilib. Polis təşkilat üzvlərinin qarşısını ala bilmək üçün bibər qazından istifadə edib.

    Muxalifet2 - 28-10-2017

  4. ​Pentaqon rəhbəri: ABŞ-a QARŞI İSTƏNİLƏN HÜCUM...

    Vaşinqton heç vaxt Şimali Koreyanın nüvə statusunu qəbul etməyəcək.
    Bu barədə ABŞ Müdafiə naziri Ceyms Mettis danışıb.
    Pentaqon rəhbərinin sözlərinə görə, nüvə-raket sınaqları Pxenyanın təhlükəsizliyini gücləndirməyə deyil, əksinə onu sarsıtmağa xidmət edir.
    “ABŞ heç vaxt nüvə silahına malik olan bir Şimali Koreyanı qəbul etməyəcək. Şimali Koreyanın nüvə bombaları və qitələrarası ballistik raket hazırlamaq prosesi onun təhlükəsizliyini azaldır. ABŞ və ya müttəfiqlərimizə qarşı hər hansı bir hücum uğursuzluğa məhkumdur”, - Mettis bildirib.

    Muxalifet2 - 28-10-2017

  5. ​Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı - AÇIQLAMA

    Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu günə planlaşdırdığı mitinqin təhlükəsizliyini həmişəki kimi təmin edəcək.
    Muxalifət.az xəbər verir ki, bu  barədə "Qafqazinfo"ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
    O bildirib ki, DTX-nın məlum əməlliyyatları, mitinqdə terror aktının törədiləcəyi ilə bağlı yayılan məlumatlar onların təhlükəsizlik planlarında hər hansı bir dəyişiklik yaratmayacaq:

    Muxalifet2 - 28-10-2017

  6. ABŞ-ın İraqda ATƏŞKƏS OYUNUNUN ARXA PLANI

    İraq Kürd Regional Rəhbərliyinin qeyri-qanuni yollarla nəzarət altına aldığı mübahisəli ərazilərə qarşı əməliyyat keçirən İraq ordusu və Haşdi Şabi milisləri, Peşmərnin nəzarətindəki bir çox kritik əraziləri ələ keçirdi.
     
    Müttəfiqinin daha da yıxılmasının qarşısını almaq istəyən ABŞ, Peşmərgəni qorumaq üçün tərəflərə atəşkəs çağırışı etdi.

    Muxalifet - 28-10-2017

  7. ​Xırdalanda bütün kafelər bağlandı - TERROR TƏHLÜKƏSİ

    Abşeron rayonu, Xırdalan şəhərində dünən axşam saatlarında bütün kafelər bağlanıb.
    BakuPost.az xəbər verir ki, kafe sahibləri saat 21:00-da müştərilərə obyektin bağlanılacağını bildirib və onları çölə çıxarıb.
    Sahibkarlar bundan sonra kafelərinin 21:00-a kimi işləyəcəyini deyərək müştərilərdən üzr istəyib.
    Məsələ ilə bağlı ətraflı məlumat verilməsə də, bunun təhlükəsizlik məqsədilə edildiyi ehtimal olunur.

    Muxalifet2 - 28-10-2017

  8. ​Gömrükdə qanunsuz telefonlar aşkarlandı

    Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən və gizli keçirilməsinə cəhdin qarşısını alıblar.
    DGK-dan verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Pakistan vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatıyla yoxlanılıb. Yoxlama zamanı, monitorda mobil telefonların təsviri göründüyü üçün həmin şəxs saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.

    Muxalifet2 - 28-10-2017

  9. Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU

    Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib. Bu mənzərə fonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür.

    Muxalifet2 - 28-10-2017

  10. ​Paytaxtda piyadanı maşın vuraraq öldürdü

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 27-də saat 19 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Camal Bəşirovu vurub.
    Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
    Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 28-10-2017

  11. AVTOMOBİLDƏN 10 MİN MANATA YAXIN PUL OĞURLANDI

    Bakı şəhərində avtomobildən külli miqdarda pul oğurlanıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus BYD markalı avtomobildən 9242 manat pul oğurlanıb.
    Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.

    Muxalifet2 - 28-10-2017

  12. ​“Mehmetçik” bu ölkədə türk bayrağı qaldırdı – XÜSUSİ ƏMƏLİYYAT

    Türkiyə ordusu Şimali İraqın Zap bölgəsində PKK terrorçularını təmizləyərək, türk bayrağı qaldırıb.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin 2008-ci ildəki “Günəş əməliyyat”ından 9 il sonra ilk dəfə Zap bölgəsində əməliyyata başlayıb.
    Əməliyyatın əsas hədəfi Kokozer bölgəsində PKK mağaralarının məhv edilməsidir.
    Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamada Zap bölgəsində 51 terrorçunun məhv edildiyi deyilir.

    Muxalifet2 - 28-10-2017

  13. Baharda PKK yuvası QƏNDİL YERLƏ BİR EDİLƏCƏK

    Əvvəl PKK-nın ən vacib lojistik xətləri olan Sincar, Zummar və Keyvan ləğv ediləcək. Aprel ayında isə birgə əməliyyatla PKK xainlərinin yuvası yerlə bir ediləcək.
     

    Muxalifet - 28-10-2017

  14. ​Rusiya ballistik və bombardımançı raketlərini hazır vəziyyətə gətirdi - VİDEO

    Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən qitələrarası ballistik raketlərin buraxılmasının görüntüləri yayılıb.
    Ölkənin Müdafiə Nazirliyi tərəfindən yayılan xəbərə görə, görüntülərdə "Topol" qitələrarası ballistik raketi, iki strateji bombardmançı və 3 sualtı dəniz raketlərinin buraxılması anı göstərilir.
    Strateji raketlərin sınaqları zamanı nüvə strategiyasına daxil edilən qitələrarası ballistik raketlər və sualtı raket daşıyıcıları müvəffəqiyyətlə istifadəyə hazır hala gətirilib.
     
     

    Muxalifet2 - 28-10-2017

  15. İlham Əliyev Ərdoğan və Yıldırımı TƏBRİK ETDİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
    Muxalifət.az məktubun mətnini təqdim edir:
    "Hörmətli cənab Prezident,
    Əziz Qardaşım,

    Muxalifet2 - 28-10-2017

  16. ABŞ-dan S-400-lə bağlı QALMAQAL SANKSİYA

     Türkiyənin Rusiyadan alacağı S-400 raketdən müdafiə sisteminə qarşı çıxan ABŞ və NATO prosesə əngəl olmaq üçün addımlar atır.
     

    Muxalifet - 28-10-2017

  17. Azərbaycan XİN-dən Kataloniya AÇIQLAMASI

    Azərbaycan Respublikası İspan Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
     
    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyininmətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
    “Mövcud vəziyyətin İspaniya Krallığının konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq.

    Muxalifet - 28-10-2017

  18. “Hökumət öz üzərindən bu siyasi məhbus ayıbını birdəfəlik atmalıdır” - Natiq Cəfərli

    Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin oktyabrın 25-də qəbul etdiyi qərarda Azərbaycana xəbərdarlıq edilib ki, rəsmi Bakı Avropa Konvensiyası ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcək.
     

    Muxalifet - 28-10-2017

  19. Kennedi sui-qəsdinin pərdəarxası: KQB, Kuba, yoxsa öz köməkçisi? (GİZLİ SƏNƏDLƏR)

    ABŞ-ın gizli arxivləri açılır...
     
    BBC xəbər verir ki, ABŞ rəhbərliyi prezident Con Kennedinin (JFK - John Fitzgerald Kennedy) 22 noyabr 1963-cü il tarixdə sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı bu vaxta qədər gizli saxlanılan 2800 sənədi ictimaiyyətə açıqlayıb.
    Bu, hazırkı prezident Donald Trampın bir çox sui-qəsd nəzəriyyələri haqqında ictimaiyyətin bütün məlumatlara giriş haqqının olması barədə çıxışından sonra gerçəkləşdirilib. Buna baxmayaraq bəzi sənədlər rəsmi qurumların müraciəti əsasında hələ də gizliliyini qorumaqdadır.
     

    Muxalifet - 28-10-2017

  20. ​Kataloniyaya yeni rəhbər təyin edildi

    İspaniya hökuməti Kataloniyaya yeni rəhbər təyin edib.
    Kataloniya muxtariyyətinin yeni rəhbəri İspaniya baş nazirinin müavini Sorayya Saens de Santamariya Antondur.
    Bununla yanaşı, İspaniya Nazirlər Şurası Kataloniya hökuməti şurasının səlahiyyətlərini öz üzərinə götürüb.
    “Vanguardia” qəzetində dərc olunan rəsmi sənəddə Kataloniya rəhbəri Karles Puçdemonun vəzifəsindən kənarlaşdırıldığı qeyd olunur. Karles Puçdemon postunu tərk etmək istəməsə, dövləti qəsb etməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

    Muxalifet2 - 28-10-2017

Pages