Rusiya Qərbə embarqonu genişləndirdi - SİYAHI
27-10-2017 20:43

Rusiya hökuməti Qərbə qarşı ərzaq embarqosunun siyahısını genişləndirib.
Muxalifet.az xəbər verir ki, Avropa Birliyi, ABŞ, Kanada və digər ölkələrdən canlı donuz və bəzi məhsulların idxalını qadağan edib.
Verilən qərarda bildirilir ki, Rusiyaya idxalı qadağan olunan kənd təsərrüfatı məhsullarının, xammalların və ərzaq məhsullarının siyahısına canlı donuzlar, həmçinin ferma heyvanlarından əldə edilən bəzi ərzaq məhsulları və yağlar daxil edilib. Məhsulların idxalı ilə bağlı gətirilən məhdudiyyətlər Rusiyanın daxili ehtiyaclarına təsir etməyəcək.