Tramp əhaliyə 36,5 milyard DOLLAR AYIRDI

Ötən ay ard-arda baş verən “İrma”, “Harvi” və “Mariya” qasırğalarında, habelə ölkənin bir çox ştatlarında şiddətli yanğınların ziyan vurduğu ailələrə sosial yardım barədə qanun imzalanıb.
ABŞ prezidenti Donald Trampın zərərçəkmiş insanlara yardım məqsədi ilə imzaladığı qanunda əhaliyə 36,5 mlrd. dollar yardım ayrılacağı təsdiqlənib.
Qeyd olunur ki, ayrılan yardımın 18,7 mlrd. dolları Fövqəladə Hallar üzrə Federal Agentliyinə (FEMA), 16 mlrd. dolları daşqınlar üzrə sığorta ödənişlərinə, 577 mln. dolları yanğınlarla mübarizənin gücləndirilməsinə və 1,27 mlrd. dolları Puerto Rikolu sakinlərə ərzaq yardımına xərclənəcək.